Novruz-Azərbaycan xalqının milli bayramıdır » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Novruz-Azərbaycan xalqının milli bayramıdır

    Novruz-Azərbaycan xalqının milli bayramıdır

                   
    Hər bir xalqın həyatında, məişətində coxlu bayramlar vardır.Bu bayramların arasında biri öz mərasimlərinin, ayinlərinin, tamaşa və oyun-ayinlərinin zənginliyi ilə seçilir, sevilir, məşhur olur.Qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının elliklə kecirdiyi belə bir bayram Novruz bayramıdır.Ulu əcdadlarımızın ibtidai çağlara məxsus ilkin dünya düyümü və arxaik mifoloji inanclardan qaynaqlanan yeni günü--yazı qarşılama mərasimi tarixi təkamül prosesi nəticəsində çox zəngin mədəni-mənəvi keyfiyyətlər qazanaraq geniş miqyasa malik xalq bayramına--Novruza çevrilmişdir.Elə bu baxımdan Novruz təkcə bir nəçə günü əhatə edən bayram deyil, həm də uzun bir təqvim muddətini öz ətrafinda cəmləşdirən təntənəli mərasim kompileksidir.
               
    Novruzqabağı qeyd olunan 4 ilaxır cərşənbənin birincisi müxtəlif adla -,,Əzəl çərşənbə", ,,Toz çərşənbəsi", ,,Yel çərşenbəsi",ikincisi,,Su çərşənbəsi", ,,Külək çərşənbəsi",ücüncüsü ,,Torpaq çərşənbəsi". “Yer çərşənbəsi" kimi müxtəlif adlarla adlansalar da, ilin sonuncu çərşənbəsi Azərbaycanın hər yerində yalnız ,,İlaxır çərşənbə"kimi tanınır.İlaxır çərşənbə daha təmtəraqlı olması ilə əvvəlki çərşənbələrdən fərqlənir.
                   
    İlaxır çərşənbədə hər ev, ailə, tonqal yandırmalıdır. Həm də bu tonqalda yandırılan çır-çırpının içində tikanlı kol da olmalıdır.İnama görə oda yaxınlaşıb onu söndürmək istəyən şər qüvvələr tonqala atilmiş tikanlardan qorxurlar.Ailənin bütün üzvləri yandırılan tonqalın üstündən hoppanmalı, bununla da köhnə ilin his-pasından, ağrı-acısından xilas olmalıdır:
                                             
    Ağırlığım, uğurluğum
    Tökülsün, bu odda yansın...
               
     İlaxır çərşənbənin ən maraqlı ayinlərindən biri də qulaq asmaqdır.Hava qaralandan sonra niyyət tutub qulaqlarını əlləri ilə qapayan kimsə,qonşuların qapılarına gedir.Xəlvətcə içərdə danışılan söz-söhbətə qulaq asır və eşitdiyi ilk sözləri ürəyindəki niyyətə yozur.Əgər niyyətdə eşitdiyi sözlər arasında uyğunluq varsa,onda onun arzu və istəyi həyata keçəcək.Xalq arasında bu ayin ,,Qulaq falı"adlanır.İlaxır cərsənbə ayinlərindən biri də ,,Ağac qorxutma"adlanır.
               
     İlaxır çərşənbə və Novruz süfrəsində əsasən yeddi adda nemət olmalıdır:Su, Süd, Səməni, səbzə, sumaq, sim(Balıq), sünbül.Bu adları göstərilənlər Azərbaycanın hər yerində bu cür olmur.Novruz bayramı axşamında süfrəyə köhnə ilin tamam olması və təzə ilin başlaması şərəfinə bu bayramla bağlı bişirilmiş nə varsa,hamısından düzülür.Evdəkilərin sayı qədər şam yandırılır,nemətlərlə dolu xonça qoyulur, boyanmış bişmiş yumurta, baharın rəmzi səməni və s.Cəhd olunur ki, süfrənin künc tərəfində heç kim oturmasın.
                 
     Novruz bayramı günündən yaxın adamlar,qohum-qardaşlar ilin-günün yeniləşməsi ilə bağlı bir-birinə bayram gözaydınlığına gəlirlər.El adətinə görə ailənin azyaşlı üzvləri yuxari yaşlıların əllərinə gülab səpərək təbrik edirlər.Onlar da öz növbəsində azyaşlılara pul və ya bayram payı verirlər.Sonra qohumlar və dostlar, xəstələr ziyarət olunur. Bayramlaşmaya əliboş gedilməz.        
                 
    Sözsüz ki, Novruz bayramı ilə bağli xalq inanclarını,duyumlarını kiçik bir bir məqalədə heç də tam əhatə etmək mümkün deyildir.Novruz bayramı xalqımızın böyuk ehtiramla qeyd etdiyi təsərrufat məzmunlu yaz bayramıdır.

    Bu bayramın xalqımızın mənəvi varlığında güclu rolunu yüksək qiymətləndirən böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin böyük müdrikliklə söylədiyi kimi, ,, ...Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub,Azərbaycan xalqının milli ruhunu və yaddaşını ,onun daxili aləmini bütün zənginliyi ilə yaşadir”.
               
     2009-cu ilin sentyabrın 30-da Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahisinə daxil edilmişdir,2010-cu ilin 23fevralindan isə BMT Baş Assambleyasinin 64-cu sesiyasinin iclasinda 21  mart,Beynəlxalq Novruz günü"elan edilmişdir.Novruz bayramı artıq ümumi bəşəri bayrama çevrilmişdir.
                                                                                                                               
    BAYRAMINIZ MÜBARƏK OLSUN!

             

    Mürvət Abbasov
    Masallı şəhəri “Dəfinə” məktəb-liseyin müəllimi,
    tarix üzrə fəlsəfə doktoru





    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    3. 16:46 “PeşəFest-2026” - Masallıda
    4. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    5. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    6. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    7. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    8. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    9. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    10. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    11. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    12. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    13. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    14. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    15. 21:33 Masallıda Sərbəst və Yunan-Roma güləşi üzrə Lənkəran-Astara region açıq turniri keçirilib
    16. 21:31 Rayonun Mahmudavar kəndində şəhid Nayib Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    17. 18:40 Cənub bölgəsində yeni sayt fəaliyyətə başlayıb
    18. 11:31 Milli həmrəyliyin və dövlət–xalq birliyinin ictimai-siyasi həyatımızdakı möhtəşəm təzahürü
    19. 11:28 Məhərrəm Səfərli – 80
    20. 10:35 Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir
    21. 10:22 Rayonun Sığdaş kəndində şəhid Amid Salayevin şəhadətinin 6-cı ildönümü anıldı
    22. 09:38 Azərbaycan Prezidentinə yazırlar
    23. 14:52 Rayonun Çaxırlı kəndində şəhid Kənan Şahbazovun şəhadətinin 6-cı ildönümü anıldı
    24. 14:51 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 02.10.2026
    25. 14:49 Rayon rəhbəri 02 oktyabr 2026-cı il tarixdə Ərkivan qəsəbəsində səyyar qəbul keçirib
    26. 10:06 Masallıda prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub
    27. 16:13 Masallıda tikintilərin qanunauyğun aparılması, tikinti norma və qaydalarına riayət olunması, eləcə də qanunsuz tikintilərə qarşı mübarizə mövzusunda tədbir
    28. 16:12 Masallıda “Vətəndaş müraciətlərinə həssas yanaşma” mövzusunda tədbir
    29. 15:27 Masallı Rayon İcra Hakimiyyəti başçsının 01.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    30. 15:27 Masallı Rayon İcra Hakimiyyəti başçsının 01.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    31. 15:27 Masallı Rayon İcra Hakimiyyəti başçsının 01.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    32. 15:27 Masallı Rayon İcra Hakimiyyəti başçsının 01.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    33. 11:08 BÜTÜN ÖMRÜNÜ AZƏRBAYCANIN İNKİŞAFINA SƏRF EDƏN DAHİ
    34. 15:59 Vətən müharibəsi şəhid İntiqam Abbasovun şəhadətinin altıncı ildönümü anıldı
    35. 09:00 Regional və qlobal iqtisadi əməkdaşlığın fəal iştirakçısı
    36. 08:57 26 sentyabr 2026-cı il tarixində Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası:
    37. 08:54 Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı barədə
    38. 20:36 Masallıda 27 Sentyabr – Anım Günü ilə bağlı ehsan süfrəsi təşkil olunub
    39. 14:09 Azərbaycan regionda ən rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkədir
    40. 14:07 Böyük Britaniyada çalışan azərbaycanlı həkim: Gələcəkdə Xankəndidə fəaliyyət göstərmək istəyirəm - MÜSAHİBƏ
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ