Milli dəyərlərimizi qoruyaq » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Milli dəyərlərimizi qoruyaq

    Milli dəyərlərimizi qoruyaq



    El qınağı, ağsaqqal məsləhəti yoxdur

    Qınaq. El qınağı, el tənəsi. Lüğətimizin ən dəyərli, cəmiyyətimizi saflaşdıran sözlər əsrlər boyu qiymətini itirməyib. Hər ailədə, hər eldə bu sözün dəyəri hər kəsi pis yoldan, ziqzaqlı əməllərdən qoruyub. Hər kəs bu qınaqdan qorunmaq üçün atdığı addımına diqqət yetirib. Sözünün, gülüşünün, yerişinin formasın izləyib, “eldən ayıbdır” deyə fikirləşib. Böyük-kiçik meyarı bu ölçünü tamamlayırdı. El qınağının əsas subyekti isə ağsaqqallardır. 53 illik qəzetçilik təcrübəmdə belə qənaətə gəlmişəm ki, bu müddətdə çox-çox əsaslı dəyişiklik, yəni gerilik var. Gəncliyimdə qarşılaşdığım ağsaqqallar bu gün yoxdur. Şərt deyil ki, kişinin yaşı, saqqalı, buxara papağı ola. Olmalıdır. Ən önəmlisi ağsaqqal dediyimiz kişinin ötkəm sözü, yaxşı əməli, etibarı, səbri, səxavəti, sədaqəti yerində olmalıdır. Üstəlik hər yerdə, hər işdə sözünün ağası olmalı, tanındığı bölgədə bütöv insan kimi nümunəsi ilə fərqlənməlidir. Dostlarımdan biri nəql edir ki, Lerikdən qız sevirdim. Qızın da mənə sevgisi vardı.

    Dəfələrlə elçi göndərdik. Qızın atası çox ötkəm kişi idi. Qəti cavab verdi ki, olmaz.

    Qonşuda Bəhmən kişi məni görüb hal-əhval eylədi. Sonra məsələnin nə yerdə olduğunu soruşdu. Dedi axşam maşın tap əmi gedəcək ora. Dedim siz çox abırlı kişisiniz, istəmirəm sözünüz yerə düşə. Bəhmən kişi gülümsədi. Getdilər və xoş xəbərlə qayıtdılar. Həmin ağsaqqal yüzə yaxın ömür sürdü. Hansı qapıya hansı məsələ ilə bağlı getsəydi əliboş qayıtmazdı. Qonşular danışardılar ki, Bəhmən kişi o qədər məntiqlə danışardı ki, ona “yox” deməyə heç kimin cürəti çatmazdı.

    Doğrusu bu gün belə ağsaqqalları çıraqla tapmaq olmur. Çəkinmədəm deyərdim ki, bu gün ağsaqqalların sözü də ötmür. Bir də ki, onların iştirakına lüzum qalmayıb. Cavanlar hər işi öz aralarında həll edirlər. Özü də çox vaxt telefonla. Nə vaxt boşanmaq istəsələr bəzən məhkəməyə müraciət edirlər, ya da qaçıb Rusiyanın şəhərlərində gizlənirlər.

    Belədə ağsaqqal kimin yanına getsin, necə kömək göstərsin? Bəs belələrini kim islah etməlidir. Böyüklər, ağsaqqallar olan yerdə xeyir-bərəkət, əmin-amanlıq olur, bir-birinə hörmət, etibar var.

    Qətiyyətlə demək olar ki, bu gün heç kimdə qınaq, ictimai qınaq, ağsaqqal, ağbirçək sözünə məhəl qoyan yoxdur. Odur ki, fitnə-fəsad aşıb-daşır cəmiyyətdə. Ağbirçəklər deyirlər ki, bilmirik kimdən qız alaq, kimə qız verək. İllərlə bir-birini sevən iki gənc nişanlanandan bir-iki ay sonra ya ayrılırlar,  ya da qoşulub başqa birisi ilə qaçırlar.

    İllər keçdikcə xalqın önəmli dəyərləri  aradan qalxır. Ən başlıcası isə böyük-kiçik meyarı yoxdur. Gənclər özlərini hakim-mütləq kimi aparırlar. Ailə münaqişələri, qonşuluq münasibətləri, bir vaxtlar yoldaşlıq məhkəmələrinin həll etdiyi məsələləri ağsaqqal sözü, ağsaqqal qınağı həll edə bilmir. El qınağı, el tənəsi gənclərə gülünc gəlir.

    Çayxanalarda, ictimai nəqliyyatda cavanların yaşlılara olan münasibəti xoşa gələn deyil. Onlar yaxınlıqda yaşlıların olmasına əhəmiyyət verməyərək nalayiq ifadələr işlədir, yersiz hırıldayırlar. Burada yenə də televerilişlərimiz yada düşür. Bu verilişlərdə ancaq reklam və müğənnilər yer tutur. Nə qədər reklam, həkim məsləhəti olar? Təkrar-təkrar bu reklamlar telekanala xeyir versə də xalqa, tamaşaçılara əsəb və stresdən başqa bir şey vəd etmir. Hələ yağışdan çıxan göbələklər kimi artan teleseriallar lap gül vurur. Sosial şəbəkələrdə milli dəyərlərimizə zərbə vurulur. Mentalitetimiz heç olub gedir. Ailə münasibətləri, ailə dəyərlərimiz dünyanın heç bir xalqına bənzəmir. Hamısından yüksəkdə durur. Bu dəyərləri qorumalıyıq. Gənclər bu sahədə maarifləndirilməlidir. El qınağı, ağsaqqal məsləhəti yenə ömür yolumuza işıq saçmalı, yaşam tərzimizə çevrilməlidir.

    El qınağından çəkinsək milli dəyərlərimizdə, əxlaq və tərbiyəmizdə çox qazanarıq.



                                                  
    HƏSƏNAĞA.
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ