ƏYALƏTDƏN BÖYÜK ƏDƏBİYYATA » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » ƏYALƏTDƏN BÖYÜK ƏDƏBİYYATA

    ƏYALƏTDƏN BÖYÜK ƏDƏBİYYATA


    Aliq Nağıoğlu əyalətdə yaşayır. Krasnodar Politexnik İnstitutunu bitirəndən sonra Azərbaycanın müxtəlif rayonlarında -sənaye müəssisələrində çalışıb. Və sonda-yaşı altmışa çatanda qərara alıb ki, öz doğulduğu kəndə qayıtsın. Onsuz da könül bağladığı, bütün varlığıyla ayrıla bilmədiyi ədəbiyyata-o sehirli aləmə vida etməyəcək və yaşadığı kənddə də yazır. İlk hekayəsi vaxtilə işlədiyi Əli Bayramlı-indiki Şirvan şəhərinin «İşıq» qəzetində dərc edilib. Ötüb keçən bu illər ərzində Aliq dövri mətbuatda, antologiyalarda bir hekayəçi kimi yoluna davam edib, bu yolda uğurları da az olmayıb. Mir Cəlal adına hekayə müsabiqəsinin, Milli Kitab və Beynəlxalq kitab müsabiqələrinin qalibi olub, indiyə kimi 9 hekayələr kitabı nəşr edilib. Təkcə Azərbaycanda deyil, Rusiya, Türkiyə, Ukrayna, Çexiya, İran və İtaiyada da (əsasən antologiyalarda, internet portallarında) tanınıb. Vaxtilə – sovet dönəmində ədəbi tənqiddə “şeir axınından”, “hekayə axınından” haqlı şikayətlər, etirazlar eşidilirdi. Və təbii ki, ədəbi tənqidlə ədəbiyyat arasında bu qırılma nöqtəsi nə ədəbiyyatın, nə də tənqidin xeyrinəydi. Proses davam edirdi, necə deyərlər, «Dəyirman bildiyini eylər, çax-çax baş ağrıdar» – «şeir axını», «hekayə axını» indi də davam edir. İstər, o illərdə, istərsə də, indi nəsrimizdə ən gözəl, lap dünya miqyasına çıxarılan hekayələrlə bir sırada xeyli zəif və ortabab nümunələr də yazılır, çap olunur. Amma etiraf edək ki, nəsrimizdə hekayə janrının QIZIL DÖVRÜ, lap mübahisəyə səbəb olsa da deyim, keçən əsrin 60 – 80 - ci illəridir. Yusif Səmədoğlunun, İsa Hüseynovun, Anarın, Elçinin, Əkrəm Əylislinin, İsi Məlikzadənin, Altay Məmmədovun, Mövlud Süleymanlının, Seyran Səxavətin, Məmməd Orucun, Afaq Məsudun, Vaqif Nəsibin o illərdə yazdığı hekayələrdir ki, bu hekayələr sonrakı ədəbi nəslin yaradıcılığına da təsirsiz qalmadı. Aliq Nağıoğlu da, heç şübhəsiz, bir çox yaşıdları kimi, ənənəyə sadiq qaldı. Ənənə yaranırsa, onun ən yaşarı keyfiyyətləri təqlidə və təkrara yox, özünü təsdiqə yönəlməlidir. Aliq Nağıoğlu da belə hekayəçilərdəndir. O da İsa Hüseynov və Əkrəm Əylisli, kimi kənddən, orada yaşayan insanların taleyindən, kənd məişətindən, etnoqrafik aləmindən, qocalarındancavanlarından yazır. Amma onun təsvir etdiyi kənd və rayon qəsəbəsi 60-80-ci illərin deyil, 90 - cı illərdən - XXI əsrin ilk onilliklərindən gördüyümüz kənddir, bu kəndin mm 177 t Әdәbi fraqmentlәr adamları da -oradakı ab-hava da, reallıq da yenidir. Mühit dəyişib, insanların xarakterində zamanın, kapitalizm dönəminin yaratdığı elə hallar nəzərə çarpır ki, bunlar vaxtilə üzə çıxmamışdı. Tənqidçi Tehran Əlişanoğlu «Aliq Nağıoğlunun hekayələri haqqında» məqaləsində yazır: «Pulun, varın-varidatın yadlaşdırıcı xisləti, insanlar arasında soyuqluq yaratması yazıçının ilk, hələ sovet dönəmi hekayələrində də var. 

    Amma orada müəllif qəhrəmanın sır fiç dünyasına söykənərək, bu maneəni dəf etmək yolunu tutur. Yeni hekayələr isə məhz ətrafda şəriksiz bərqərar olan pul mühitini tədqiq predmeti seçmiş». Azərbaycan hekayələrinin janr xüsusiyyətlərinə nəzər yetirdikdə iki mühüm amilhadisə və obraz üzərində dayanmalıyıq. Onların bir-birilə vəhdət təşkil etdiyi -qırılmaz əlaqədə olduğu birmənalıdır. Bir hekayədə müəyyən bir hadisə təsvir edilirsə, mütləq o hadisənin iştirakçıları da diqqəti cəlb etməlidir. Aliqin hekayələrində təsvir olunan hadisələrin hər biri nə qədər əhəmiyyətlidirsə, o hadisələrin iştirakçıları olan obrazlar daha maraqlıdır. «Günah» hekayəsində hadisənin məkanı kənddir, şəhərdə böyük vəzifə sahibi olan oğul qısa bir müddətə=birgünlüyə kəndə atasıyla görüşə gəlir. Bacısı vəfat edib, amma onun vaxtı yoxdur ki, qəbiristanlığa getsin. Bacısının uşaqları da onu dayı kimi tanımırlar.Nəinki ata ilə oğul, oğulla kənd arasında da dəhşətli bir yadlaşma baş verir. «Mən bu cür adamam, özümü dəyişə bilmirəm. Mənim bədbəxtliyim ondadır ki, nəyim varsa, içimdə çəkirəm»-oğulun bu etirafı da ona heç cür bəraət qazandırmır. Və sonda: «Oğlan atasının tez-tez enib-qalxan ulqumuna, onun görkəminə baxıb nəyə görəsə uşaqlıq illərini, günah işlədəndə atasının qarşısında indi atası necə dayanmışsa, eləcə dayandığınıı xatırladı və bu xatirə cəmisi bir neçə an çəkdi. Çünki indi onun xatirələrə dalmağa vaxtı yox idi, həm də xatirələr yada düşdükcə onun günah sahibi olduğuna gətirib çıxara bilərdi». Bu yadlaşma, adamların xasiyyət və xaraktercə bir-birilə heç cür uyuşa bilməməsi onun bir çox hekayələrinin əsas motividir.Aliqin bir qədər lirik planda yazdığı «Zəncirli medalyon» hekayəsində də yadlaşma problemi öz əksini tapır. «Mənim on yeddi, onun on beş yaşı vardı» - İki gənc – oğlan və qız bir-birlərini sevirlər. Onların hər ikisinin dilindən «Mən səni səni sevirəm» etirafları sel kimi axır. Görüşürlər, zəngləşirlər, mesajlaşırlar, öpüşürlər-qucaqlaşırlar. Amma sən demə bu sevgi oyunlarıymış, qız gözləməkdən yorulur və deməli, sevgisində sabit deyilmiş. Son görüş: «Məni bağışla…-arxası mənə sarı idi, oğlunu qucağına götürüb tələsik uzaqlaşdı» Aliq Nağıoğlu heç bir hekayəsində «müsbət qəhrəman» obrazı yaratmır, əksinə, daha çox «kiçik» adamlardan, onların məişət qayğılarından, darıxdırıcı, fərəhsiz keçən günlərindən, rastlaşdıqları çətinliklərdən söz açır. Lakin diqqətlə nəzər yetirdikdə, bu «salaq» adamların da öz dünyası var. Onları təkfir eləmək mümkün deyil, çünki bu adamların hər biri kəndin-el-obanın kiçik bir cizgisidir. «Sahib» hekayəsinə nəzər yetirirəm: hekayənin «qəhrəmanı» deyir ki: «Hər səhər sübhdən qapılarda işləmək üçün evdən çıxıram. Allah məndən güc-qüvvə əsirgəməyib. «Hambal», «nökər» sözlərini qəbul edə bilmirdim, cırnayırdım. Vaxt keçdikcə ehtiyaclarım, tələbatlarım ödəndikcə, hələ bir daldalayıb dar günümə pul yığdıqca, üstümüzə qoyulan adlar da adiləşirdi». Bu obrazın hekayədə adı verilmir, amma onun bütün hərəkətləri kəndə – onun xeyir-şərinə sadiq adam olduğunu göstərir. İndi ona necə «salaq adam» deyəsən? Doxsan iki yaşında dünyasını dəyişən Qırbı kişi ölən çağında vəsiyyət edir ki, pullarımı sənə vəsiyyət edirəm, qəbrimin üstünə sadə başlaşı qoyarsan. Faciəsi budur ki, övladları onu tərk ediblər. Başqa bir qonşusu- "yekəbaş Bəhlul" da evini ona vəsiyyət edir, çünki beş oğlu olsa da, hamısı xarcdədir, yaxşı yaşayırlar, kəndə dönmək ağıllarından da keçmir. Aliq Nağıoğlu bir sıra hekayələrində məhz son iyirmi-otuz ildə Azərbaycan kəndində baş verən maddi-mənəvi itkiləri əks etdirir.

     İşsizlikdən, maddiyatın ağır olmasından yana kəndin cavanları yurdlarını tərk edirlər.Kəndin illərdən bəri sabitləşən adət-ənənələri, maddi-mənəvi dəyərləri get-gedə sozalmaqdadır. Həmişə hekayə haqqında söz açanda ustad Mir Cəlal müəllmin belə bir tərifini xatırlayıram: «Xarakterik bir hadisə, yığcam bir süjet, ümumiləşdirici bir mətləb, şirin, sadə söyləmə, nəqletmə üsulu hekayə sənətində əsasdır». Aliq Nağıoğlunun bir sıra hekayələri ustadın fikrini təsdiqləyə bilər. Aliqin misal gətirə biləcəyim hekayələrinin hər birində, mövzusundan asılı olmayaraq, bitkin bir süjet xətti var, hadisələrin bir-birilə məntiqi əlaqəsi nəzərə çarpır, təhkiyə tərzi, nəqletmə üsulu səni yormur. Və bütün bunların fonunda hekayənin əsas iştirakçısı, onunla bağlı konkret bir hadisə – əhvalat … «Rəngsiz günlərim» hekayəsində əyalətdə yaşayan bir ziyalının darıxdırıcı həyatı onun öz dilindən nəql edilir. O, kənddən rayon mərkəzinə bir günlük «səyahəti» zamanı rastlaşdığı, söhbətləşdiyi adamları bir-bir mülahizə edir, gözündən heç nə yayınmır. Bu kənd ziyalısı darıxdırıcı həyata məhkum olunub sanki: «Burada veyillənmək mənə həm yaxşıdı, həm də darıxdırıcıdı, hər dəfə özümü inandırmaq istəyirəm ki, burada, sanki lazımi yerdəyəm». Deyim ki, Aliqin hekayələrindəki obrazların bir çoxu «rəngsiz günlər» yaşayırlar. «Lalın ölümü», «Yeyim», «Arvad oğlu» hekayələri mənə belə təsir bağışladı. 

    Ancaq «Dumu kişi» hekayəsi bu «rəngsiz günlərin» - bu darıxdırıcı həyat tərzinin son akkordlarını səsləndirir. Ölümü yaxınlaşan, həyatla vidalaşmağa bir neçə günü qalmış Dumu kişi nəsrimizdə bu tipli obrazların sonuncu mükəmməl nümunəsi kimi diqqəti cəlb edir.. «Dumu kişi üçün daha bir cansıxıcı, yorucu gün başlayırdı. Bəlkə də bu gün axırıncı gündü. Dumu kişi cəsarət edib bunu inkar edəmməzdi. Gecələri də çox ağır keçirdi, yorulub yatanacan ötüb-keçənləri nə qədər xatırlamaq olardı….Oğul-qız, nəvə -nəticə sarıdan Dumu kişinin gileyi ola bilməzdi. Amma son vaxtlar o, uşaqlarına yadırğamışdı. Daha doğrusu, uşaqları, deyəsən, onun varlığını unutmuşdular və bu yoxluq Dumu kişiyə ölümdən betərdi». Tehran Əlişanoğlu «Aliq Nağıoğlunun hekayələri haqqında» geniş bir məqalə yazıb və onun neçə-neçə hekayəsindən söz açıb. O hekayələrin əksəriyyətində Aliqin özünəməxsus təhkiyəçi üslubunu şərh edir, «yeni dünya»nın reallıqlarını necə əks etdirdiyinə nəzər salır. «Detal, təfərrrüat poetikasına meyl, mətləbi birbaşa publisistik yox, prozanın dili ilə ifadə» etdiyini xüsusi qeyd edir. Eyni zamanda, onun hekayələrində cümlə səliqəsizliyini, təfərrüat artıqlığını, detal yayğınlığını, söz israfçılığını da nəzərdən qaçırmır. Tamamilə doğru iradlardır. 

    Ancaq mənim iradım birbaşa onun özünə aiddir. Niyə Aliq öz hekayələrində əksər hallarda həyatdakı mənfilikləri görür, pislikləri ön plana çıxarır, «salaq adamlardan» yazır, məgər onun yaşadığı mühitdə işıqlı günlər, işıqlı insanlar yoxmudur? Əlbəttə, mən ondan «müsbət qəhrəman», bütün pisliklərə qalib gələn obrazlar yaratmağı istəmirəm. Onu arzulayıram ki, «İşıqlıdır lampaları kolxozun» yox, bu dünyada, lap elə onun yaşadığı Masallı rayonunun özündə də – havada, yerdə, insanların ürəyində İŞIQ tükənməyib. Hərdən qələmini İŞIĞA da çevirsin. SON SÖZ: Aliq Nağı oğlu Məmmədov mənim orta məktəbdə dərs dediyim şagirdlərdən biri olub.. Düz 53 il öncə. Sevinirəm ki, indi – müasir Azərbaycan ədəbiyyatında bir hekayəçi kimi tanınan Aliqin ədəbiyyat müəllimi olmuşam.




    Vaqif YUSİFLİ, 
    tənqidçi, filologiya elmləri doktoru.
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:06 Masallıda prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub
    2. 16:13 Masallıda tikintilərin qanunauyğun aparılması, tikinti norma və qaydalarına riayət olunması, eləcə də qanunsuz tikintilərə qarşı mübarizə mövzusunda tədbir
    3. 16:12 Masallıda “Vətəndaş müraciətlərinə həssas yanaşma” mövzusunda tədbir
    4. 15:27 Masallı Rayon İcra Hakimiyyəti başçsının 01.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    5. 15:27 Masallı Rayon İcra Hakimiyyəti başçsının 01.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    6. 15:27 Masallı Rayon İcra Hakimiyyəti başçsının 01.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    7. 15:27 Masallı Rayon İcra Hakimiyyəti başçsının 01.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    8. 11:08 BÜTÜN ÖMRÜNÜ AZƏRBAYCANIN İNKİŞAFINA SƏRF EDƏN DAHİ
    9. 15:59 Vətən müharibəsi şəhid İntiqam Abbasovun şəhadətinin altıncı ildönümü anıldı
    10. 09:00 Regional və qlobal iqtisadi əməkdaşlığın fəal iştirakçısı
    11. 08:57 26 sentyabr 2026-cı il tarixində Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası:
    12. 08:54 Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı barədə
    13. 20:36 Masallıda 27 Sentyabr – Anım Günü ilə bağlı ehsan süfrəsi təşkil olunub
    14. 14:09 Azərbaycan regionda ən rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkədir
    15. 14:07 Böyük Britaniyada çalışan azərbaycanlı həkim: Gələcəkdə Xankəndidə fəaliyyət göstərmək istəyirəm - MÜSAHİBƏ
    16. 13:53 Masallıda 2026-cı ilin oktyabr ayına olan səyyar-görüş qəbulları
    17. 11:06 Masallıda 27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə ağacəkmə aksiyaları keçirilib
    18. 12:28 Masallıda 27 Sentyabr - Anım Günü ilə bağlı "Zəfərə yazılan 44 günün ilk səhifəsi" mövzusunda tədbir
    19. 10:58 27 Sentyabr – Anım Günü: Şəhidlərimizin əziz xatirəsi daim yaşayacaq”
    20. 10:56 Bu gün Azərbaycanda Anım Günüdür
    21. 10:55 27 Sentyabr – Anım Günü
    22. 16:12 Masallıda tərəvəzçilik və çəltikçilik sahələrində görülmüş işlər və qarşıda duran vəzifələr mövzusunda zona müşavirəsi
    23. 16:09 Rayon rəhbəri Masallıda ilk inklüziv təhsilə cəlb edilmiş şagirdi ziyarət edib
    24. 13:42 Masallının axşam görüntüləri gündüzləri kimi gözəldir, əsrarəngizdir... Fotoetüdlər
    25. 13:39 Masallı Rayon İcra Hakimiyyətində “Şəhidlər unudulmur” mövzusunda tədbir keçirilib
    26. 13:37 Masallıda narkomanlığın qarşısının alınması və sağlam həyat tərzinin təşviqi ilə bağlı maarifləndirici tədbir
    27. 13:33 Masallı Rayon İcra Hakimiyyəti başçsının 24.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    28. 12:18 DİQQƏT, QAYĞI,TƏLƏBKARLIQ..
    29. 17:21 Rayon rəhbəri şəhid yadigarlarını ali məktəbə qəbul olmaları münasibətilə qəbul edib
    30. 17:19 Rayon rəhbəri Qızılağac ərazisində şəhid məzarlarını ziyarət etdi 23.09.2026
    31. 17:17 Qızılağac kəndində Vətən müharibəsi şəhidinin ailəsi ziyarət olunub
    32. 17:14 Rayon rəhbəri 23 sentyabr 2026-cı il tarixdə Qızılağac kəndində səyyar qəbul keçirib
    33. 13:38 Qələbə hərbi-siyasi yolla həll edildi
    34. 09:55 Rayon rəhbəri Kolatan-Qodman sərhədində asfaltlanan yola baxış keçirib
    35. 09:53 Rayon rəhbəri Sığdaş kəndində şəhid valideynlərinin yaşadığı küçəyə çəkilmiş asfalt örtüyünə baxış keçirib
    36. 09:51 Rayon rəhbəri Sığdaş kəndində inşa olunan Ağsaqqallar evində aparılan işlərlə tanış olub
    37. 09:47 Rayon rəhbəri Qodman kəndində şəhid adına tikilən evə baxış keçirib
    38. 09:44 Rayon rəhbəri Qodman kəndində şəhid anasını yenidən ziyarət edib
    39. 13:34 Xalqımızın milli qürur və sarsılmaz birlik günü
    40. 15:54 Masallıda Lokal antiterror əməliyyatlarının üçüncü ildönümü ilə əlaqədar şəhid məzarları ziyarət olunub
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ