Yazıçı Qəni Camalzadə ilə görüş - MASALLIDA  » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Yazıçı Qəni Camalzadə ilə görüş - MASALLIDA 

    Yazıçı Qəni Camalzadə ilə görüş - MASALLIDA 

    Masallıda yazıçı-publisist, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Qəni Camalzadə ilə görüş keçirildi.

    Rayon mərkəzi kitabxanasında təşkil olunan görüşdə rayonun yaradıcı insanları, ziyalıları, mədəniyyət işçiləri və ədəbiyyatsevərlər iştirak edirdi.

    Əvvəlcə Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi ehtiramla anıldı.  

    Tədbiri giriş sözü ilə açan kitabxananın direktor əvəzi Zamin Məmmədov yeni nəslin mütaliə vərdişlərini inkişaf etdirmək, onlarda ədəbiyyata marağı gücləndirmək məqsədilə bu cür tədbirlərin mütəmadi olaraq keçirildiyiyini diqqətə çatdırdı. O, bu gün aktual əsərlər müəllifi kimi tanınan yazıçı Qəni Camalzadə ilə görüşün də oxucuların yaddaşında silinməz iz buraxacağına əminliyini ifadə etdi.  
    Hacı Qəni Camalzadə yaradıcılıq xüsusiyyətləri, kitabları, mütaliə problemləri ətrafında fikirlərini bölüşdü. O, kitabın, mütaliənin, təhsilin vacibliyini vurğulamaqla yanaşı, gənclərin ədəbiyyata marağının artırılması barədə mülahizələrini söylədi.

    Yazıçı-publisist Xodaşirin Cəbiyev tanınmış qələm ustasının həyat və yaradıcılığı barədə məlumat verdi.

    Bildirildi ki, Qəni Camalzadə 1956-cı ildə Lerik rayonunun Durğan kəndində dünyaya göz açıb: “Kiçik yaşlarında ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb. Bakı şəhərinin 230 və 156 nömrəli tam orta məktəblərində təhsil alıb. 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) bitirib. İxtisası üzrə müxtəlif vəzifələrdə işləyib. 1992-1993-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Qarabağ müharibəsi veteranı, Prezident təqaüdçüsüdür.

    Tələbəlik illərində ədəbi yaradıcılığa başlayıb. İlk hekayəsi 1976-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunub. "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbaydjan", "Kirpi" və digər jurnallarda, "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət" qəzetlərində yumoristik və satirik hekayələri ilə oxucuların görüşünə gəlib. 1984-cü ildə "Yeni səslər" almanaxında hekayələri çap olunub. "Yaxşı oğlanın "dayısı", "Sonuncu yeznə", "Qohumların əsiri" hekayə kitabları ilə ədəbiyyatda öz imzasını təsdiq edib. “Qızıl xotuğ" (“Fosforlu əkizlər”), "Karxana", "Kiaksarın axırıncı savaşı", "Şeytana daş atanlar" romanları geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanıb.  

    Hacı Qəni Camalzadə son dövrlər roman janrına üstünlük verir. Romanları əvvəl "Azərbaycan" jurnalında, sonra kitab halında işıq üzü görüb. Əsərləri rus və ingilis dillərinə tərcümə olunub. 21 kitabın müəllifidir. Üç kitabı ingilis dilində Amerikada, hekayələri və "Zolotoy oslyonok" romanı rus dilində nəşr edilib. 15 cilddə nəşri nəzərdə tutulan seçilmiş əsərlərinin altı cildi dərc olunub.”

    Şair Şahin Həmidli, jurnalist-publisist Akif Ağayev, yazıçı Dilşad Nüsrətqızı, Nazim Qərib, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, ziyalı Əlhəddin Nəzərov, gənc yazar Hurlan Hüseynzadə məhsuldar naşir, satirik əsərlər və oxunaqlı romanlar müəllifi Hacı Qəni Camalzadənin yaradıcılığını yüksək qiymətləndirdilər. 

    Özünəməxsus yazı üslubu, xüsusi dəsti xətti ilə sayılıb-seçilən istedadlı yazıçının real həyat həqiqətlərini ustalıqla qələmə aldığını vurğulayan natiqlər onun Qarabağ müharibəsi mövzusundakı əsərlərinin gənclərin vətənpərvərlik tərbiyəsində rolundan söhbət açdılar, ədəbiyyatımızı dövrlə, zamanla səsləşən yeni əsərlərlə zənginləşdirən ədibə cansağlığı, yaradıcılıq uğurları arzuladılar. 

    Sonda yazıçı Qəni Camalzadə maraqlı və yadda qalan görüşə, haqqında deyilən xoş sözlərə, yaradıcılığına verilən yüksək qiymətə görə minnətdarlığını bildirdi.
    O, gənc oxucuların suallarını cavablandırdı, yaradıcılıq planlarından danışdı. 

    Müəllif bir neçə kitabını kitabxanaya hədiyyə etdi. 


    Akif AĞAYEV



















    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ