Главная > Maraqlı > “ Hüquqları bilmək gələcəyimizin təminatıdır” başlıqlı tədbir keçirilib

“ Hüquqları bilmək gələcəyimizin təminatıdır” başlıqlı tədbir keçirilib


5-06-2023, 19:50. Разместил: admin44

Masallı Tarix -Diyarşünaslıq Muzeyində “İnsan hüquqları aylığı” çərçivəsində  “ Hüquqları bilmək gələcəyimizin təminatıdır” başlıqlı tədbir keçirildi. Maarifləndirici  xarakterli tədbirdə Ərkivan qəsəbə 4 və 2 saylı, Dəmirçi kənd tam orta məktəbinin müəllim və  şagirdlərinin iştirak etdilər.

 Muzeyin əməkdaşı Çingiz Qurbanov   tərəfindən insan hüquq və azadlıqları nədir, yeniyetmələr bu hüquqlardan necə istifadə etməli,  insan hüquqları üzrə Təhsili tələbləri bilik, bacarıq , anlaşma ,insan hüquqlarının ,  azadlıqlarının təşviqi və qorunması baxımından  geniş danışaraq şagirdlərə məlumatlar və tövsiyələr verildi.

 Yekunda şagirdlər muzeyə ekskursiya etdilər.










“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад