Главная > Maraqlı > Maraqlı ekskursiyalar

Maraqlı ekskursiyalar


6-06-2023, 17:11. Разместил: admin44

Masallı Tarix — Diyarşünaslıq Muzeyində Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Masallı Təhsil Sektoru və Muzeyin birgə təşkilatçılığı ilə Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq uşaqların asudə vaxtının səmərəli təşkili , “Heydər Əliyev ili” çərçivəsində Heydər Əliyev irsinin öyrənilməsi və şagirdlərə “Zəfər tarixi” başlıqlı dərslərin keçirilməsi məqsədilə ekskursiyalar keçirildi.

 Dəlləkoba və Çayqıraq kənd ümumorta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə keçirilən ekskursiyalar zamanı muzeyin və qalereyanın əməkdaşları şagirdlərə regionun təbiəti, tarixi keçmişi, adət ənənələri, tanınmış şəxsiyyətləri, qəhrəmanları, Zəfər tarixi və rəngarəng tablolarda əks olunan rəsm əsərləri ilə tanış edərək, geniş məlumat verdilər.






“Yeni həyat” qəzeti
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад