1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı

    1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı


     1993 -2003-cü illərdə Azərbaycanın iqtisadi uğurları ondan xəbər verir ki, ulu öndər Heydər Əliyevin dövlətin inkişafını, xalqın yaxşı yaşamasını özündə əks etdirən ideyaları həyata vəsiqə qazanıd, banisi olduğu neft strategiyasının təntənəsi ölkəmizin milli maraqlarına, vətəndaşlarımızın sosial rifahına xidmət edib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu ideyalardan çıxış edərək həyata keçirdiyi yeni iqtisadi inkişaf strategiyasının dərin elmi və iqtisadi nəzəriyyələrə əsaslanması, iqtisadi inkişafa dair real prinsipləri özündə əks etdirməsi respublikamızın iqtisadi inkişafına yeni nəfəs verir. Təbii ki, iqtisadiyyatda baş verən bütün keyfiyyət dəyişikliklərinin kökündə maliyyə imkanları dayanır.

    Əgər etibarlı maliyyə mənbələri olmasaydı, sərmayələr yatırılmasaydı, iqtisadi inkişafın indiki dinamikliyini təmin etmək mümkün olmazdı. 1993-cü ildən sonra Heydər Əliyevin müdrikliyi sayəsində Azərbaycana xarici sərmayələrin yatırılması, son illərdə isə ulu öndərin neft strategiyasının təntənəsi olaraq respublikamızın özünün daxili maliyyə imkanlarının yaradılması xüsusi qeyd edilməlidir. 28 May - Respublika Gününə həsr olunmuş rəsmi qəbulda Prezident İlham Əliyev bu barədə deyib: "Ölkəyə böyük həcmdə xarici sərmayənin gətirilməsi nəticəsində bizim uzunmüddətli inkişaf strategiyamız təmin edildi. Heydər Əliyev neft strategiyasının bütün bu işlərin içərisində xüsusi yeri vardır. Bu strategiya bu gün də uğurla icra edilir və məhz bunun nəticəsində biz bu gün Azərbaycanda çox sürətli inkişafı görürük. Biz bu gözəl imkanlardan səmərəli şəkildə istifadə edə bildik.

    İqtisadiyyatımızın şaxələndirilməsi işində çox böyük uğurlara nail ola bildik. Neft-qaz amilindən çox uğurla və məharətlə istifadə edərək, ölkəmizin hərtərəfli inkişafına nail ola bildik".
                 
    Neft amilinin Azərbaycanın dinamik inkişafında böyük rol oynaması təbiidir. Amma dünyanın neftlə zəngin bəzi dövlətlərinin praktikasından məlum olduğu kimi, neft onlara heç də həmişə inkişaf, yaxşı həyat verməyib. Bu da ondan irəli gəlir ki, həmin ölkələrdə neft gəlirlərindən düzgün istifadə olunmayıb. Nəticə etibarilə həmin ölkələrdə neft gəlirləri iqtisadiyyatın inkişafına heç bir töhfə verməyib, əhali yoxsul vəziyyətdə qalıb.Maliyyə imkanlarından ölkənin tələbatını ödəməkdən ötrü investisiya şəklində sənaye istehsalında, infrastruktur layihələrinin həyata keçirilməsində istifadə olunması həm iş yerlərinin açılması, həm də iqtisadiyyatın şaxələndirilməsi üçün əlavə imkanlar yaradır. Digər tərəfdən, Azərbaycanda əldə edilmiş gəlirlər əmanət kimi çox etibarlı şəkildə saxlanılır və buna görə də son illərdə dövlətin maliyyə ehtiyatları əhəmiyyətli dərəcədə artıb. Azərbaycanın beynəlxalq maliyyə böhranından minimum itki ilə çıxmağının səbəblərindən biri də məhz kifayət qədər valyuta ehtiyatlarının olmasıdır. Həm keçən il, həm də bu ilin birinci rübündə ölkəmizin strateji valyuta ehtiyatları xeyli artıb.

    Hazırda Azərbaycanın valyuta ehtiyatları 22 milyard dollardan çoxdur. Bu rəqəm nəinki ildən-ilə, hətta aydan-aya artır. Çünki əvvəlki illərdə görülən işlər, xüsusilə, uğurlu neft-qaz siyasəti buna imkan verir. Respublika Gününə həsr olunmuş rəsmi qəbulda Prezident İlham Əliyev sosial məsələlərin əksəriyyətinin öz həllini tapdığını, yoxsulluq və işsizliyin tamamilə aradan qaldırılacağını bildirib: "Ölkə qarşısında duran ciddi sosial məsələlərin böyük əksəriyyəti öz həllini tapmışdır. İşsizliyə qarşı mübarizə gözəl nəticələrini verir. Yoxsulluğun azaldılması sahəsində praktiki işlər görülübdür. Əminəm ki, yaxın zamanlarda bu iki çox böyük sosial bəla Azərbaycan tarixindən ümumiyyətlə, silinəcəkdir".
                   
    Azərbaycanın milli inkişaf strategiyasını dövrə uyğun həyata keçirən Prezident İlham Əliyevin çoxşaxəli və yorulmaz fəaliyyəti əminliklə deməyə əsas verir ki, dövlətimizin inkişafına, xalqın rifahının yaxşılaşdırılmasına xidmət edən siyasət ardıcıllıqla və böyük əzmlə həyata keçir.
                 
     Böyük tarixi şəxsiyyətlərin rolunu, onların yerinə yetirdiyi missiyanın ictimai-siyasi əhəmiyyətini tam adekvat qiymətləndirmək çətin olsa da, Heydər Əliyev strategiyasının Azərbaycanın müasir inkişafının ideya əsası olduğunu və ölkəmizdə tarixən formalaşmış dəyərlər sisteminə söykəndiyini qətiyyətlə söyləmək mümkündür. Bu strategiya və onun quruculuq, inkişaf məfkurəsi üç fundamental məqsədə - güclü dövlət, səmərəli iqtisadiyyat və azad insan amalına xidmət edir.

    Real iqtisadi situasiyanın elmi-nəzəri təhlili, ictimai gerçəkliyin inkişaf məntiqinin diqqətdə saxlanılması, şərqçiliklə qərbçiliyin, milliliklə ümumbəşəriliyin, ənənəviliklə novatorluğun vəhdəti, milli dövlətçilik xətti ilə mədəni-mənəvi dəyərlər sisteminin qarşılıqlı əlaqələndirilməsi qloballaşan dünyada Azərbaycanın öz siyasi dəst-xətti olan suveren milli dövlət və müstəqil subyekt qismində çıxış etməsini təmin etdi.

    Heydər Əliyevin ideya irsinin, siyasi kursunun strateji konsepsiyasının əhatə dairəsi zaman və məkan etibarilə böyük mərhələ təşkil edir.
             
    Siyasi liderin böyüklüyü zamanın çağırışlarını və obyektiv inkişaf meyillərini vaxtında dərk edərək, milli maraqları bu zəminə keçirmək bacarığı ilə ölçülür. Bu mənada ulu öndər Heydər Əliyevdən sonra Azərbaycanın siyasi-iqtisadi reallığına yaxşı bələd olan, ali məqsədləri cari məqsədlərdən məharətlə fərqləndirməyi bacaran, hadisələrin fonunda mahiyyəti aydın görən, dövlətçilik nəzəriyyə və praktikasını yaradıcılıqla inkişaf etdirməyə qadir olan cənab İlham Əliyevin hakimiyyət sükanının arxasına keçməsi Azərbaycanın dövlət müstəqilliyinin daimi, dönməz və əbədi xarakter almasına möhkəm zəmin yaratdı. Məhz Heydər Əliyevin siyasi və iqtisadi cəhətdən böyük siyasəti nəticəsində 1993-2003-cü illər Azərbaycanın bugünkü yüksək inkişafının təməlinin quyulduğu illərdir.

       
                 
    Tağıyeva Əntiqə,
    Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ