Главная > Maraqlı > Avropanın səmərəsiz cəhdləri

Avropanın səmərəsiz cəhdləri


26-01-2024, 16:03. Разместил: admin44

Avropa - hər zaman özünü dünyanın mərkəzi sayan, fitnə-fəsadın yuvası, öz dinini və dilini belə parçalayıb, məzhəb qarşıdurması ilə sistemini idarə etməyə çalışan toplumdan başqa heç nə deyil əslində. Yaradılışının təməlində işğalçılıq və buna meyilli olanlara havadarlıq etmək, müstəmləkə ideologiyası dayanan Avropadan əslində ədalət tərəzisinə düzgün nizam verməyi gözləmək olmazdı. Lakin adamdan sayıb, əməkdaşlıq etməyə çalışdığımız, problemlərimizə ortaq çarə axtarmağa cəhd etdiyimiz, tərkibində onlarca dövlət və hər birinin öz söz haqqı var dediyimiz qocaman Avropa Şurası son dönəmlərdə ortaya çıxdı ki, sən demə iki dövlətin əlində oyuncaq imiş. İki dövlətin biri bəllidir ki, islamafob, türkəfob mövqe sərgiləyib, islam və türk düşmənlərinə çanaq tutan Fransadı. Digəri isə, mövcudluğundan bəri hər zaman “yekə-yekə” danışıb heç nə edə bilməyən, müttəfiqləri sayəsində canı bağışlanan indi də, siyasət meydanında fiaskoya uğrayıb, danışmağa üzü olmayan Fransanın kuklasına çevrilən Almaniyadır. İndi mühərriki fransız istehsalı olan “alman maşını” bizim qanla çəkdiyimiz zəfər yolunda yerimək yerinə, bu yolun həqiqətə aparmadığını bağırmaqla məşğuldur.

AŞPA-nın sərgilədiyi mövqe isə ümumiyyətlə rəhbərliyində alman və fransızların başa keçməsidir. Məsələn, 2001-ci ildə sözügedən təşkilata üzv olandan sonrakı dövrün təcrübəsi göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər. Avropa Şurası müxtəlif Avropa ölkələrinin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkəfob təfəkkürlü nümayəndələrinin düşərgəsidir. Uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız ara sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. Amma əksinə, vəziyyət minor ritmlərlə dəyişməyə başlayıb. Hətta AŞPA yaxın zamanda, 23 oktyabr 2023-cü il tarixində “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edib. Əfsus ki, adını bütün Avropaya şamil edən qurum, indi riyakar bir mövqedədir. Günümüz Avropanın əsl niyyətlərini ifşa edən həqiqətlərlə doludur. Məsələn, 2023-cü il aprelin 23-də Azərbaycan Respublikası tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini, dolayısı ilə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasını tələb edib. Lakin Azərbaycan tərəfinin təzyiq qarşısında geri çəkilməyəcəyinə əmin olan AŞPA rəhbərliyi məzmunu saxlamaqla formanı dəyişmək qərarı verdi. 2023-cü ildə AŞPA 3 dəfə ölkəmizə müraciət edərək Laçın yoluna məruzəçi göndərmək istədiyini bildirdi. Avropa Şurası belə olsa Ermənilərin “blokadada yaşadıqları”nı göstərmək və uydurma faktlar əsasında saxta hesabatların hazırlanmasına xidmət edəcək sözügedən absurd niyyətlərin reallaşmasına Azərbaycan imkan vermədi. Bu günlərə qədər Azərbaycanın yolunu tanımayan, ya da tez-tez unudan AŞPA rəsmilərinin son zamanlar, daha dəqiqi Qazandığımız Qarabağ Zəfərindən sonra daha çox yadına düşürük. Açıq-aydın görünür ki, 2023-cü ildə AŞPA missiyalarının Azərbaycana səfər cəhdləri yalnız erməni məsələsi ilə bağlı olub və təşkilatın prioritet məsələsini “ermənilərin hüquqları” təşkil edib. AŞPA digər məsələlərlə bağlı deyil, məhz ermənilərin müdafiəsinə yönəlik “Laçın dəhlizinin blokadaya alınması”nı qınayan, eləcə də “Azərbaycan ordusunun ötən ilin sentyabrında həyata keçirdiyi və Dağlıq Qarabağın bütün erməni əhalisinin ərazini tərk etməsi ilə nəticələnən hərbi əməliyyatı”nı pisləyən qətnamələr qəbul edib.

İndi daha sərt reaksiya verərək bildiririk və dünyaya sərgiləyirik ki, Avropa Şurası deyilən amma Avropada belə nüfuzu olmayan qurum Azərbaycana dünəndən lazım deyil və orada Azərbaycanın səsinin dondurulması, hansısa hüququnun əlindən alınması, ya da hansısa mükəlləfiyyətin geri alınması heç bir əhəmiyyət kəsb etmir. Hətta bu təşkilata üzvlüyümüz belə əhəmiyyətli bir məsələ deyil. Vaxtilə Azərbaycan Qarabağ probleminin həllinə görə Avropa Şurasına üzv olmuşdu. Bu məsələni də özü həll edən Azərbaycanın Avropa Şurasına heç bir ehtiyacı yoxdur. Bütün dünya artıq öyrənməlidir ki, Azərbaycan sülh istəyir. 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra biz sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdük və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş prinsipi təqdim etdik. Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti özü bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. Lakin bu cür addımlarımızın nəzərə alınmaması isə AŞPA-nın siyasi riyakarlığını bir daha təsdiq etmiş olur. Odur ki, Türkün Türkdən başqa dostu yoxdur. 30 il öncə sığınmağa çalışdığımız Avropa Şurasının iç üzünü görməyimiz zaman aldı, lakin tamamilə vaxtına təsadüf etdi.



Məhəmməd Hüseynov,
Masallı Gənclər Evinin dərnək rəhbəri 




"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад