İftixarla dalğalanan bayrağım » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » İftixarla dalğalanan bayrağım

    İftixarla dalğalanan bayrağım


    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə hər il 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edir. Dövlət rəmzləri və bayraqlar bizə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tarixini öyrənməyə, araşdırmağa geniş imkanlar açır. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız həm də milli qürurumuzdur. Çünki milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir.

     Azərbaycan xalqı ötən əsrdə iki dəfə – 1918-ci il mayın 28-də və 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyi əldə etmişdir. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrinin formalaşması baxımından mühüm rol oynamış və müstəqil dövlətə xas olan atributlar təsis edilmişdir. Üzərində ağ aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycan Müvəqqəti Hökumətinin 1918-ci il 24 iyun tarixli qərarı ilə Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bayrağı kimi qəbul olunmuşdur. 1918-ci il noyabrın 9-da isə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının Bakıda keçirilən iclasında Fətəli xan Xoyski milli bayraq haqqında məruzə ilə çıxış etmişdir. Müzakirələrdən sonra yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq Dövlət Bayrağı kimi qəbul edilmişdir.

    Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən də gənc nəsil bunu dərk etsin, qiymətləndirsin", deyən ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi təsdiq olunmuş, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında normativ aktlar qəbul edilmişdir. Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli Qanunu ilə Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları müəyyənləşdirilmişdir.

    Görkəmli dövlət xadiminin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət rəmzlərinə olan münasibəti, milli ideallara bağlılığı özünü həm də üçrəngli bayrağımıza münasibətdə qabarıq göstərir. Dövlət başçısı 2007-ci il noyabrın 17-də “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında” Sərəncam imzalamışdır.

     Azərbaycan bayrağı millətimizin və dövlətimizin simvoludur. Xalqımızın, bütün dünya azərbaycanlılarının azadlığının, şərəf və ləyaqətinin, milli birliyinin ifadəsi, hörmət və ehtiramının tək ünvanı olan Dövlət Bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılır. Bir neçə ildir ki, müstəqil Azərbaycan dövlətinin bayrağı işğaldan azad edilmiş Lələtəpə yüksəkliyində, Cocuq Mərcanlı və Günnüt kəndlərində, Qızılqaya zirvəsində qürurla dalğalanırdısa, bu gün artıq Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda və düşmənlərdən azad edilmiş digər torpaqlarımızda da dalğalanır. Hər gün yeni bir ünvana sancılır. 

    Yaşasın Azərbaycan xalqı, yaşasın Azərbaycan, üç rəngli bayrağımız daima iftixarla dalğalansın!

     



    Ülvi Rufullayev,
    Binə Xocavar kənd tanm orta məktəbinin direktoru

     

     

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:07 Masallı şəhərində şəhid Niyaməddin Sultanzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 11:04 Rayonun Kəlbəhüseynli kəndində şəhid Ziya Gözəlovun şəhadətinin 6-cı ildönümü anıldı
    3. 09:11 Azərbaycan - Vyetnam münasibətləri
    4. 09:09 21 noyabr 1992-ci il – Yeni Azərbaycan Partiyasının təsis konfransı
    5. 09:05 Ağdam – Qarabağın dirçəliş və qayıdış rəmzi
    6. 23:30 Masallı Rayon İcra Hakimiyyətinin başçısı ədliyyə işçilərini qəbul edib
    7. 23:18 Masallıda mülki müdafiə sahəsində görülən işlərin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
    8. 23:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 19.11.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    9. 20:30 Masallı rayonunda sitrus meyvəçiliyi, çayçılıq və çiyələk əkini ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş rayon müşavirəsi
    10. 20:27 Rayon rəhbəri Türkoba ərazisində şəhid məzarlarını ziyarət etdi 18.11.2026
    11. 20:22 Rayon rəhbəri 18 noyabr 2026-cı il tarixdə Türkoba kəndində səyyar qəbul keçirib
    12. 13:36 Masallı Rayon İcra Hakimiyyətinin başçısı fiziki məhdudiyyətli uşağı evində ziyarət edib
    13. 13:34 Rayon rəhbəri 52 il pedaqoji fəaliyyət göstərmiş 87 yaşlı müəllimlə görüşüb
    14. 12:55 Köhnə kişi
    15. 19:56 Azərbaycan–Böyük Britaniya əlaqələri: qarşılıqlı etimad və ortaq maraqlar
    16. 19:54 Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlığın yeni mərhələsi
    17. 17:41 Masallıda 13.11.2026-cı il tarixli növbəti əmək yarmarkası
    18. 15:49 Tural Ağammədov: “Torpaq sahələrinin satış qiymətlərinin süni şəkildə artırılması alıcılar üçün əlavə maliyyə yükü yaradır.”
    19. 15:45 Masallıda muzdla işləyənlərin sayı və orta aylıq nominal əməkhaqqı açıqlanıb – STATİSTİKA
    20. 23:30 Rayonun Hüseynhacılı kəndində şəhid Elçin Novruzovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 23:30 Rayonun Ərkivan qəsəbəsində şəhid Sahib Şirəliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    22. 23:30 Uşaq hüquqları aylığı çərçivəsində "Uşaq hüquqları, uşaq əməyinin istismarı və erkən nikahın fəsadları" mövzusunda tədbir keçirilib
    23. 23:30 Rayonun Sərçuvar kəndində şəhid Səməndər İsgəndərovun şəhadətinin 6-cı ildönümü anıldı
    24. 23:30 Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid atası Sarbala Babayevi 60 illik yubileyi münasibətilə təbrik edib
    25. 23:30 Uşaq hüquqları aylığı çərçivəsində "Uşaq hüquqları, narkomanlığa qarşı mübarizə, uşaq əməyinin istismarı" mövzusunda tədbir
    26. 18:41 Masallı Rayon İcra Hakimiyyəti başçsının 12.11.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    27. 13:29 Rayonun Qızılağac kəndində şəhid Cavad Babayevin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 21:00 Rayon rəhbəri Xırmandalı ərazisində şəhid məzarlarını
    29. 20:26 Rayonun Mahmudavar kəndində şəhid Röyad Məmmədovun şəhadətinin 6-cı ildönümü anıldı
    30. 20:24 Rayon rəhbəri 11 noyabr 2026-cı il tarixdə Hacıtəpə kəndində səyyar qəbul keçirib
    31. 23:30 Rayonun Viləş kəndində şəhid, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin şəhadətinin 6-cı ildönümü anıldı
    32. 21:30 Masallı şəhərində şəhid Murad Nəfəsovun şəhadətinin 6-cı ildönümü anıldı
    33. 23:30 Masallıda “8 Noyabr – Tarix yazan Zəfər Günü” adlı konfrans keçirilib
    34. 21:49 Rayon rəhbərinin şəhid qardaşların ailəsini ziyarəti
    35. 21:47 Rayon rəhbəri Vətən Müharibəsi şəhidi Balaqardaş Vəliyevin ailəsini ziyarət edib
    36. 21:33 Masallıda rayon rəhbəri Viləş kəndində şəhid məzarlarını ziyarət edib
    37. 09:26 OXUCULARIMIZIN YARADICILIĞI
    38. 14:41 Masallıda “Şagird nailiyyətlərinin artırılmasında valideynlərin rolu” mövzusunda valideyn konfransı keçirilib
    39. 14:39 Rayon rəhbəri Boradigah ərazisində şəhid məzarlarını ziyarət etdi 04.11.2026
    40. 14:37 Rayon rəhbəri 04 noyabr 2026-cı il tarixdə Babaser kəndində səyyar qəbul keçirib
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ