Главная > Maraqlı > Azərbaycanın ekoloji siyasətlərini dünya qarşısında nümayiş etdirmək üçün əla bir fürsət oldu

Azərbaycanın ekoloji siyasətlərini dünya qarşısında nümayiş etdirmək üçün əla bir fürsət oldu


Bu gün, 13:02. Разместил: admin44

Ölkəmiz Ermənistan-Azərbaycan münaqişəsinin başa çatması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam şəkildə təmin olunmasından sonra  qarşıda duran məsələlərin və qlobal problemlərin həllinə öz töhfəsini verməkdə davam edir.Bu baxımından daha genişmiqyaslı və qlobal xarakterli xarici siyasət həyata keçirir. Keçirilən COP29 da bu tip tədbirlərdən biridir.

 Noyabrın 11-dən 22-nə  qədər Bakıda keçirilən COP29 iqlim sammiti həm Azərbaycan, həm də ümumilikdə dünya üçün uğurlu beynəlxalq tədbir kimi yaddaşlara həkk olundu.Ötən  illərdən bəri COP29 səviyyədə olmasa da, böyük beynəlxalq tədbirlərə “Eurovizion” yarışması, Avropa oyunları, “Formula-1” yarışması, İslam oyunları, forumlar, konfranslar, festivallar, simpoziumlar, qurultaylar və s. təşkilatçılıq etmək baxımından böyük təcrübə toplamış Azərbaycan hökuməti COP29-u da yüksək səviyyədə keçirməklə  Azərbaycanın qonaq qarşısına üzüağ çıxmaq  və böyük tədbirləri təşkil etmək sahəsində bütün dünyaya nümunə oldu.

 COP29-un ölkəmizin paytaxtında keçirilməsi  Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyinin ifadəsi idi.  Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Neft-qaz ölkəsi olan Azərbaycan yaşıl enerji növlərinin yaradılmasını və yaşıl enerjinin dünya bazarlarına nəqlini hazırda enerji siyasətinin yeni prioritet istiqaməti kimi müəyyən edib. Bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrikin ixracı Azərbaycanın enerji strategiyasında yeni dövrün başlanmasına səbəb olub. Azərbaycanın bərpaolunan enerji potensialı çox yüksəkdir. 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerji payının Azərbaycanda 30 faizə çatdırılması gözlənilir.

COP29-un ən böyük uğurlarından biri 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da “Paris sazişi”nin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirilməsi oldu. Bununla bağlı razılığın əldə olunması COP29 sədarətinin xüsusi önəm verdiyi məsələlərdən biri idi.

 6-cı maddə ilə bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq.  Bu tədbir Azərbaycanın ekoloji siyasətlərini dünya qarşısında nümayiş etdirmək üçün əla bir fürsət oldu.Son illərdə Azərbaycan ekoloji mövzularda beynəlxalq səviyyədəki mövqeyini gücləndirir, qlobal iqlim mübarizəsinə öz töhfəsini verir. COP 29 çərçivəsində Azərbaycan istixana qazlarının azaldılması, təmiz enerji mənbələrinin inkişafı və ekosistemlərin qorunması sahəsində gördüyü işləri dünyaya təqdim edir, digər dövlətlərlə əməkdaşlıq qurur və təcrübə mübadiləsi aparır.

Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edib və etməkdədir. COP-29-da Azərbaycanın zəngin külək və günəş enerjisi potensialı dünya ictimaiyyətinə yenidən tanıdılacaq. Bu tədbir, ölkəmizə təmiz enerji layihələri ilə maraqlanan xarici investorlarla əlaqə qurmaq üçün geniş imkanlar açdı. İqtisadi baxımdan ölkəmizə fayda gətirəcək bu əməkdaşlıqlar həm də Azərbaycanın yaşıl enerjiyə keçidini daha da sürətləndirəcək və ətraf mühitin qorunması üzrə yeni təşəbbüslər və öhdəliklər də qəbul ediləcək ki, bu da gələcək nəsillərin ekoloji biliklərlə zənginləşməsi üçün vacib addım olacaqdır.

 


          
Əntiqə Tağıyeva,
Masallı Tarix-Diayrşünaslıq Muzeyinin direktrou


шаблоны для dle 11.2
Вернуться назад