Rayonun Mahmudavar kəndində şəhid Nayib Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
- Bu gün, 21:31
- Maraqlı
- 0
- 8
05 oktyabr 2026-cı il tarixində Masallı rayonunun Mahmudavar kəndində şəhid Qasımov Nayib Akif oğlunun şəhadətinin 6-cı ildönümü anılmışdır.
Şəhid Nayib Qasımovun şəhadətə yüksəlməyinin 6-cı ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev, İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Abbas Abbaszadə, ərazi nümayəndəliyi, bələdiyyə, din xadimləri və şəhid ailələri şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.






























