Xalq artisti Hacı İsmayılov “Şöhrət” ordeni ilə təltif edilib
- 21-01-2019, 18:10
- Mədəniyyət
- 0
- 1 254

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə Hacı Məcid oğlu İsmayılov “Şöhrət” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 yanvar 2019-cu il.