• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”

    Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”

    Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”

    Masallı şəhər Heydər Əliyev Mərkəzində Elmira Axundovanın “Bizim tanıdığımız Elmira...” ("Elmira-kakoy mı yeyo znaem") və “Həmkarlarımla üz-üzə” kitablarının oxucularla ictimai müzakirəsi və elmi-praktiki konfrans keçirilib. Təqdimatda iştirak edən rayon ictimayyətinin nümayəndələri, qonaqlar qiymətli əsər kimi dəyərləndirdikləri kitablar haqqında ürək sözlərini söyləyiblər.
    Əvvəlcə tədbir iştirakçıları Milli Məclisin deputatı, “ Şöhrət” ordenli, Dövlət Mükafatı laureatı, görkəmli publisist, Xalq yazıçısı, Əməkdar jurnalist Elmira Axundovanın əmək və fəaliyyətinə həsr olunmuş Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşları Elsevər və Cəmaləddin Əliyevlərin hazırladıqları videoçarxa baxıblar. Videoçarx bu dəyərli şəxsin siyasi fəaliyyətinə, jurnalist, yazıçı, ictimai xadim kimi apardığı işə həsr olunub.
    Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin üzvü, Masallı Rayon Ağsaqqallar Şurasının sədri, veteran Dövlət qulluqçusu, Vətənə Xidmətə görə III dərəcəli ordenli Ələşrəf Niftiyev məşhur həmyerlimizin həyat və yaradıcılığından danışıb.
    Konfransda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tədbir iştirakçılarını və qonaqları salamlayaraq deyib: "Yazıçılıq sənəti çox çətin sahədir. Dünyada bənzərsiz, gözəl əsərlər yaranmışdır. Elmira Axundovanın uzun illər yazıb ərsəyə gətirdiyi və ulu öndərin həyat və fəaliyyətini özündə əks etdirən “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildli tədqiqat əsəri də bu səpkidəndir və müəllifi "Bizim Elmiradır". Qeyd etmək istərdim ki, Xalq yazıçısı, Milli Məclisin deputatı, “ Şöhrət” ordenli, Dövlət Mükafatı laureatı, həmyerlimiz Elmira Axundova bu tarixi romanı yazmaqdan ötrü çoxlu tanınmış insanlarla görüşmüş, müxtəlif şəhərlərdə olmuş, insanları tapmış, onlarla ünsiyyətdə olmuş və çətinlikləri dəf etməklə belə böyük bir əsər ərsəyə gətirmişdir. Bu silsilə kitablar əsrlər boyu yaşayacaqdır. İnanıram ki, “Bizim tanıdığımız Elmira...” və “Həmkarlarımla üz-üzə” kitabları da qədirbilən oxucular tərəfindən rəqbətlə qarşılanacaq", - deyə rayon rəhbəri bildirib: - Çıxışımı Xalq şairi Zəlimxan Yaqubun təbirincə səsləndirəcəyim bu sözlərlə bitirmək istəyirəm: Kişi qeyrətli, oğul ürəkli, igid təpərli, nurlu çöhrəli, gülər üzlü, şux təbiətli, istəkli bacımız, çox hörmətli Elmira xanım Axundovaya möhkəm cansağlığı, ədəbi, ictimai-siyasi fəaliyyətində yeni-yeni uğurlar arzulayıram!”
    Əsər barədə söz deyən Prezident təqaüdçüsü Şirvan Əbilov müəllifi təbrik edib, ona uğurlar arzulayıb: “Elmira qələmi ilə sənətini ucaldan insandır. Onun haqqında danışanda, ilk ağlıma gələn, yaddaşıma yazılan məqam,  bu dəyərli azərbaycanlı qadınının sədaqəti, jurnalist kimi inanılmaz cəsarəti, öz işinə sevgi dolu sayğı və hörmətlə yanaşmasıdır. Sənət o zaman ucalır ki, sənətkar onu gördüyü işlərlə ucaldır, ona rəğbət və hörmət qazandırır.
    Neçə illərdir bu dəyərli qələm sahibini tanıyıram. Hələ 1990-cı illərdə, çoxunun öz mövqeyini ortaya qoymağa cəsarət etmədiyi bir zamanda, bu cəsur xanım ulu öndər Heydər Əliyev barədə obyektiv mövqe - ümummilli lideri ziyarət edərək, əsl jurnalist xarakteri ortaya qoydu.
    Bu yaxınlarda nəşr olunan hər iki kitabda Elmira xanımın istedadlı qələmi ilə yanaşı, həm də keçmişə sayğısı, verdiyi dəyər ön plana çıxır. “Bizim tanıdığımız Elmira...” adlanan birinci kitabda yaradıcı jurnalistin haqqında ölkənin ictimai xadimləri, elm adamlarının qələmə aldıqları səmimi sətirləri, əslində, E.Axundovanın yaradıcı fəaliyyətinə olan ictimai baxışdır. Təmənnasız və obyektiv baxış!
    Kitablar barədə kinodramaturq, Əməkdar İncəsənət Xadimi, "Şöhrət" ordenli, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Natiq Rəsulzadə, həftəlik "Yeni həyat" qəzetinin baş ədəbi işçisi Akif Ağayev, rus dili müəllimi Səkinə Əsədova ürək sözlərini deyiblər.
    Jurnalist Akif Ağayev çıxışında qeyd edib ki, “Bizim tanıdığımız Elmira...”, “Həmkarlarımla üz-üzə” kitablarının ərsəyə gəlməsində zəhməti keçən hər kəsə, eləcə də bədii redaktor, Əməkdar jurnalist Elmira Əliyevaya, gözəl tərtibata görə “CBC” nəşriyyatına, texniki redaktor, həmyerlimiz Cəsarət Qasımova oxucu minnətdarlığını çatdırırıq.
    “Bizim tanıdığımız Elmira...” kitabında son 15 ildə mətbuatda Elmira Axundova haqqında maraqlı və əhəmiyyətli materiallar, yaradıcılığına həsr edilmiş rəylər, resenziyalar, məqalə və esselər cəmlənib. Görkəmli yazarlarımız, şairlərimiz Anar, V.Səmədoğlu, Z.Yaqub, F.Qoca, Ç.Abdullayev, xalq rəssamı Tahir Salahov, yazıçı, kinodramaturq Natiq Rəsulzadə, akademik İ.Həbibbəyli, professor Eldar İsmayılov, əməkdar jurnalist Elmira Əliyeva, tanınmış jurnalist Qalina Mikeladze, dünya karifeyi Oljas Süleymanov, Rusiyada siyasi bioqrafiya janrının ustadı, məşhur rus tarixçisi Roy Medvedevin, eləcə də ictimai-siyasi dövlət xadimlərinin, yaradıcı həmkarlarının, millət vəkillərinin onun haqqında, əsərləri barədə yüksək, dəyərli fikirlər, məqalələr oxucunu bu kitabı birbaşa oxumağa sövq edir.
    Məhsuldar yaradıcılığı ilə seçilən E.Axundovanın müəllifi olduğu “Naşirin qətli”, “Şüşə saray”, “Fərmanla əfv edilib...”, “Bu bizik”, "Əlövsət Quliyev: o tarix yaradırdı", “Dostlarımın gözəl cəhətləri”, “Yaşamaq dövrü”, “Elçinin fövqəlvəzifəsi”, “Həqiqət anları”, “Anar Məmmədxanov. Kapitanın taleyi” və digər əsərlər, xüsusən Azərbaycan Prezidentinə həsr edilmiş “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” əsəri barədə geniş müzakirəli yazılar, rəylər, resenziyalar, ətraflı məqalələr yer alıb.
    “Həmkarlarımla üz-üzə” kitabını oxuduqca Elmira xanımın ayrı-ayrı mətbu dərgilərində verdiyi müsahibələrdə zəngin həyatının rəngarəng səhifələri varaqlanır. Məqalələrdəki maraqlı, diqqətçəkən məqamları sadalamaq bu qısa vaxt çərçivəsinə sığışası deyil. Sanki bir-birindən fərqli müsahibələrdə eyni bir hadisənin ayrı-ayrı epizodlarının mükəmməl bədii tərənnümü oxucunu yormur. Çünki bu oxunaqlı yazılarda Azərbaycanın tarixi var. Təkcə yazılarda deyil, Ulu öndərlə 60-a yaxın səfər zamanı, ayrı-ayrı ölkələrdə keçirilən mədəni-kütləvi tədbirlərdə, dünyanın tanınmış ictimai-siyasi xadimlərilə, Respublika Prezidenti cənab İlham Əliyevin rayonumuza səfərləri çərçivəsində, xüsusilə son 7 ildə yeni qurulan Masallımızdakı yeni müəssisələrin açılışları və digər tədbirlər zamanı çəkilən hər bir xatirə şəkli bir tarixi günü ehtiva edir.
    Kitablardakı məqalə və oçerklər, analitik yazılar, xoş ifadəli kiçik qeydlər və təbriklər E.Axundovanın istedadlı və əməksevərliyindən, risk etməyi bacaran bir mübariz yazar, ictimai-siyasi xadim olmasını bir daha oxucunun yadına salır...
    Boradigah qəsəbəsi 2 nömrəli tam orta məktəbin direktoru, şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nurməmməd Ağayev məşhur jurnalistə həsr etdiyi şeirini söyləyib.
    “Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırova yazıçı Elmira Axundovanın yenicə çapdan çıxmış “Bizim tanıdığımız Elmira...” və “Həmkarlarımla üz-üzə” kitablarına dəyər verərək bildirib ki, yeni nəşrlərin gənc və yaşlı nəslin maariflənməsində böyük rolu vardır.
    Sonra “Bizim tanıdığımız Elmira...” və “Həmkarlarımla üz-üzə” kitablarının müəllifi Elmira Axundova kitabın yaranması və ərsəyə gəlməsi barədə geniş söhbət açaraq təşkil olunmuş tədbirə görə rayon rəhbərliyinə və ziyalılara öz minnətdarlığını bildirib. Müəllif çıxışının sonunda qeyd edib: “Mən ömrümün qalan hissəsini də Heydər Əliyev obrazını yaratmağa çalışacağam...”
    Masallıda görülən abadlıq-quruculuq işlərinə münasibət bildirən Milli Məclisin deputatı son illər Masallıda müasir arxitekturanın tələblərinə cavab verən binalar tikildiyini, tədbirin keçirildiyi möhtəşəm Heydər Əliyev Mərkəzini bunun timsalında nümunə göstərib...
    Ənənəvi olaraq, hər il region mediaçılarının Milli Mətbuat və Jurnalistika günü ərəfəsində Masallıya toplaşması rayon rəhbəri Rafil Hüseynovun mətbuat nümayəndələrinə  diqqət və qayğısının göstəricisidir. Masallı RİH-nin mətbu orqanı olan 87 yaşlı “Yeni həyat” qəzeti həmişə bu vətənpərvər, intellekt ziyalının – E.Axundovanın yanında olmağa çalışıb, onun mövqeyini dəstəkləyib, yaradıcılığına və ictimai fəaliyyətinə xüsusi diqqət göstərib, yazıçının demək olar ki, bütün iştirak etdiyi tədbirləri, seçicilərlə görüşləri, kitablarının, xüsusilə ən dəyərli tarixi romanının Dövlət mükafatına təqdimat mərasimlərini, seçki öncəsi təbliğat-təşviqat kompanıyalarını işıqlandırıb. Məqalələri rus dilindən tərcümə ilə dərc edilib (“Əliyevin yeni strategiyası: kənd bütün ölkəni yeməklə təmin edir” (14.10.20160, “İnsanlar seçkiyə cəbhəyə yollanırmış kimi gedirdilər” (20.04.2018). Bu tərcümələrdə bizimlə birgə, mərhum jurnalist həmkarımız, şair-publisist Rəsul Rzayevin də əməyini xüsusi vurğulamaq istərdik.
    Vaxtilə “Yeni həyat”çılara mübariz jurnalist taleyi arzulayan təcrübəli həmkarımız E.Axundovanın bizə olan ümidlərini doğrultmağa çalışırıq. Azərbaycan jurnalistikasının parlaq nümayəndəsi E.Axundova məktəbi bizlərə çox şeyi öyrədə biləcək və öyrədən məktəbdir. Yetər ki, bu məktəb ən başlıcası insanlara Vətəni, xalqı, torpağı sevməyi öyrədir.
    Sonda görüş iştirakçılarına yeni və əvvəlki illərdə çap olunmuş kitablar hədiyyə edilib.
    Tədbir musiqi ilə davam edib. Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin solistləri Miriş Hüseynov, Şamo İbayev və Fərid Hacıyevin oxuduqları xalq mahnıları tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.
     



     







     
    Əlihüseyn ŞÜKÜROV,
    “Yeni həyat”,
    www.yeniheyet.az     
                                                             
         шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    2. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    3. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    4. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    5. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    6. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    7. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    8. 12:28 Vətənə xidmətdə keçən ömür
    9. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    14. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    15. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    16. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    18. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    19. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    20. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    21. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    22. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    23. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    24. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    25. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    26. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    27. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    28. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    29. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    30. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    31. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    32. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    33. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    34. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    35. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    36. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    37. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    38. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    39. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    40. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ