Masallı Tarix-Diyarşunaslıq Muzeyində 8517 eksponat var
- 19-01-2021, 16:46
- Mədəniyyət
- 0
- 634

Ötən il muzeyə 85 eksponat daxil olub
Ötən il Rəhim Tağıyev adına Masallı Tarix-Diyarşunaslıq Muzeyinə 85 eksponat daxil olmuşdur.Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyevadan aldığımız məlumata görə 8517 eksponat mövcuddur.
O, bildirib ki, muzeyə daxil olmuş eksponatlar arasında Birinci Qarabağ müharibəsinin şəhidlərinə məxsus foto-şəkillər, sənədlər və döyüşdə işlədilən soyuq silahları görmək olar. Viləş kəndindən olan şəhid Nurlan Əsgərlinin bıçağı da eksponatlar arasındadır.
Qeyd edək ki, siyahıya nümuzmatik əşyalar da daxildir.
“Yeni həyat”,
www.yeniheyet.az