• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda “Şəhidlik manifesti” kitabının təqdimatı

    Masallıda “Şəhidlik manifesti” kitabının təqdimatı

    Masallıda “Şəhidlik manifesti” kitabının təqdimatı 

    Oktyabrın 27-də Masallı rayon Heydər Əliyev Mərkəzində yazıçı-publisist Nurəddin Ədiloğlunun 44 günlük Vətən müharibəsində igidlik nümunəsi göstərən Masallı əsilli 61 şəhidin şərəfli döyüş yolundan bəhs edən “Şəhidlik manifesti” kitabının təqdimat mərasimi keçirilib.
    Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə güllər düzülüb.
     
    Mövcud pandemiya qaydaları gözlənilməklə keçirilən tədbirdə rayon rəhbərliyi, şəhid ailələri, millət vəkilləri, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.
    Yeniheyet.az xəbər verir ki, təqdimatdan əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
     
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bildirib ki, Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə müzəffər Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində yeni tarixə imza atan igidlərimiz az yaşasalar da şərəfli ömrə sahib oldular – qədirbilən xalqımızın xatirəsində əbədi yaşayacaq andına, yurduna sədaqətli Masallı oğulları kimi. Qələbəni bizə bəxş edən qəhrəmanlarımızı hər kəs tanımalıdır.
     
    Yeni nəşrin təqdirəlayiq addım olduğunu vurğulayan rayon rəhbəri “Şəhidlik manifesti”nin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirərək belə kitabların şəhidlərimizin unudulmaması və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi yönümündə əhəmiyyətindən bəhs edib, bu cür qəhrəmanlıq salnamələrinin tədris və mədəniyyət ocaqlarında təbliğinin vacibliyini diqqətə çatdırıb.
     
    Milli Məclisin üzvləri Məşhur Məmmədov, Anar İsgəndərov, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, iki şəhid anası Ziba Əsgərova bildirib ki, şəhidlərimizin adlarının əbədiləşdirilməsi, xatirələrinə həsr olunan abidə və bulaqların açılması, məzarlarının müqəddəs ziyarətgaha, gənclərin and yerinə çevrilməsi, onların şərəfli həyat və döyüş yolunun yaddaşa köçürülməsi ölümün gözünə dik baxan Vətən övladlarının xatirəsinə ehtiramımız, hər birimizin vətəndaşlıq borcudur. Ərazi bütövlüyümüz uğrunda həlak olanların, Vətənin varlığı naminə canından keçən Masallı  şəhidlərinin xatirəsini əbədiləşdirmək naminə yazılan “Şəhidlik manifesti” kitabı yeni nəslə parlaq bir töhfədir.
     
    Kitabın müəllifi həmyerlimiz, yazıçı-publisist Nurəddin Ədiloğlu yazı prosesi zamanı, şəhid ailələri ilə görüşdə yaşadığı həyacanlı anlardan, şəhidlərimizin taleyindəki maraqlı nüanslardan danışıb, kitabı şəhidlərin ruhu qarşısında özünün hesabatı kimi xarakterizə edib: ”Əslində, haqlarında qələmə alınan hər kitabın, çəkilən filmin, ucaldılan abidənin müəllifi şəhidlərimizdir. Çünki torpaqlarımızın işğalda qaldığı müddətdə, qələbə günümüzə qədər sanki bu mövzuda yazılan hər bir əsərin üzərində məğlubiyyət kölgəsi vardı.”  
     
    Çıxışlarda bildirilib ki, kitaba tarixi Qələbəmizlə başa çatan Vətən müharibəsində şəhid olmuş Masallı rayonunun mərd oğulları – 61 şəhid (51-i Masallıda, 10-u ölkəmizin başqa regionlarında dəfn olunmuş əslən Masallıdan olan) əsgər və zabiti haqqında bədii-publisistik məqalə və esselər, o cümlədən birinci və ikinci Qarabağ savaşında həlak olan 246 masallılı döyüşçü haqqında xronoloji məlumat daxil edilib.
     
    “CBS-PP” nəşriyyatında nəfis tərtibatla işıq üzü görən 380 səhifəlik xatirə kitabının ərsəyə gəlməsində müəllifə, Milli Məclisin deputatı Məşhur Məmmədova, Masallı Təhsil Fondunun əməkdaşlarına, RİHM İB-nin sədri Arzu Bağırovaya, zəhməti olan hər kəsə minnətdarlıq bildirilib.

    Sonda şəhid ailələrinə və təqdimat mərasimi iştirakçılarına kitabın nüsxələri hədiyyə edilib, müəllif N.Ədiloğuna və RİHM İB-nin sədri A.Bağırovaya Masallı rayon İcra Hakimiyyətinin başçısının Fəxri fərmanları təqdim olunub.


    Qeyd edək ki, Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin əməkdaşı Akif Ağayevin şəhidlərə həsr olunmuş silsilə yazılarından bir neçəsi kitabda öz əksini tapıb.




     

    Akif VAQİFOĞLU,
    “Yeni həyat”,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ