• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 2017-ci ildəki fəaliyyəti ilə bağlı hesabat verib

    Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 2017-ci ildəki fəaliyyəti ilə bağlı hesabat verib



    Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 2017-ci ildəki fəaliyyəti ilə bağlı hesabat verib

    Dekabrın 22-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) 2017-ci il üçün illik fəaliyyətinin nəticələrinə həsr olunan müşavirə keçirilib.


    tədbiri BBMM-in Himayəçilər Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla açaraq 2017-ci ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələr, multikulturalizm sahəsində görülən işlər barədə məlumat verib. Bildirib ki, Mərkəz Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələr üzrə xeyli işlər görüb. Hədəflər isə bəllidir: xarici ölkə universitetlərində Azərbaycan multikulturalizmi fənninin tədrisi və genişləndirilməsi, qış və yay multikulturalizm məktəblərinin keçirilməsi, Azərbaycan universitetlərində multikulturalizm fənni üzrə tədrisin təşkili və onun davamı, eyni zamanda, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının davamı kimi “Azərbaycan multikulturalizminin elmi-ictimai əsasları” kitabının hazırlanması, bununla yanaşı, ulu öndər Heydər Əliyevin 95 illik yubileyi ilə bağlı “Heydər Əliyev 95: multikulturalizm və tolerantlıq ideyaları” mövzusunda beynəlxalq konfransın təşkili.

    Kamal Abdulla deyib ki, bir çox ölkələrin universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi ilə yanaşı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialları da fəaliyyət göstərir. Gələn ilin aprelində bir sıra xarici universitetlərdə beynəlxalq konfransın bölmə iclasları keçiriləcək. Bu iclaslarda Azərbaycandan da nümayəndələr iştirak edəcəklər. May ayında isə Bakıda “Ulu öndər Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideyaları” beynəlxalq konfransının yekun toplantısı təşkil ediləcək. Bu iclasa həmin xarici universitetlərdən nümayəndələr də qatılacaqlar.

    Kamal Abdulla multikulturalizm və tolerantlıq sahəsində tədbirlərin təşkilində ölkəmizdə yaşayan müxtəlif dini icmaların yaxından iştirakını xüsusi vurğulayıb.

    Sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov 2017-ci ildə görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib. Məruzədə bildirilib ki, dövr ərzində ölkə daxilində müxtəlif mövzular ətrafında 1 müşavirə, 5 elmi-metodiki seminar, 6 konfrans, 7 təqdimat, 13 “dəyirmi masa”, eləcə də ölkə xaricində 3 “dəyirmi masa”, 3 mühazirə-təqdimat, 4 konfrans təşkil olunub.

    2017-ci ilin sonunadək “Azərbaycan multikulturalizmi” fənni dünyanın 17 və Azərbaycanın 36 nüfuzlu ali məktəbində tədris olunub. İl ərzində ölkə daxilində və xaricdə bu müəllimlər üçün 4 treninq təşkil edilib, dinləyicilər müvafiq sertifikatlarla təmin olunublar.

    2017-ci ilin fevralında Qəbələ, Oğuz, Şəki, Qax və Bakıda “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?” devizi altında IV Beynəlxalq Multikulturalizm Qış Məktəbi təşkil edilib.

    Rusiya Mədəniyyət Mərkəzinin Azərbaycanın ictimai, humanitar, qeyri-hökumət təşkilatları ilə çoxtərəfli mədəni əlaqələrindən danışan Milli Məclisin deputatı Mixail Zabelin əlaqələrin inkişafının vacibliyini vurğulayıb. O deyib ki, Azərbaycan və Rusiyanın dayanıqlı dövlətlərarası münasibətlərinin mövcudluğu ölkələrin dinamik münasibətlərinə mühüm təsir göstərir. M.Zabelin uğurlu əməkdaşlığın nümunəsi kimi Azərbaycan Dillər Universiteti və Rusiyanın Puşkin adına Rus Dili İnstitutu arasında imzalanan yaradıcı birlik haqqında müqaviləni xatırladıb.

    Azərbaycandakı Dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev Azərbaycan xalqının yaşam standartlarının təbliğinin genişləndirilməsinin vacibliyini qeyd edib. ABŞ-ın Arizona ştatının nümayəndə heyətinin Azərbaycana uğurlu səfərindən danışan Milix Yevdayev səfərin əhəmiyyətini qeyd edib. O bildirib ki, ABŞ mediası Azərbaycan haqqında bir sıra məqalələr yayıb və bu, “Xaricilər Azərbaycan haqqında” adlı yeni kitab üçün çoxşaxəli kontent hazırlayıb.

    Azərbaycanlı alimlərin Auqsburq şəhərinə səfərinin nəticələrindən danışan ölkəmizdə fəaliyyət göstərən Bakı lüteranların dini icmasının rəhbəri Vera Nesterova aparıcı alman tədris mərkəzləri ilə yaradıcı və elmi münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayıb. O, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Drezden filialında keçirilən konfranslar və diskussiyalar haqqında ətraflı məlumat verib.
     
     
     

     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    2. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    3. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    4. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    5. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    6. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    7. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    8. 12:28 Vətənə xidmətdə keçən ömür
    9. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    14. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    15. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    16. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    18. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    19. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    20. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    21. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    22. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    23. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    24. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    25. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    26. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    27. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    28. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    29. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    30. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    31. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    32. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    33. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    34. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    35. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    36. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    37. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    38. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    39. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    40. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ