“Qobustan”ın son nömrəsində...
- 15-01-2018, 19:47
- Mədəniyyət
- 0
- 1 283
“Qobustan”ın son nömrəsində...
Azərbaycan Yazıçılar Birliyinin (AYB) aylıq-ədəbi orqanı olan “Qobustan” sənət toplusunun 2017-ci il üçün son nömrəsi çapdan çıxıb. Bu nömrədə də bir sıra maraqlı yazılar dərc edilib.
Toplu baş redaktor Vaqif Əlixanlının “Qırx sətir” və Əli bəy Hüseynzadə haqqında “Qaranlıqda üfüqləri görən adam” sərlövhəli yazılarla başlayır.
“Qonaq odası” rubrikasında AMEA-nın müxbir üzvü Teymur Əhmədovun “Füyuzat” jurnalı haqqında məqaləsi yer alıb.
“Dünyanı bəzəyənlər” bölməsində Ömər Qoçulunun memarlıq sənəti haqqında “Öncə deyəcəklərim…” adlı yazısı və “özü, sözü, bir də izi barədə…” müsahibəsi çap olunub. “Pərdə arxası” rubrikasında Məsməxanım Qubadovanın “Teatrımızın dünəni və… sabahı: “Şərq üslubu”, İsrafil İsrafilovun “Ötən əsrin “Pəri cadu”su” və digər məqalələri dərc edilib.
Jurnalın digər bölmələrində “Dünyada mahnı qaldı”, “Səhnədən ulduz keçdi”, “Aşıq havalarının bölgüsü”, “Bakıda Şeyx Şamil küçəsi” və digər yazılar işıq üzü görüb. AZƏRTAC.