• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Canlı, təbii obrazlar ustası

    Canlı, təbii obrazlar ustası


    Canlı, təbii obrazlar ustası
     
     
     “Yarım əsr “Azərbaycanfilm” kinostudiyasında çalışan aktyor Bahadur Əliyev kinonun durğunluq dövründə çox xiffət çəkib” 


    Yəqin ki, “Ulduz” filmindəki kolxoz sədri Qədir obrazını yaxşı xatırlayırsınız. Gəlimli-gedimli dünyanın qəribə işləri varmış: bir obrazla sənət tarixinə düşə bilmək, bir obrazla yadda qalmaq. Bu gün həmin rolu canlandıran aktyor Bahadur Əliyev aramızda olmasa da, tamaşaçılar onu Qədir obrazı ilə hər zaman yad edir, xoş xatirələrlə anırlar...
    24 fevral 1933-cü ildə Masallının Sığıncaq kəndində anadan olan Bahadur Əliyev 1957-ci ildə İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) Kino və dram aktyorluğu fakültəsini bitirib. O, Azərbaycan kinosu tarixində epizodik obrazları canlandıraraq tamaşaçı rəğbəti qazana bilən aktyorlardandır. Ömrünün çox hissəsini “Azərbaycanfilm” kinostudiyası ilə bağlayan aktyor filmlərdə rol almaqla yanaşı, həm də dublyaj sahəsində səmərəli fəaliyyət göstərib. Filmoqrafiyasına 80-dək ekran əsəri daxil olan aktyor bir müddət kinostudiyada dublyaj sexinin müdir müavini işləyib.
    Onun “Böyük dayaq” (komsomolçu), “Axırıncı aşırım” (Eyvaz), “Babək” (Divdad), “Dərviş Parisi partladır” (Bəy) və s. filmlərdə yaratdığı epizodik, amma yaddaqalan rollar aktyor peşəkarlığı ilə seçilir. Bahadur Əliyev SSRİ və Hindistanın birgə istehsalı olan “Əlibaba və 40 quldur” filmində də rol alıb. Orta Asiya respublikalarında filmlərə dəvət alan aktyorun məşhur özbək filmi “Şerəli və Aybərçin”də oynadığı rol özbəklərin də sevgisini qazanıb.
     
    1990-cı illərin əvvəllərində, Azərbaycanın müstəqilliyinin ilk və çətin illərində, ölkə həyatının digər sahələrində olduğu kimi, kino sənayesində də böhran yaşanırdı. Sənət naminə ən kiçik rollara belə qane olan Bahadur Əliyev uzun müddət işsiz qalır. Ömrünü sənətə həsr edən bir insan üçün milli kinonun bu vəziyyətini görmək dözülməz idi...
    Bu günlərdə 85 illiyi münasibətilə aktyoru oğlu Rauf Əliyevlə yad etdik. O, atasının ailədə intizama, tərbiyəyə verdiyi önəmi xüsusi qeyd edir: “Atam bizi milli-mənəvi dəyərlərə bağlı böyüdüb. Evdə hamımızla ciddi davranardı. 17 yaşında Masallıdan Bakıya gəlmişdi. Onun ətrafında yalnız xoşniyyət, safqəlbli insanları görə bilirdik. Təkcə azərbaycanlı dostları deyil, keçmiş sovet respublikalarından da çoxsaylı dost-tanışları qonağımız olardı. Atamın sovet respublikalarının kinostudiyaları ilə əlaqələri var idi və ayrı-ayrı filmlərimizə həmin studiyalardan aktyorların cəlb olunmasında öz köməyini əsirgəməzdi. Kinoya hədsiz bağlı idi. Bütün günü kino işləri ilə məşğul olurdu. Görkəmli aktyorlarımız Müxlis Cənizadə, Gündüz Abbasov, Əfrasiyab Məmmədov, Məmmədrza Şeyxzamanov, Səməndər Rzayev, Ceyhun Mirzəyev, müğənni Oqtay Ağayev və başqaları yaxın dostluq etdiyi sənətkarlar idi. Həsən Məmmədov, Şahmar Ələkbərov, Rasim Balayev, Elxan Qasımov atamdan yaşca kiçik olsalar da, onlarla ailəvi yaxın münasibət saxlayırdı. Tərəf-müqabili olan xanım sənətkarlardan Ofeliya Məmmədzadə, Leyla Bədirbəyli və İçərişəhərdə qonşu olduğumuz Şövkət Ələkbərova ailəmizin ən xoş günlərində həmişə atamın yanında olardılar”.
    Müsahibim qeyd edir ki, Bahadur Əliyev həyatını kinonun inzibati işlərinə daha çox həsr edib: “Mozalan” satirik kinojurnalında da çox çəkilmişdi, dublyajlarda yaxından iştirak edirdi. Kinonun durğunluq dövründə çox xiffət çəkirdi. Nə qədər olmasa da, ömrünün təxminən 50 ilini “Azərbaycanfilm” kinostudiyasında çalışmış bir insan üçün çətin idi. Bir hobbisi də poeziya idi. Həm poeziyanı sevirdi, həm də özü şeirlər yazırdı...”.
    Bahadur Əliyev 2002-ci il sentyabrın 16-da vəfat edib. Onu da qeyd edək ki, sənətkarın 85 illik yubileyi ilə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulub. Rauf Əliyev atasının xatirəsini əziz tutan hər kəsə bəri başdan təşəkkürünü bildirdi.

     Dostların xatirəsində

    Bahadur Əliyev sənətkar olaraq unudulmadığı kimi, yaxşı bir dost, müsahib kimi də müasirlərinin xoş xatirələrlə yada saldığı insanlardandır. Əməkdar mədəniyyət işçisi, dublyaj rejissoru Arif Həbibi onu istedadlı və cəfakeş sənətkar kimi xarakterizə edir: “İstər ailə üzvlərinin, istərsə də sənət dostlarının xatirələrində o, şən, fərqli xarakterə malik insan kimi qalıb. Çəkildiyi filmlərə nəzər salanda görmək olur ki, onun üçün rolun böyüyü, kiçiyi olmayıb. O, həmişə yaratdığı obrazın canlı və təbii olmasına, yadda qalmasına, tamaşaçılar tərəfindən maraqla qarşılanmasına çalışıb. Bahadur Əliyevlə 1967-ci ildən 1991-ci ilədək birlikdə çalışmışıq. Əsasən sovet və hind filmlərinin səsləndirilməsində onun əməyini qeyd etmək istərdim. Onun səsi məhz bir çox obrazlar üçün əvəzsiz idi. Çox alicənab və səmimi insan idi”.
     
    Xalq artisti İlham Namiq Kamal aktyorla “Mozalan” kinojurnalında çalışdıqlarını və Azərbaycan Radiosunun “Sabahınız xeyir” verilişinin daimi iştirakçısı olduqlarını bildirdi:

    - Radioda çoxsaylı yumoristik verilişlərdə birgə çıxış etmişik. Bahadur təbii, dostcanlı insan idi. Bəlkə çoxları unudub ki, o həm də dövlət tədbirlərinin daimi iştirakçısı idi. Rəsmi dövlət tədbirlərində Bahadurla Cahangir Aslanoğlunun ssenariləri əsasında yumoristik səhnələrlə çıxış edərdik. Bu çıxışlarda Hüseynağa Sadıqov və digər görkəmli sənətkarlarımız da iştirak edərdilər.

    Uzun illər Bahadur Əliyevlə bir yerdə çalışmış aktyor, rejissor, Əməkdar artist Elxan Qasımov:
    - Bahadurun adını kimin yanında çəksən, hər kəs onu xoş hislərlə xatırlayacaq. Qəribə, özünəməxsus gülüşü var idi. Gülüşü ilə daha da pozitivlik yaradırdı. Çox əliaçıq, həyatsevər, əxlaqlı insan idi. Kinostudiyanın bütün işlərində yaxından kömək edərdi. 10 uşaq atası olsa da, heç nədən şikayət etməzdi. Sovetlərin dağılması, Azərbaycanın keçirdiyi çətin illər kino sənətinə də təsirsiz ötüşmədi. Elə aktyorlarımız var ki, istedadları və sənətdə qoyduqları izlə əbədi ömür qazanıblar. Bahadur Əliyev də onlardan biridir”.

    Bu gün Azərbaycan kinosu tarixində Bahadur Əliyevdən yaratdığı obrazlar, bir də şirin xatirələr qalıb. 120 yaşını qeyd etdiyimiz kinomuzda onun kimi xidmətləri olan sənətkarları yad edək ki, gənc nəsillər də tanısın...


     Lalə Azəriшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ