• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda 31 mart soyqırımı qurbanları anıldı

    Masallıda 31 mart soyqırımı qurbanları anıldı

    Masallıda 31 mart soyqırımı qurbanları anıldı

    Martın 30-da Masallı şəhər Heydər Əliyev Mərkəzində “31 Mart Azərbaycanlıların soyqırımı günü”nə həsr olunmuş anım tədbiri keçirilib.
    Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısının müavini Nəsir Muxtarlı, hüquq-mühafizə orqanları rəhbərləri, rayonun veteranları, ağsaqqal və ziyalıları iştirak ediblər.
    Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbiri giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı açaraq qeyd edib ki, iki əsrdir mənfur erməni xisləti ilə üz-üzə qalmağımız, ermənilərin Azərbaycanlılara qarşı kütləvi qırğınların həmin vaxtdan bu günümüzə kimi davam etməkdə olmasıdır. Azərbaycanlılara qarşı əsrlərlə davam edən soyqırım nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı qəddarlıqla qətlə yetirilib. Rusiya ilə İran arasında gedən iki müharibənin (1804-1813, 1826-1828) sonunda imzalanmış “Gülüstan” (12 oktyabr 1813-cü il) və “Türkmənçay” (10 fevral 1828-ci il) müqavilələri Azərbaycanın parçalanmasına gətirib çıxarmışdır. Azərbaycanın şimalı Rusiyanın, cənubu isə İranın idarəçiliyinə keçmişdir. 1905-1906-cı illərdə İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngəzurun 75 azərbaycanlı kəndini ermənilər talan ediblər. 1918-ci ilin mart-aprel aylarında isə qanlı hadisələr zirvə nöqtəsinə çatıb. Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və digər ərazilərdə həyata keçirilib. 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdur. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılmış, 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilmişdir. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunmuş, əhali üzərində yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirilmişdir. İrəvanda – azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılıb, 1920 ev yandırılıb, 131 min 970 nəfər isə öldürülüb.
    Mahmudavar kənd tam orta məktəbinin tarix müəllimi Qumru Əhmədov soyqırım gününün hərtərəfli təhlilini əks etdirən məruzə ilə çıxış edib. Natiq bildirib ki, erməni Avetisov və Əmiryan Muğan kəndlərinə qənim kəsilmişdi. Avetisovun qoşunu əvvəlki kimi xalqı soyub talamaqda və müsəlmanları qətl, qarət etməkdə davam edirdilər. Adamlar günahsız həbs edilirdi. Silahlı erməni və rus dəstələri qaçaqlara kömək etməkdə şübhəli bilinən Muğan kəndlərinə fasiləsiz hücumlar edirdilər. Ciddi axtarışdan sonra ev sahibləri öldürülür, mal-qara və qiymətli ev əşyaları daşınıb aparılırdı. Xırmandalı, Kürdəbaz, Qədirli, Qarğalıq, Həsənli, Məmmədxanlı, Hacıtəpə ermənilər tərəfindən dönə-dönə yandırılan kəndlər idi. Alışanlı, Xıl, Yeddioymaq kəndlərində olan əkin yerləri də müsəlmanların əlindən alınaraq ruslara verilmişdi. Yerli əhali torpaqsız qalmışdı. Muğana tərəf hərəkət edən rus əsgərləri ilə əlbir hərəkət edən ermənilər Göytəpə (Prişib) ilə Astaranı birləşdirən “Poçt yolu” ətrafında yerləşən Muğan kəndlərini qarət və talan etməyə üstünlük verirlər. Xırmandalı, Həsənli, Məmmədxanlı kəndlərindən toplanmış bir dəstə könüllü də onları tərksilah etmək, əmlaklarını, silah və hərbi sursatlarını ələ keçirmək üçün Kalinovkanın (Viləş) yaxınlığından keçən Viləş çayının sahilində döyüş mövqeyi tuturlar. Ruslarla əlbir hərəkət edən erməni silahlıları müsəlmanlardan intiqam almaq məqsədi ilə Yeddioymaq kəndindən tutmuş “Poçt yolu” boyunca Prişibə tərəf və şimala doğru 23-dən artıq Muğan kəndlərinin dinc əhalisinə qarşı soyqırım təşkil edirlər. Yeddioymaq kəndi yandırılır, kənd sakinləri işgəncəyə məruz qalır. Kəndin məscidi toplardan atılan mərmi ilə dağıdılır. Erməni-rus əsgərləri Məmmədxanlı və Həsənli, Malakana hücum çəkib kəndləri çapıb talayırlar. Məmmədxanlı və Həsənli kəndlərinə soxulan erməni silahlı dəstələri müsəlmanlar arasında axtarış və həbslərə başlayır. Bir neçə günahsız ailə öldürülür. Faciənin təşkilatçısı kimi İsa Həsən oğlu həbs olunur. Onu atın quyruğuna bağlayıb sürüyür və yarıcan halda Prişib polkuna təhvil verirlər. Avetisovun əsgərlərinin müsəlmanlara qarşı etdikləri vəhşilik və zülümlər sayəsində Muğan kəndlərində həyat sönmüş, insan yaşamayan ölü kənd olmuşdu. Bütün Azərbaycanı əhatə edən və erməni vəhşiliyini özündə əks etdirən mart faciəsi azərbaycanlılara qarşı törədilmiş soyqırım siyasətinin tərkib hissəsidir. Azərbaycanın Cənub bölgəsində həyata keçirilmiş bu soyqırımın bir sıra özünəməxsusluqları da var idi. Belə ki Cənub bölgəsində bu soyqırım hələ 1918-ci ilin yanvar ayından başlamış və 1919-cu ilin avqustuna kimi, yəni Cənubda Cümhuriyyətin bərqərar olamasına kimi davam etmişdir. Tarix alimi Mürvət Abbasoun tədqiqinə görə bu faciə xalq arasında “Qaça-qaç” kimi tanınan məxsusi adla yadda qalmaqdadır.
    Digər çıxış edənlər ermənilərin yüzillər boyu xalqımıza qarşı törətdikləri cinayətlər, soyqırımlar barədə geniş məlumat veriblər.
    Məruzə ətrafında müzakirələrdə Böyük Kolatan kənd tam orta məktəbin veteran müəllimi Xanhüseyn Musayev, həftəlik "Yeni həyat" qəzetinin baş ədəbi işçisi Akif Ağayev, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyea, Masallı Dövlət Regional Kollecinin tarix müəllimi İradə İmanbəyli çıxış edərək, erməni vandallarının törətdiyi fəlakətlərdən danışıblar. Xüsusi vurğulanıb ki, 26 mart 1998-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "31 Mart Azərbaycanlıların Soyqırımı Günü" kimi qeyd olunması üçün imzaladığı xüsusi fərman bu faciəyə verilən tutarlı siyasi qiymətdir.
    Tədbiri Masallı Rayon İcra Hakimiyyətinin başçısının müavini Nəsir Muxtarlı yekunlaşdırıb.



     
     
    “Yeni həyat”,
    www.yeniheyet.az шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ