• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı RİH başçısının Qızılağac ərazisində səyyar görüş-qəbulu

    Masallı RİH başçısının Qızılağac ərazisində səyyar görüş-qəbulu

    Masallı RİH başçısının Qızılağac ərazisində səyyar görüş-qəbulu 

    Masallı Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş-qəbulu Qızılağac ərazisində keçirilmişdir. Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin 150-ə yaxın kənd sakini iştirak etmişdir.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı fərman və sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib. O cümlədən cənab Prezidentin tapşırığına əsasən Masallı rayonunda görülən işlər barədə ətraflı məlumat vermişdir.
    Rayon icra hakimiyyətinin başçısı qeyd etmişdir ki, Qızılağac rayonun böyük və abad yaşayış məntəqələrindəndir. Ölkədə, rayonda həyata keçirilən abadlıq - quruculuq işləri, 6770 nəfər əhalisi olan bu ərazidə də öz əksini tapır. Buna baxmayaraq biz yenə də əhalinin təklif və müraciətləri ilə tanış olmaq üçün RİH-də, ərazilərdə görüş-qəbullar keçirir, şəxsi evlərdə olur, insanların problemlərini öyrənir və onlara bilavasitə kömək göstərməyə çalışırıq. Ölkə rəhbərinin bu tapşırığı mütəmadi yerinə yetirilir. Görürük ki, cənab Prezident xalqın rifahı üçün səylə çalışır, ölkənin inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi üçün var gücünü sərf edir. Təkcə cari ildə xalqın rifahının yaxşılaşdırılması üçün 20-yə yaxın Sərəncam imzalayıb ki, bu da insanların rahat yaşamasına gətirib çıxarıb. Təkcə Masallıda 45 mindən çox adam bu sərəncamlardan yararlanır. Masallıda bir çox infrastruktur layihələr həyata keçirilib. Qazlaşdırmada, yaşayış məntəqələrinin SİP kabelləşməsində əsaslı işlər görülür. Masallıda kəndlərin 97 faizi qazlaşdırılıb. Yolların asfaltlaşdırılması da rayon sakinlərinin fərəhinə səbəb olur. Kənd təsərrüfatı inkişaf edir. Kəndçilər artıq torpağa qayıdır. Bu da təzə iş yerlərinin yaranmasına səbəb olur. Əkinlərin suvarılmasındakı çətinlik həllini tapmaqdadır. Bunun üçün Viləşçay su dəryaçasının ikinci növbəsinin tikintisinə hazırlıq işləri gedir. Kəndlərdə mövcud sututarlar cənab Prezidentin Sərəncamı ilə təmir olunur.
    Sonra rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
    Kənd sakinlərindən Fərhad Abbasov, Elçin Abuşov, Naib Məhərrəmov, Amid Nəsirov, İlkin Həmidov, Anar Abbasov, Ramal Nəsirov, Əmrah Abıyev və başqaları torpaq verilməsi, pay torpaqlarının kooperativ şəkildə birləşməsi, texnikanın istismarına icasə verilməsi, toxumun keyfiyyəti, sosial yardımın alınması, məişət tullantılarının yolların kənarına tökülməsi və sair məsələləri gündəmə gətirmişlər.
    Çıxış edənlər sosial-iqtisadi sahədəki uğurlara, həmçinin kənd yollarının asfaltlaşdırılması, qaz və işıqla fasiləsiz təmin olunmalarına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.

     
    “Yeni həyat”,
    www.yeniheyet.az
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:00 Mir Cəlal adına IV Hekayə Müsabiqəsinin qalibləri mükafatlandırılıb
    2. 17:51 Masallı RİH Başçısı 01.05.2024-cü il tarixdə Birinci Səmədxanlı ərazisinin sakinləri ilə görüşdü
    3. 09:56 AMEA-da görkəmli Azərbaycan şairi Əli Tudənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
    4. 19:39 Masallıda növbəti əmək yarmarkası keçirilmişdir
    5. 08:46 Almaniya ilə əlaqələrin inkişafı həmişə Azərbaycanın maraq dairəsindədir
    6. 23:00 Azərbaycanın ərazi  bütövlüyünü hərbi-siyasi yolla həyata keçirib
    7. 21:00 Masallı Bioloji Təbabət Klinikasında oftalmoloji şöbənin açılışı
    8. 16:51 Masallıda mədəniyyət işçilərinin iştirakı ilə seminar-müşavirə keçirilib
    9. 14:00 Tanınmış jurnalist Vasif Səmədov vəfat edib
    10. 10:15 Diqqət, müsabiqə!                
    11. 16:58 Lürən kəndində şəhid Faiq Şükürovun xatirəsi anıldı
    12. 11:56 Qırğızıstanla əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir
    13. 11:39 Almaniya ilə iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı həmişə Azərbaycanın maraq dairəsində olub
    14. 22:40 Masallıda 2024-cü ilin may ayına olan səyyar görüş - qəbulları barədə
    15. 21:00 Biz bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətindəyik
    16. 21:00 Biz uğura uğur əlavə edirik, bu işlər düşünülmüş siyasətin, strategiyanın, düzgün taktikanın üzərində qurulub
    17. 20:00 Rayon rəhbərinin 26 aprel 2024-cü il tarixdə növbəti vətəndaş qəbulu
    18. 18:47 Qaranlığa qalib gələn alim qadın MASALLIDA TƏDBİR
    19. 15:53 Masallıda "Statistika anlayışı və statistik məlumatlara giriş imkanları" mövzusunda seminar keçirilmişdir
    20. 23:30 Dostluğumuzun, qardaşlığımızın və birliyimizin rəmzi
    21. 23:30 Azərbaycanla Almaniya arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyacaq
    22. 23:08 Masallıda “Yaşıl dünya boyalarda” mövzusunda tədbir
    23. 20:00 Qida Təhlükəsizliyi Agenti Masallıda vətəndaşları qəbul edib
    24. 16:19 YAP Masallı Rayon Təşkilatı aparatında “Müzəffər Ali Baş Komandan və Rəşadətli Ordu” mövzusunda tədbir keçirilmişdir
    25. 12:47 Azərbaycan- Rusiya münasibətlərində qarşılıqlı inam və etimad çalarları güclənmişdir
    26. 21:00 Azərbaycan regionda əməkdaşlığın və davamlı inkişafın təmin olunması üçün ardıcıl səylərini davam etdirir
    27. 16:58 Tüklə kəndində şəhid ailəsi üçün tikilən fərdi yaşayış evi istifadəyə verildi
    28. 16:55 Şərəfə kəndində yeni məhəllə təbii qazla təmin olundu
    29. 16:51 Masallı RİH Başçısı 24.04.2024-cü il tarixdə Tüklə ərazisinin sakinləri ilə görüşdü
    30. 15:24 Prezident İlham Əliyevin Rusiya dövlətinə rəsmi səfərləri ölkələrimiz arasında dostluq və tərəfdaşlığa töhfələr verir
    31. 23:30 Masallıda “Məktəbəqədər təhsil” layihəsinin açılışı baş tutdu
    32. 23:30 Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir
    33. 23:30 Masallı kitabxanasının 100 illik yubileyi
    34. 09:48 Masallıda görkəmli bəstəkarın yubiley tədbiri keçirilib
    35. 19:19 İlham Əliyevin Prezident Vladimir Putinlə təkbətək görüşü olub
    36. 19:17 İlham Əliyev Rusiyaya işgüzar səfərə gəlib
    37. 19:13 Azərbaycan Prezidentinə yazırlar
    38. 19:09 Masallı şəhərində ağacəkmə aksiyası təşkil olundu
    39. 21:13 Dövlət İmtahan Mərkəzi daxili müsahibə elan edir
    40. 19:11 Masallıda özünəməşğulluğa cəlb edilmiş şəxslər barədə
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    DÜNYA XƏBƏRLƏRİ