• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda Dövlət Bayrağı və Konstitusiya günləri qeyd olundu

    Masallıda Dövlət Bayrağı və Konstitusiya günləri qeyd olundu


    Masallıda Dövlət Bayrağı və Konstitusiya günləri qeyd olundu

    Noyabrın 8-də Masallı şəhərindəki Bayraq Meydanında 9 Noyabr - Dövlət Bayrağı Günü və 12 Noyabr - Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.
    Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, icra hakimiyyəti aparatının kollektivi, YAP rayon təşkilatı idarə heyətinin üzvləri, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.
    Bayram tədbirində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayon sakinlərini qarşıdan gələn əlamətdar günlər münasibətilə təbrik edib.
    Rayon rəhbəri bildirib ki, ölkəmizdə dövlət rəmzlərinə ən yüksək səviyyədə hörmət və ehtiramın göstəricisidir ki, 2007-ci ilin noyabr ayının 17-də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Azərbaycan Dövlət Bayrağı meydanının yaradılması haqqında Sərəncam imzalamış, 2009-cu ilin noyabr ayının 17-də isə 9 Noyabr -Azərbaycan Dövlət Bayrağı günü təsis edilmişdir. Bu iki tarixi qərarın noyabr ayının 17-də verilməsi heç də təsadüfi deyildir. Belə ki, 1920-ci ildə Azərbaycanın işğalı nəticəsində səmalarımızdan endirilən və 70 il boyunca Azərbaycan xalqının qəlbində dalğalanan üç rəngli bayrağımız ilk dəfə məhz 17 noyabr 1990-cı ildə ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qaldırılmış və Dövlət Bayrağı kimi qəbul edilmişdir. Bu hadisə Azərbaycan xalqının müstəqillik və azadlıq mübarizəsinə böyük təkan vermişdir.
    Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir.
    Əminik ki, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyilə Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır.
    Üçrəngli bayrağımız Azərbaycanımızın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir. Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Üçrəngli bayrağımız hər zaman əbədi olacaq, bütün dünyada Azərbaycan dövlətinin və xalqının imzasını qürurla təsdiqləyəcəkdir.
    1995-ci ilin mayında ulu öndər Heydər Əliyevin sədrliyilə Konstitusiya Komissiyası formalaşdırıldı. Birmənalı şəkildə demək olar ki, layihənin müəllifi ümummilli lider Heydər Əliyevin özü idi. Hər bir fəsil və maddənin yazılmasına qədər gərgin əmək sərf edən ulu öndərin müəllifi olduğu bu layihə 1995-ci ilin oktyabrın 15-də ümumxalq müzakirəsi üçün mətbuatda dərc olundu. Cəmiyyətin demək olar ki, bütün təbəqələri müzakirələrə cəlb edildi. Təkliflər nəzərə alınmaqla layihənin yekun variantı 1995-ci ilin noyabrın 12-də referendum yolu ilə qəbul edildi.
    Konstitusiyanın mühüm fəlsəfi özəlliyi Azərbaycanda daha öncə heç bir hüquqi sənəddə belə geniş şəkildə yer almayan vətəndaş hüquq və azadlıqlarına dair ayrıca fəslin olmasıdır. Konstitusiyanın 158 maddəsindən 60-ı, yəni üçdə birindən çoxu məhz bu sahəni əhatə edir. Lakin bu müddəaların konstitusiyada təsbit olunması ilə məsələ bitmir, 1995-ci ildən sonra Azərbaycan dövləti bu istiqamətdə zəruri hüquqi islahatlar və demokratikləşmə yolu keçmişdir.
    Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov məruzəsində qeyd edib ki, hər bir dövlətin bayrağı həmin ölkənin, millətin kimliyini, milli-dini mənsubiyyətini, hansı amallar uğrunda mübarizə apardığını ifadə edən xüsusi qürur mənbəyidir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Bu gün ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs Azərbaycanın üçrəngli bayrağının dünyanın ən aparıcı tribunalarında, ən ali tədbirlərində dalğalanmasını təmin edib.
    YAP Masallı Rayon Təşkilatı Qadınlar Şurasının üzvü Lətifə Qənbərzadə, SHXÇDX rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin müfəttişi Ülvi Hüseynli və başqaları çıxışlarında qeyd ediblər ki, dövlət rəmzlərinin yaradılması, formalaşması və geniş ictimaiyyət tərəfindən mənimsənilməsi ümummilli lider Heydər Əliyevin gərgin əməyi və məqsədyönlü fəaliyyəti nəticəsində mümkün olub. Həmçinin bildirilib ki, ölkə rəhbərimiz, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində milli bayrağımız tezliklə işğal altında olan doğma yurdumuzda, Qarabağda dalğalanacaq.
    Bayram tədbirində Masallı Mədəniyyət Mərkəzinin solistləri Miriş Hüseynovun, Məlahət Əzizlinin, Şamo İbayevin, “Masallı” rəqs qrupunun, Masallı Dövlət Regional Kollecinin tələbələrinin və “Viləş” uşaq bağçasının fidanlarının çıxışları maraqla qarşılanıb. 



    Ə.ŞÜKÜROV,

    A.AĞAYEV,
    E.Əliyev (foto),
    “Yeni həyat”,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    2. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    3. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    4. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    5. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    6. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    7. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    8. 12:28 Vətənə xidmətdə keçən ömür
    9. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    14. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    15. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    16. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    18. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    19. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    20. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    21. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    22. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    23. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    24. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    25. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    26. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    27. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    28. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    29. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    30. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    31. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    32. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    33. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    34. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    35. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    36. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    37. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    38. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    39. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    40. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ