• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Prezident İlham Əliyev Dünya dini liderlərinin II Sammitinin açılış mərasimində iştirak edib

    Prezident İlham Əliyev Dünya dini liderlərinin II Sammitinin açılış mərasimində iştirak edib

    Prezident İlham Əliyev Dünya dini liderlərinin II Sammitinin açılış mərasimində iştirak edib

    Noyabrın 14-də Bakıda Dünya dini liderlərinin II Sammiti işə başlayıb.
    Yeniheyet.az President.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Sammitin açılış mərasimində iştirak ediblər.

    Əvvəlcə birgə foto çəkdirildi.

    Sammit müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başladı.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə nitq söylədi.

    Prezident İlham Əliyevin nitqi

    - Hörmətli Şeyxülislam Allahşükür Paşazadə həzrətləri.

    Zati-müqəddəsləri Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill.

    Hörmətli din xadimləri, qonaqlar, xanımlar və cənablar.

    Mən bütün qonaqları səmimiyyətlə salamlayıram. Dünya dini liderlərinin ikinci Zirvə görüşündə iştirak edən bütün qonaqlara “Xoş gəlmisiniz!” deyirəm.

    Bu beynəlxalq tədbirin çox böyük əhəmiyyəti var. Biz fəxr edirik ki, Azərbaycan bu mötəbər tədbirə ikinci dəfə ev sahibliyi edir. Bu, bir daha onu göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında öz önəmli rolunu oynayır və bundan sonra da oynayacaqdır.

    Bakıda belə mötəbər tədbirin keçirilməsi, hesab edirəm ki, təbiidir. Çünki Azərbaycanın qədim dinlərarası ənənələri vardır. Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərmişdir. Əsrlərboyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır. Bizim qədim tariximizi əks etdirən o cümlədən bizim dini abidələrimizdir. Bizim dini abidələrimiz, ilk növbədə, onu göstərir ki, Azərbaycan qədim diyardır. Digər tərəfdən onu göstərir ki, müxtəlif dövrlərdə müxtəlif dinlərin nümayəndələri Azərbaycanda yaşamış, yaratmış və gözəl tarixi miras qoymuşlar. Qeyd etməliyəm və biz fəxr edirik ki, İslam aləminin ən qədim məscidlərindən biri Azərbaycanda yerləşir. Şamaxı Cümə məscidi 743-cü ildə inşa edilmişdir, bir neçə il bundan əvvəl əsaslı təmir olunmuşdur. Bu məscid Dərbənd məscidindən sonra Qafqazın ən qədim məscididir.

    Eyni zamanda, qədim dövlət olan Qafqaz Albaniyasının kilsəsi Azərbaycanın digər tarixi şəhəri - Şəkinin yaxınlığında yerləşir və bu kilsənin qədim tarixi var. Bu, Qafqazın ən qədim kilsələrindən biridir. Bakıda atəşpərəstlik məbədi – Atəşgah yerləşir. Bu da onu göstərir ki, zərdüştlük dininin Azərbaycanda qədim kökləri vardır. Sonrakı dövrlərdə rus pravoslav kilsələri, sinaqoqlar, katolik kilsəsi inşa edilmişdir. Onu da bildirməliyəm ki, Azərbaycan dövləti tarixi-dini abidələrimizin qorunması və yeni dini məbədlərin inşası istiqamətində səylərini əsirgəmir. Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə bütün dinlərin məbədləri əsaslı şəkildə təmir edilmiş və ya yenidən tikilmişdir. Beləliklə, dinlərarası dialoqun Azərbaycanda qədim tarixi vardır və müasir Azərbaycan dövləti bu ənənələrə sadiqdir. Biz İslam dininə sadiqik. Öz dinimizi təbliğ edirik, eyni zamanda, Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst yaşayır, fəaliyyət göstərir, öz dini ayinlərini icra edirlər. Beləliklə, ölkəmizdə çox gözəl ictimai ab-hava vardır.

    Beynəlxalq təşkilatlar, eyni zamanda, dünya dini liderləri Azərbaycanın bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirirlər. Azərbaycana bir neçə dəfə səfər etmiş Zati-müqəddəsləri Moskva və Bütün Rusiyanın Patriarxı Kirill, Azərbaycana səfər etmiş Roma Papası Fransisk, İslam Əməkdaşlıq Təşkilatına rəhbərlik etmiş şəxslər Azərbaycanda dinlərarası dialoqun yüksək səviyyədə təşkil edilməsi haqqında dəfələrlə öz sözlərini demişlər. Bu sözlər, bu yüksək qiymət bizim üçün çox dəyərlidir və bu, reallığı əks etdirir.

    Azərbaycan o ölkədir ki, öz inkişafını, öz gələcəyini milli köklər üzərində qurubdur. Ənənəvi dəyərlər bizim üçün ən böyük sərvətdir. Biz çox şadıq ki, Azərbaycanda yetişən gənc nəsil milli ruhda, vətənpərvərlik ruhunda və eyni zamanda, ənənəvi dəyərlər ruhunda tərbiyə alır. Hesab edirəm ki, Bakıda keçirilən Zirvə görüşünün mövzularından biri də məhz bu, olacaq. Çünki biz görürük ki, dünyada, dünyanın müxtəlif yerlərində ənənəvi dəyərlərə qarşı kampaniya aparılır, onlar gözdən salınır, bizim üçün yad olan, bizim milli təfəkkürümüzə uyğun olmayan yeni “dəyərlər” aşılanır. Biz özümüzü və xüsusilə gənc nəslimizi bu yad və bəd təsirdən qorumalıyıq. Ona görə hesab edirəm ki, ənənəvi dəyərlərin, ailə dəyərlərinin təbliğ edilməsi hamımızın işi olmalıdır. Yenə də deyirəm, Azərbaycanda bu istiqamətdə aparılan siyasət - həm dövlət, həm dini liderlər tərəfindən aparılan siyasət, hesab edirəm ki, çox böyük qiymətə layiqdir.

    Azərbaycan multikulturalizm dəyərlərini təbliğ edən ölkələrdən biridir. Multikulturalizm Azərbaycanda həm həyat tərzidir, həm də dövlət siyasətidir. Təsadüfi deyil ki, Azərbaycanda bu istiqamətdə bir çox önəmli addımlar atılmışdır və bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Tədbirlərin bəziləri ənənəvi xarakter daşıyır. Məsələn, Bakı Humanitar Forumu ənənəvi olaraq keçirilir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT tərəfindən dəstəklənir. BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu, Dünya dini liderlərinin Zirvə görüşləri, yəni, bütün bu tədbirlərin bir məqsədi var - dinlərarası dialoqu möhkəmləndirmək, dini ayrı-seçkiliyə qarşı birgə mübarizə aparmaq, multikultural dəyərləri təbliğ etmək və beləliklə, dünyada gedən müsbət proseslərə öz töhfəmizi verməkdir. Çünki biz yaxşı görürük və mətbuatdan da izləyirik ki, dini zəmində, etnik zəmində, məzhəb zəminində bir çox xoşagəlməz hallar - münaqişələr, qarşıdurmalar, müharibələr, qardaş qanının axıdılması baş verir. Əfsuslar olsun ki, bəzi hallarda psevdodini şüarlar altında cinayətlər törədilir. Biz bu istiqamətdə öz səylərimizi birləşdirməliyik.

    Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir. Dövlət-din münasibətlərinin əsasını ulu öndər Heydər Əliyev qoymuşdur. Heydər Əliyev Azərbaycan xalqının böyük oğludur və bütün dövrlərdə - həm sovet dövründə, həm müstəqillik dövründə xalqa ləyaqətlə xidmət etmişdir. Dövlət-din münasibətlərinin təməlini məhz Heydər Əliyev qoymuşdur, necə ki, müasir Azərbaycanın bütün başqa istiqamətlər üzrə inkişaf konsepsiyası onun adı ilə bağlıdır. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyinə nail olmuşdur. Ancaq ilk iki ildə müstəqillik formal xarakter daşıyırdı. Demək olar ki, ölkə idarəolunmaz vəziyyətdə idi. Xüsusilə 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsi tərəfindən həyata keçirilmiş hərbi çevriliş nəticəsində vəziyyət daha da ağırlaşdı, Azərbaycan dərin böhrana düçar oldu, ölkəni xaos, anarxiya, özbaşınalıq bürüdü. Eyni zamanda, dinlərarası, millətlərarası münasibətlərə böyük ziyan vuruldu. Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti tariximizin qara ləkəsidir. Bu, rüsvayçılıq dövrüdür və təsadüfi deyil ki, Azərbaycan xalqı bu antimilli, satqın və qorxaq hakimiyyətə cəmi bir il dözə bildi, bir ildən sonra öz liderinə üz tutub Heydər Əliyevi hakimiyyətə dəvət etdi və ona ölkənin gələcəyini etibar etdi.

    Heydər Əliyev hakimiyyətə gələndən sonra, ilk növbədə, qanunsuz silahlı birləşmələrin tərk-silah edilməsi istiqamətində önəmli addımlar atdı, erməni işğalının qarşısını aldı və Azərbaycan işğal altında olmuş bəzi torpaqları geri qaytara bildi. Ölkədə sabitlik bərqərar oldu, inkişaf yoluna qədəm qoyuldu. Biz beynəlxalq təcriddən çıxa bildik, iqtisadi və siyasi islahatlar aparılmağa başlandı. O cümlədən dövlət-din münasibətlərinin formalaşması Heydər Əliyevin adı ilə bağlıdır. Eyni zamanda, şeyx həzrətləri bu istiqamətdə çox böyük fədakarlıq və fəaliyyət göstərmişdir. Mən bu işlərin şahidi kimi deyə bilərəm ki, Heydər Əliyevin və şeyx həzrətlərinin dostluğu dövlət-din münasibətlərinin formalaşmasında həlledici rol oynamışdır. Şeyx həzrətləri bu gün də dövlət-din münasibətlərinin sağlam zəmində davam etdirilməsi istiqamətində böyük işlər görür, Azərbaycanı dünyada təbliğ edir. Onun rəhbərliyi ilə aparılan işlər həm Azərbaycan xalqı tərəfindən, həm də dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Hər il bir neçə ölkədə şeyx həzrətlərinin təşəbbüsü və rəhbərliyi ilə mötəbər beynəlxalq tədbirlər keçirilir. Həm Azərbaycanda, həm Qafqazda, həm də dünyada böyük nüfuz qazanmış şeyx həzrətləri din-dövlət münasibətlərinin necə tənzimlənməsi istiqamətində atılan addımları ölçüb-biçir və bu addımlar ölkəmizin ümumi inkişafını dəstəkləyir. Çünki hər bir ölkənin sabitliyi hər bir ölkənin gələcəyi deməkdir. Sabitlik pozulan yerlərdə inkişafa da yer qalmır. Əfsuslar olsun ki, son illər ərzində dini zəmində müxtəlif ölkələrdə iğtişaşlar, müharibələr, münaqişələr baş alıb gedir. Əfsuslar olsun ki, bir çox hallarda dini şüarlar altında böyük cinayətlər törədilir.

    Şeyx həzrətləri Azərbaycanın ümumi inkişafına çox böyük töhfə vermiş böyük şəxslərdən biridir. Bu ilin avqust ayında mənim Sərəncamımla Azərbaycanın ən ali ordeni olan “Heydər Əliyev” ordeni şeyx həzrətlərinə verilmişdir və bu gün təntənəli şəkildə bu yüksək mükafat şeyx həzrətlərinə təqdim ediləcəkdir.

    Dinlərarası münasibətlərə gəldikdə, hesab edirəm ki, bu münasibətlərin spektri kifayət qədər genişdir. Biz Azərbaycanda ümumi konsepsiyaya baxdıqda görürük ki, bir neçə istiqamət var, bu, sadəcə olaraq, dini liderlərin bir-biri ilə əlaqədə olması demək deyil. Bu, müxtəlif tədbirlərin keçirilməsidir və önəmli mesajların verilməsidir. Mən bu tədbirlərin arasında Azərbaycanda bir neçə il bundan əvvəl keçirilmiş I Avropa və IV İslam Həmrəyliyi oyunlarını da qeyd etmək istəyirəm. Baxmayaraq ki, bu, idman yarışlarıdır, ancaq bu yarışların çox böyük siyasi mənası vardır. Çünki təsəvvür edin, cəmi iki il ərzində bir ölkədə, bir şəhərdə İslam ölkələrinin və Avropa ölkələrinin idmançıları yarışır və eyni zamanda, dostluq əlaqələri yaradırlar. Çünki bu oyunlar, sadəcə olaraq, idman yarışı deyil. Bu oyunlar Azərbaycanda bir dostluq festivalına, dostluq bayramına çevrilmişdir. Hər iki idman yarışında 100-dən çox ölkə təmsil olunurdu, minlərlə idmançı, məşqçi, qonaq iştirak edirdi və əlbəttə ki, bu oyunların dinlərarası, mədəniyyətlərarası dialoqun təşviqində böyük rolu vardır.

    Keçən il biz “Bakı Prosesi”nin 10 illiyini qeyd etmişik. “Bakı Prosesi” bizim təşəbbüsümüzlə başlanmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT “Bakı Prosesi”ni dinlərarası, mədəniyyətlərarası dialoqun önəmli platforması kimi qəbul edir. 2008-ci ildə Bakıda Avropa Şurasının Mədəniyyət nazirlərinin toplantısı keçirilmişdir və biz qərara gəldik ki, bu toplantıya İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Mədəniyyət nazirlərini dəvət edək və beləliklə, birinci təmas yarandı. Ondan sonra 2009-cu ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Mədəniyyət nazirlərinin toplantısına biz Avropadan nazirləri dəvət etdik. Azərbaycan nadir ölkələrdəndir ki, həm İslam Əməkdaşlıq Təşkilatına, həm də Avropa Şurasına üzvdür və biz bu imkandan istifadə edib “Bakı Prosesi”nə start verdik. Bayaq qeyd etdiyim kimi, bu gün beynəlxalq aləmdə “Bakı Prosesi” çox yüksək qiymətləndirilir və bu, doğrudan da nadir əməkdaşlıq formatıdır.

    Dinlərarası dialoqdan danışarkən, əlbəttə ki, biz təkcə müsbət məqamların qeyd edilməsi ilə kifayətlənməməliyik. Eyni zamanda, münaqişələri din amilinə bağlamaq cəhdlərini də çox ciddi şəkildə pisləməliyik. Bu nümunələrdən biri uzun illər davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Bildirməliyəm ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. Azərbaycan xalqı əsrlərboyu bu torpaqda yaşayıb yaratmışdır və qədim xəritələrdə, eyni zamanda, Çar Rusiyasının XX əsrin əvvəllərində çap edilmiş xəritələrində Dağlıq Qarabağa aid olan ərazidə bütün toponimlər Azərbaycan mənşəlidir. Qarabağ xanlığı Azərbaycan xanlığı olmuşdur. Sadəcə olaraq, XIX əsrin əvvəllərində ermənilər Dağlıq Qarabağa köçürülmüşlər və XX əsrdə orada milli tərkib böyük dərəcədə deformasiyaya uğramışdır. Onu da bildirməliyəm ki, bolşevik inqilabından sonra respublikalar arasında cızılan xəritələrə gəldikdə, o vaxt bolşevik hökuməti tərəfindən qərar qəbul edilmişdir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Bu, çox önəmli məqamdır, çünki tarixi təhrif etməkdə usta dərəcəsinə çatmış erməni tarixçiləri qeyd edirlər ki, Dağlıq Qarabağın Azərbaycana verilməsi haqqında qərar qəbul edilmişdir. Halbuki bu, belə deyil və tarixi sənədlər bunu göstərir, Dağlıq Qarabağı Azərbaycanın tərkibində saxlamaq haqqında qərar qəbul edilmişdir. Yəni, bu, eyni zamanda, tarixi və siyasi məqamları əks etdirir.

    Ancaq Sovet İttifaqının dağılması ərəfəsində Dağlıq Qarabağda və Ermənistanda baş qaldırmış millətçi qüvvələr Azərbaycana qarşı təcavüzə başlamışdır və hərbi təcavüz nəticəsində torpaqlarımızın təxminən 20 faizi, o cümlədən Dağlıq Qarabağ və ətrafda olan 7 rayon işğal altına düşmüşdür. Bu ərazilərdə Azərbaycan xalqına qarşı soyqırımı törədilmişdir, bizim bütün tarixi abidələrimiz, qəbirlərimiz, o cümlədən məscidlərimiz ermənilər tərəfindən dağıdılmışdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib və bu qətnamələrdə erməni silahlı qüvvələrinin bizim torpaqlarımızdan çıxarılması haqqında açıq-aydın müddəalar var, Ermənistan bu qətnamələrə məhəl qoymur. Digər beynəlxalq təşkilatlar – Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası və başqa təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişlər. Münaqişənin həlli üçün yeganə yol Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır.

    Bu böyük humanitar fəlakət nəticəsində Dağlıq Qarabağdan, Ermənistandan və Qarabağı əhatə edən rayonlardan bir milyon azərbaycanlı qaçqın-köçkün vəziyyətinə düşmüşdür. O vaxt Azərbaycanın əhalisi 8 milyon idi. Yəni, təsəvvür edin nə qədər böyük humanitar fəlakət idi. Buna baxmayaraq, Azərbaycan uğurla inkişaf edir, ölkəmiz beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Keçən ay Bakıda Qoşulmama Hərəkatının Zirvə Görüşünün Yekun Bəyannaməsi də ədaləti əks etdirir və bildirməliyəm ki, Azərbaycan bu böyük təşkilata sədrliyi öz üzərinə götürmüşdür. Azərbaycan 120 ölkənin yekdil qərarı ilə bundan sonra üç il ərzində Qoşulmama Hərəkatına sədrlik edəcək.

    Bizim iqtisadi göstəricilərimiz çox müsbətdir. 2003-cü ildən bu günə qədər ölkə iqtisadiyyatı 3,2 dəfə artmışdır, savadlılıq 100 faizə yaxındır, yoxsulluq son 16 il ərzində təxminən 50 faizdən 5 faizə düşmüşdür. Azərbaycan texnoloji inkişafa böyük önəm verir və bu gün dünyanın məhdud sayda olan kosmik klubunun üzvüdür, üç peykimiz var. Önəmli nəqliyyat layihələri icra edilir. Bu layihələr, sadəcə olaraq, nəqliyyat layihələri deyil, bu, əməkdaşlıq layihələridir. Çünki nəqliyyat elə bir sahədir ki, qonşu ölkələr və digər bölgə ölkələri bir-birindən asılı olurlar. Azərbaycan açıq dənizlərə çıxışı olmayan bir ölkə kimi artıq beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilmişdir - Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçir.

    Bütün bu nailiyyətlər deməyə əsas verir ki, inkişafımız bundan sonra da uğurlu olacaq, gələcəyimiz parlaq olacaq və uğurlu gələcəyimizin əsas şərti daxili sabitlikdir. Sabitliyin də təminatçısı Azərbaycan xalqıdır, onun rəyidir, onun bizə verdiyi dəstəkdir. Xalq-iqtidar birliyi Azərbaycanın uğurlu inkişafının əsas amillərindən biridir və eyni zamanda, dinlərarası münasibətlər də bizim gücümüzü artırır.

    Mən əminəm ki, bu Zirvə görüşünün çox böyük əhəmiyyəti olacaq və Bakıdan səslənən mesajlar lazımi ünvana çatacaq. Hesab edirəm ki, əsas istiqamətlərdən biri dini ayrı-seçkiliyə yol verməmək, ksenofobiya, islamofobiya, antisemitizmə qarşı birgə mübarizə aparmaq, dindən siyasi məqsədlər üçün istifadə etməmək, münaqişələrə dini don geyindirməmək, münaqişə zamanı tarixi-dini abidələri dağıtmamaq və ənənəvi dəyərləri təbliğ etməkdir. Hesab edirəm ki, dediyim bu məsələlər Azərbaycanın bu istiqamətdəki siyasətini əks etdirir. Əminəm ki, Zirvə görüşünün nəticələri bu istiqamətdə atılmış növbəti addım olacaqdır.

    Mən bir daha qonaqları səmimiyyətlə salamlayıram və Zirvə görüşünə uğurlar arzulayıram. Sağ olun.

    X X X

    Sonra Prezident İlham Əliyevin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Sərəncamı oxundu.

    Dövlətimizin başçısı İlham Əliyev “Heydər Əliyev” ordenini Şeyxülislam Allahşükür Paşazadəyə təqdim etdi.

    Sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür PAŞAZADƏ çıxış edərək dedi:

    -Bismillahir rəhmanir rəhim.

    Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.

    Əziz qardaşım, Zati-müqəddəsləri, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill həzrətləri.

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti möhtərəm Mehriban xanım Əliyeva.

    Hörmətli rəyasət, dəyərli dini liderlər və dövlət xadimləri, əziz qonaqlar.

    Dünya dini liderlərinin II Bakı Sammitində hər birinizi salamlamaqdan böyük şərəf duyuram. Allah-Təala Qurani-Şərifdə içərimizdə “yaxşılığa çağıran, xeyirli işlər görməyi buyuran və pis əməllərdən çəkindirən bir camaat” olmasını bizə tövsiyə etmişdir. Bugünkü Zirvə görüşündə məhz belə bir cəmiyyət toplanmışdır, milyonlarla dindarları təmsil edən qüdrətli dini liderlər, böyük nüfuza malik şəxsiyyətlər, siyasi və ictimai xadimlər bir araya gəlmişlər. Bu məqamda mən II Bakı Sammitinin dəyərli qonaqlarının iradəsini ifadə edərək, Bakı Zirvə görüşünün ərsəyə gəlməsinə xeyir-dua vermiş, tədbirimizə mənəvi və əməli dəstək olmuş Azərbaycan Prezidenti cənab İlham Əliyevə hamımızın adından minnətdarlığımı bildirmək istərdim.

    Azərbaycan dövlətinin başçısı Zati-aliləri Prezident İlham Əliyev qlobal miqyasda ümumbəşəri dəyərlərin carçısı, dünya miqyasında multikulturalizm, İslam həmrəyliyi ideyalarının fəal təbliğatçısı, mədəniyyətlərarası əməkdaşlığa dair “Bakı Prosesi”nin müəllifidir. Multikulturalizm bizim həyat tərzimizdir. Bu milli-dini birlik ideyası ölkəmizdə dövlət siyasəti səviyyəsində həyata keçirilir. Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan müasir Azərbaycanda Zati-aliləri Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək dövlətçilik təfəkkürü ilə milli-mənəvi dəyərlərə verdiyi önəm sayəsində bəşəri birliyə xidmət edən multikulturalizm, İslam həmrəyliyi kimi ideyaların reallaşması istiqamətində uğurlu addımlar atılır və bu addımlar beynəlxalq aləmdə böyük siyasi-mənəvi rezonans yaradır. Qeyd edim ki, Azərbaycan Prezidentinin tövsiyəsi ilə 2017-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi təsis edildi və dövlətimizin başçısının ideya müəllifi olduğu qlobal çağırışlar Mərkəzimizin İspaniyada, Almaniyada, Avstriyada keçirdiyi beynəlxalq tədbirlərdə böyük rəğbətlə qarşılandı.

    Bu gün keçirilən bu möhtəşəm Sammitin əsas məqsədi beynəlxalq sabitliyə və təhlükəsizliyə ciddi təhdid olan ksenofobiya, islamofobiya, xristianofobiya, antisemitizm kimi təhlükələrin qarşısının alınması üçün siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılmasının və qlobal dialoqun gücləndirilməsinin vacibliyini bir daha bəyan etməkdir. Təəssüf ki, müasir dövrümüzdə insanlar arasında təcavüzə, zorakılığa və ayrı-seçkiliyə təhrik edən nifrət çağırışları ictimai təhlükəyə çevrilməkdədir. İnformasiya-kommunikasiya sahəsindəki müasir texnologiyalar, sosial şəbəkələr, kütləvi media vasitələri nifrət çağırışlarını bütün dünyada genişmiqyaslı sistemə çevirir. Qlobal miqyasda nifrət çağırışları İraqda, Suriyada, Fələstində, Əfqanıstanda və digər ölkələrdə sabitliyi pozmuş, hərbi və soyqırımı cinayətlərinə rəvac vermişdir. Nifrətin ideoloji təsirləri altında Qərb dünyası miqrant problemlərinə antihumanist münasibətilə bəşəri fəlakətlərə, bəlkə də cinayətlərə yol açır. Məhz belə nifrət çağırışları sayəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu Ermənistan tərəfindən hərbi təcavüzə və soyqırımına məruz qalmış, 20 faiz torpaqlarımız işğal edilmiş, 1 milyondan çox insan əzəli torpaqlarından qaçqın və məcburi köçkün düşmüş, dini və mədəni abidələrimiz vəhşicəsinə dağıdılmışdır. Əfsuslar olsun ki, beynəlxalq hüququn norma və prinsiplərinə rəğmən bu tarixi ədalətsizlik bu günə qədər davam etməkdədir.

    Nifrət çağırışlarının, təhrik mesajlarının çoxalması olduqca aktual problemdir. Təsadüfi deyil ki, BMT-nin Ekspert qrupu bununla əlaqədar xüsusi qətnamə qəbul etmişdir. KAİSİİD Beynəlxalq təşkilatının iclasında qeyd olunduğu kimi, “Nifrət nitqlərinə qarşı mübarizə insan hüquqlarının müdafiəsinin vacib elementidir”. Zati-aliləri İlham Əliyev cənablarının beynəlxalq müstəvidə aktual problemlərin həllində hər zaman öncül olduğunu, dərin təfəkkür tərzini bildiyimiz üçün nifrətə çağırış probleminin fəsadlarını və ictimai təhlükəsini nəzərə alaraq, Sammit iştirakçıları adından Zati-alilərinə müraciət etmək istərdim. Burada iştirak edən BMT və KAİSİİD Beynəlxalq dinlər və mədəniyyətlərarası Dialoq Mərkəzi və Bakı Dinlərarası Əməkdaşlıq Mərkəzinin birgə təşkilatçılığı ilə “Qlobal nifrət çağırışları ilə mübarizədə din, siyasət və ictimaiyyət xadimlərinin birgə səyləri” mövzusunda gələcəkdə beynəlxalq konfransın keçirilməsinə dair təşəbbüsümüzün Zati-aliləri tərəfindən dəyərləndirilərək razılıq verilməsi beynəlxalq ictimaiyyət və biz din xadimləri üçün Allahın köməyi ilə müstəsna əhəmiyyət kəsb edə bilər.

    Biz Azərbaycan heç vaxt söz azadlığının və demokratiyanın əleyhinə olmamışıq. Biz söz azadlığını nifrət çağırışlarına çevirənlərin əleyhinəyik. Söz – Yaradanın insana əmanətidir, insan hər sözü üçün Allah qarşısında məsuliyyət və cavabdehlik daşıyır. Söz – Ana, Vətən, Nur, Məhəbbət, Cənnət də ola bilər, Söz - savaş, müharibə, ölüm, cəhənnəm də ola bilər. Bizim məqsədimiz təfriqə və ayrı-seçkilikdən uzaq olan, xalqları və millətləri bir araya gətirən, mənəvi və insani dəyərləri üstün tutan vahid qardaşlıq dünyası naminə birgə çalışmaq, İlahi Nurun ardınca getməyi Sözlə təbliğ etməkdir. Çünki bütün dini kitablarda deyildiyi kimi, iman gətirənlər qardaşdırlar! Hamımız babamız Adəmdən, Adəm isə torpaqdan yaranmışdır. Torpaq qardaşlarını birləşdirən cəhətlər isə onları ayıran və yadlaşdıran cəhətlərdən qat-qat üstün və dəyərlidir!

    Zati-aliləri, möhtərəm Sammit iştirakçıları. Mən öz iştirakı ilə tədbirimizi zinətləndirən ali qonaqlarımıza, Sammitə təbrik məktubları göndərən dövlət və din xadimlərinə, beynəlxalq təşkilatlara və ictimai qurumlara minnətdarlığımı bildirirəm. Özəlliklə uzun illər səmərəli fəaliyyətimiz sayəsində özümə dost, qardaş bildiyim Zati-müqəddəsləri Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill həzrətlərinə, digər dəyərli şəxsiyyətlərə və burada iştirak edən qardaş və bacılarıma təşəkkür edirəm.

    Mənim və ailəm üçün çox əlamətdar haldır ki, bəşəri məsələlərin müzakirə olunduğu və mühüm qərarların bəyan edildiyi Dünya dini liderlərinin builki Bakı Sammiti yubileyimlə eyni vaxta təsadüf edir. Bu tarixi gündə Azərbaycan dövlətinin başçısı, Zati-aliləri İlham Əliyev cənabları məni ölkəmizin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif etdi. Ulu öndər Heydər Əliyevin adını əbədiləşdirən ordeni mənə təqdim etməklə Azərbaycan Prezidenti yüksək səviyyəli dövlətçilik təfəkkürünü, dünyəvi dövlətin milli-dini dəyərlərə və din-dövlət münasibətlərinə ali diqqətinin bariz nümunəsini nümayiş etdirdi. Böyük qardaşım, ulu öndər Heydər Əliyevin adını daşıyan ordenə layiq görülmək həyatım boyu mənim üçün böyük şərəf və fəxarət olacaqdır. Bu, mənim 70 illik yubileyimə və 40 illik Şeyxülislamlıq fəaliyyətimə verilən ən böyük dəyərdir. Bu illər ərzində Ulu Öndərin və daha sonra Zati-alilərinizin rəğbəti və dəstəyi ilə Qafqaz Müsəlmanları İdarəsini dünyanın tanınmış dini təşkilatı səviyyəsinə qaldırmağa birgə nail olduq. Böyük tarixi nailiyyətimiz olan müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi və milli-mənəvi dəyərlərimizə qayıdışı təmin etmək üçün Zati-alilərinizin rəhbərliyi ilə var qüvvəmizlə çalışmaqdayıq. Bu gün əminliklə deyə bilərəm ki, harada dövlət və din münasibətləri düzgün məcrada inkişaf edirsə, orada dövlətin və xalqın siyasi, iqtisadi və mənəvi rifahı mütləq labüddür!

    Zati-aliləri, möhtərəm cənab Prezident. Hörmətli Sammit iştirakçıları. Mən bir daha Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bu Sammitdə iştirakına və ali təltifinə görə minnətdarlığımı bildirirəm. Ümidvaram ki, Sammitin qərarları Yekun sənədində öz əksini tapacaq, Dünya dini liderlərinin II Bakı Sammiti qloballaşan dünyanın müasir çağırışlarının, aktual problemlərinin həllinə Azərbaycan dövlətinin dəyərli töhfəsi olacaqdır. Bu Sammit dünya dinləri tarixinə əlamətdar hadisə kimi həkk olunacaq və beynəlxalq müstəvidə qarşılıqlı anlaşma mühitinin möhkəmlənməsinə xidmət edəcəkdir, İnşallah!

    Vəssalamu əleykum və rəhmətullahi və bərəkatuhu.

    X X X

    Moskvanın və Bütün Rusiyanın Patriarxı KİRİLL çıxış edərək dedi:

    -Zati aliləri, çox hörmətli cənab Prezident.

    Zati-aliləri xanım Mehriban Əliyeva.

    Mənim əziz qardaşım, möhtərəm Şeyxülislam Allahşükür Paşazadə.

    Zati müqəddəslər və hörmətli dini liderlər.

    Mən Azərbaycan hökumətinin, bu Sammitin qonaqpərvər sahibi Şeyxülislam Allahşükür Paşazadənin dəvəti ilə böyük sevinclə Bakıya gəlmişəm.

    Bu tədbiri hərtərəfli dəstəklədiyinə və söylədiyi fikirlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə minnətdarlığımı bildirmək istərdim. 2010-cu ilin aprelində Dünya dini liderlərinin ilk Bakı Sammitinin keçirildiyi vaxtdan demək olar ki, 10 il sonra dinlərarası münasibətlər sahəsində yeni meyillər meydana çıxıb və ənənəvi dinlər qarşısında yeni çağırışlar durub. Son illər Bakıda və bir çox ölkələrdə Azərbaycanın himayədarlığı altında müasirliyin çətin suallarına birlikdə cavab vermək məqsədilə çoxsaylı dinlərarası və mədəniyyətlərarası tədbirlər keçirilir. Əsasən Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri möhtərəm Şeyxülislam Allahşükür Paşazadənin səyləri ilə məhz Bakı qlobal səviyyəli dinlərarası dialoq üçün mühüm meydana çevrilib.

    Son onilliklər Yer kürəsinin ayrı-ayrı nöqtələrində müxtəlif münaqişələr və terrorçuluğun indiyədək görünməmiş tüğyanı ilə hamını kədərləndirib. Terrorçular günahsız dinc insanların qanını axıdır. Şri-Lanka, Yeni Zelandiya, Suriya, İraq, Əfqanıstan, Fransa - bunlar son iki ildə dünyanı sarsıdan terror aktlarının törədildiyi ölkələrin heç də tam siyahısı deyil. Etiraf etməliyik ki, ənənəvi dinlərə qarşı müharibə gedir. Bu müharibə şəhər və kəndlərdə, informasiya məkanında, ən vacibi isə insanların şüurlarında və qəlblərində aparılır. Ən təhlükəlisi budur ki, bu müharibədə ön sıralarda gənc nəslin nümayəndələri döyüşür. Ekstremist hərəkatın ideoloqları gənclərdə həyat təcrübəsinin olmamasından, onun nəyin bahasına olursa-olsun öz baxışlarını müdafiə etməyə hazırlığından istifadə edir. Bütün bunlar savadın aşağı səviyyəsi, təkcə digər dinlər haqqında deyil, hətta öz dini ənənələri haqqında baza biliklərinin çatışmazlığı ilə daha da dərinləşir. Biz hamımız bu gün informasiya müharibələrinin aparılması üçün hansı böyük resurslardan istifadə olunduğunu bilirik. Əlbəttə, biz dini xadimlər daimi təhdidlərə vərdiş etmişik. Şər qüvvələr öz həyatını Tanrıya xidmətə həsr edənlərə qara yaxmaq cəhdlərini heç vaxt tərk etməyiblər. Amma bu, o demək deyil ki, biz enerjili və çox şey vəd edən gənclərimizin vicdansız adamlar tərəfindən özlərini aldatmasına və istifadə olunmasına sakitcə durub baxmalıyıq. Niyə ekstremistlərin təbliğatı müəyyən uğur qazanır? Güman edirəm, ilk növbədə, ona görə ki, onlar dindar adamların müasir sekulyar paradiqmalarını qəbul etməmələrindən bəhrələnirlər. Hər tərəfdən təlqin ediləndə ki, həyatda ən əsas şeylər uğur, var-dövlət, ləzzətdir, onda dindar insan bu cür yanlış dəyərlərin aqressiv sırınmasına qarşı etiraz etməyə bilmir. Sistemin ənənəvi dəyərlərinin böhranı təxribatçılar və ekstremistlər üçün geniş meydan açır. Onlar öz ideologiyalarını və sekulyar ideologiyanı asanlıqla dəyişir, onların toxumları münbit torpağa düşür. Buna görə də biz dini liderlər kimi nəinki ekstremizmi rədd və ittiham etməliyik, həm də cəmiyyətdə müqəddəs yazılara əsaslanan sarsılmaz dəyərləri, ailəni, nikahı, böyüklərə hörməti, dinə hörməti, insanın dini seçimini, iztirab çəkənlərə və kimsəsizlərə dəstəyi tərbiyə etməliyik. İnandırıcı nümunələrlə möhkəmləndirilən bu ideyaları biz informasiya məkanında fəal translyasiya etməliyik. Bu gün bizim öz həmrəyliyimizi və əzab çəkən qardaşlarımıza diqqətimizi nümayiş etdirmək üçün çox gözəl imkanımız var. Mən son illərdə dağıdıcı qanlı münaqişələrdən əhalisinin çox ziyan çəkdiyi Yaxın Şərq regionu haqqında danışıram. Terrorçuların Suriyaya və İraqa vurduğu ziyanı görmək ağırdır. Yaxın Şərq böhranı kütləvi miqrasiyaya səbəb olub. Təəssüf ki, heç də bütün miqrantlar gəldikləri ölkələrin yerli əhalisi ilə qarşılıqlı fəaliyyət göstərməyə hazır olmadılar. Çoxlarının elementar dinlərarası və millətlərarası ünsiyyət mədəniyyəti çatmadı. Buna görə də bugünkü Sammit kimi təşəbbüslər xüsusilə əhəmiyyətlidir.

    Bu gün sekulyarizm cəmiyyətdə getdikcə daha çox yayılır və özündə dinin olmasını təkzib edir. Sekulyar ideyanın tərəfdarları hesab edirlər ki, dindən imtina etmək bütün insanların ümumi rifahına xidmət edir. İnformasiya texnologiyalarının fəal inkişafı sayəsində cəmiyyətdə dini təşkilatlar obrazı köhnəlmiş məhdud dünyagörüşü sırıyan dini təşkilat obrazı kimi təbliğ edilir, mənəviyyat haqqında müasir təsəvvür yoxdur. Həm də bu zaman dindarlıqla birlikdə kişi ilə qadının ittifaqı kimi nikah, insanın doğulduğu andan təbii həyata qədərki ömrünün toxunulmazlığı, qeyri-təbii ədəbsiz özbaşınalığı aşıq-aşkar tənqid etməyə özündə güc və mərdlik tapan insanlar rədd olunur. Sekulyar ideologiyanın nümayəndələri onları dözülməzlikdə ittiham edirlər. Biz bir vaxtlar xristianlığın bəhrəsi olan, indi isə öz dini simasını sürətlə itirən Avropadakı vəziyyəti ürəkağrısı ilə qəbul edirik.

    Bu zala müxtəlif dini ənənələrin nümayəndələri toplaşıblar. Dinlərin obyektiv fərqinə baxmayaraq, biz ictimai tərbiyə məsələlərinə eyni cür baxırıq. Bizim ümumi borcumuz və birgə vəzifəmiz - insanın həyatında mənəvi istiqamətləri göstərməkdir. Dini liderlər siyasi liderlərə yekdilliklə müraciət edə bilərlər və etməlidirlər. Siyasi vəzifələri zəiflərin ağrıları, o cümlədən zəif dövlətlərin hesabına həll etməyi dayandırmağın zəruriliyini birmənalı şəkildə bildirmək vaxtıdır. Enerji resurslarını məsuliyyətsiz bölməyi dayandırmaq vaxtıdır. Dünya ölkələrini birinci, ikinci və üçüncü dərəcələrə bölməyi dayandırmaq vaxtıdır. İstərdik ki, daha inkişaf etmiş və varlı dövlətlər bəşəriyyətin taleyinə görə öz məsuliyyətlərini dərk etsinlər. Onlar qlobal qaydaların diktatorları yox, təhlükəsizliyin və sabitliyin təminatçıları olmalıdırlar. Təcrübənin göstərdiyi kimi, bəzi dövlətlərin digərlərinə öz qaydalarını, ənənələrini və mədəniyyətlərini sırımaları yaxşı heç nəyə gətirib çıxarmır. Xalqların özünəməxsusluğu və azadlığı təhlükəsiz və dinc birgəyaşayışın rəhnidir. Yoxsul ölkələrdə təbii ehtiyatların yırtıcılıqla hasilatının və ətraf mühitin çirkləndirilməsinin dayandırılması çox vacibdir. Biz insanların rifahı üçün yaradılmış Tanrı nemətlərinə görə məsuliyyət daşıyırıq və bizim müraciətimiz hər bir insana ünvanlanıb. Biz də səmimi qəlbdən inanırıq ki, onu eşidəcəklər.

    Mən dini azlıqların təqib olunması kimi problemi xatırlatmaq istərdim. Ən iri yerli pravoslav kilsələrindən birinin rəhbəri kimi mən bir sıra ölkələrdə dindaşlarımın ayrı-seçkiliyə məruz qalması haqqında danışmalıyam. Onlar tez-tez təqiblərə məruz qalırlar. Yaxın Şərqdə, bütün avromik dinlər üçün müqəddəs torpaqda xristianlığın mövcudluğuna ciddi ziyan vurulub. Tarix sübut edir ki, xristianlar, müsəlmanlar və yəhudilər əsrlərboyu bu torpaqda birlikdə yaşayıb və bu gün onlar sülhün qorunması üçün eyni dərəcədə məsuliyyət daşıyırlar. Xristianların təqib olunması haqqında danışarkən Afrikadakı problemdən yan keçmək olmaz. Cənubi Saxaranın bir sıra dövlətləri ekstremist qruplaşmaların nəzarətsiz fəaliyyətindən əzab çəkir. Xüsusilə Nigeriyada xristianların əsl soyqırımı törədilir. Mən bütün xoşməramlı insanları Afrika ölkələrində xristianların problemlərini diqqətdən kənarda qoymamağa çağırıram. Əminəm ki, dini liderlər dialoq yolu ilə bu gün bəşəriyyətin rastlaşdığı problemlərə ciddi təsir göstərə bilərlər. Bizim səsimiz o vaxt inandırıcı olar ki, birlikdə və həmrəyliklə səslənsin. Əminəm ki, biz birlikdə Tanrı qarşısında cavabdeh olduğumuz sülhyaradıcı vəzifəmizi yerinə yetirə bilərik. Səmimi qəlbdən arzu edirəm ki, bugünkü Sammit bunun təsdiqinə çevrilsin.

    Biz buraya daha mühüm və xoş səbəbə görə - Şeyxülislam Allahşükür Paşazadənin 70 illiyini qeyd etmək üçün toplaşmışıq. Bu gün Bakıya dünyanın hər yerindən yüzlərlə nüfuzlu dini liderin gəlməsi faktının özü çox şeydən, ilk növbədə, möhtərəm Şeyxülislamın yüksək nüfuzundan xəbər verir. Biz hamımız onu uzun illərdir ki, dostluğun, dinlər və xalqlar arasında dialoqun ardıcıl tərəfdarı kimi tanıyırıq. Bu gün bizim əziz şeyximizi 70 illiyi münasibətilə səmimi qəlbdən təbrik etmək və ona rus pravoslav kilsəsinə göstərdiyi dəstəyə, sülhyaradıcı xidmətinə və anadan olmasının 70 illiyi ilə əlaqədar rus pravoslav kilsəsinin birinci dərəcəli “Müqəddəs Serafim Sarovski” ordenini təqdim etmək mənim üçün olduqca xoşdur.

    Patriarx Kirill Rus Pravoslav Kilsəsinin birinci dərəcəli “Müqəddəs Serafim Sarovski” ordenini Şeyxülislam Allahşükür Paşazadəyə təqdim etdi.

    X X X

    Rusiya Federasiyasının Federasiya Şurasının sədr müavini İlyas UMAXANOV çıxış etdi və Prezident Vladimir Putinin Dünya dini liderlərinin II Bakı Sammitinə ünvanladığı məktubu oxudu.

    - Çox hörmətli İlham Heydər oğlu.

    Zati-müqəddəsləri, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə.

    Zati-müqəddəsləri Moskvanın və Bütün Rusiyanın Patriarxı.

    Hörmətli iştirakçılar, dostlar, qardaşlar, həmkarlar.

    Mən artıq burada səslənən fikirlərə xoş niyyətlərlə qoşuluram və məncə, bizim Sammitin məqsədlərinə və vəzifələrinə birbaşa aidiyyəti olan bir sitat gətirmək istəyirəm: “Əsl mənəviyyatı nə milyonlara, nə də milyardlara almaq olmaz, lakin mənəviyyatdan məhrum olan insanların cəmiyyətdə heç bir dəyəri yoxdur, hətta əgər onların həmin milyonları və milyardları olsa da”. Bu sözlər Azərbaycan xalqının böyük oğlu, Azərbaycanın ümummilli lideri Heydər Əliyevə məxsusdur.

    Mən daha bir böyük tapşırığı yerinə yetirmək istərdim. Bu gün bu, mənim üçün böyük şərəfdir. Xeyir-dualı Azərbaycan paytaxtında, çoxkonfessiyalı və çoxmillətli Bakıda Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin Qafqaz Müsəlmanları İdarəsinin sədrinə, MDB Dinlərarası Şurasının həmsədri Zati-müqəddəsləri Şeyxülislam Allahşükür Paşazadəyə məktubunu səsləndirmək istəyirəm.

    “Zati-müqəddəsləri, 70 illiyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Qafqazda sülhün və ictimai razılığın möhkəmləndirilməsinə yönəlmiş çoxillik yorulmaz xidmətinizlə Siz həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda təkzibolunmaz yüksək nüfuz qazanmısınız. Sizin Rusiyanın Mərkəzi Müsəlman Təşkilatları və Rus Pravoslav Kilsəsi ilə məhsuldar işbirliyinə, qədim dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan Rusiya-Azərbaycan münasibətlərinə mühüm töhfələrinizi dərin məmnunluqla qeyd edirəm. Zati-müqəddəsləri, Sizə cansağlığı və mühüm və zəruri dini-maarifçilik, sülhyaradıcı missiyanızda, bütün işlərinizdə və təşəbbüslərinizdə uğurlar arzulayıram.

    Hörmətlə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin”.

    Hörmətli İlham Heydər oğlu, Sizin dostunuz Vladimir Vladimiroviç Putindən mənim daha bir tapşırığım var. O, mənə Rusiya Federasiyası Prezidentinin “Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Hümmət oğlu Paşazadənin cəmiyyətdə mənəviyyatın, tolerantlığın yüksəldilməsinə, fəal ictimai fəaliyyətə, xalqlar arasında, mədəni-dini sahədə etimad mühitinin qurulmasına yönəlmiş fəaliyyətinə görə “Xeyirxah işlərə görə fərqlənmə nişanı” ilə mükafatlandırmaq haqqında” Fərmanını səsləndirməyi tapşırıb.

    Rusiya Federasiyasının Federasiya Şurasının sədr müavini İlyas Umaxanov Fərmanı oxudu və “Xeyirxah işlərə görə fərqlənmə nişanı”nı Şeyxülislam Allahşükür Paşazadəyə təqdim etdi.

    X X X

    Türkiyə Diyanət İşləri başqanı Ali ERBAŞ çıxış etdi və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu oxudu:

    - Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev.

    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətləri.

    Zati-alilərini və bu toplantıda iştirak edən dünya dini liderlərini hörmət və sevgi ilə salamlayıram.

    Əs-sələmu aleykum və rəhmətullahi və bərəkətuhu.

    Türkiyə Respublikasının Prezidenti möhtərəm Rəcəb Tayyib Ərdoğanın Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə göndərdiyi məktubu diqqətinizə təqdim edirəm.

    “Çox hörmətli Şeyxülislam Allahşükür Paşazadə həzrətləri, Qafqaz Müsəlmanları İdarəsinin sədri.

    Əziz dostum, qardaşım Azərbaycan Prezidenti cənab İlham Əliyevin yüksək təqdiri ilə, anadan olmağınızın 70 illiyi və şeyxülislamlıq fəaliyyətinizin 40 illiyi münasibətilə keçirilən Sammitin uğurlu olmasını diləyirəm.

    Fəaliyyətə başlamağınızdan bu günə qədər Azərbaycan ilə birlikdə bölgəmizdə faydalı töhfələrinizlə dini xidmətlərin yayılması sahəsində çox mühüm irəliləyişlərin əldə edildiyini bilirəm. Bu xidmətlərinizin İslam aləminin və bütün bəşəriyyətin xeyrinə olmasını sidqi-ürəkdən arzu edirəm.

    Uzun illər ərzində belə mühüm və məsuliyyəti böyük olan bir vəzifənin öhdəsindən uğurla gəldiyiniz üçün Sizi təbrik edirəm.

    Fürsətdən istifadə edərək Allah-Taaladan Sizə cansağlığı, rəhbərlik etdiyiniz kollektivə uğurlar və müvəffəqiyyətlər diləyirəm.

    Sizin vasitənizlə azərbaycanlı qardaşlarımıza sülh, cansağlığı, əmin-amanlıq və xoşbəxtlik diləyirəm.

    Ən səmimi salamlarımla,

    Rəcəb Tayyib Ərdoğan

    Türkiyə Respublikasının Prezidenti”.

    x x x

    İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi TÜRKMAN çıxış edərək dedi:

    -Azərbaycan Respublikasının möhtərəm Prezidenti bu ili “Nəsimi ili” elan edib.

    Azərbaycan dövlətinin, şəxsən cənab Prezident İlham Əliyevin və həmçinin Allahşükür Paşazadənin təşəbbüsü ilə keçirilən bu Sammitə görə təşəkkür edir və uğurlar arzulayıram. Azərbaycan dövlətinə və xalqına xoşbəxtlik diləyirəm. Təşəkkür edirəm.

    X X X

    Misir Ərəb Respublikasının Nümayəndələr Palatası sədrinin birinci müavini Əl-Seyyid Mahmud əl-ŞƏRİF çıxış edərək dedi:

    -Cənab Prezident, icazə verin, Zati-alinizə, eyni zamanda, qardaş Azərbaycan xalqına gözəl qarşılanma və ev sahibliyinə görə dərin təşəkkür və ehtiramımı bildirim. Habelə icazə verin, Misir rəhbərliyinin - cənab Prezident Əbdülfəttah əs-Sisinin, Misir parlamentinin, hökumətinin və xalqının salamlarını Sizə çatdırım. Həmçinin Sizin müdrik rəhbərliyinizlə uğurlar qazanan Azərbaycan xalqını təbrik edim. İndi Sizin ölkədə müşahidə etdiyimiz rifah və tərəqqi nümunə götürüləcək məsələlərdən biridir.

    Misir və Azərbaycan iki qardaş ölkədir və onların arasında tarixin dərinliklərinə varan əlaqələr vardır. Bu əlaqələr dünyaya sülh mesajını daşıyan, ekstremizm və terrorla mübarizə aparan bütün bəşər övladları arasında insani qardaşlığı əhatə edən əlaqələrdir.

    Öz adımdan, Əl-Əsəri Şərif alimləri adından, deputatlar adından şeyx həzrətləri Allahşükür Paşazadəyə bəşər övladları arasında dinc yaşayış mədəniyyətini yaymaqda göstərdiyi səylərə görə parlamentin qızıl medalını təqdim etmək istəyirəm. Sizə təşəkkür edirəm.

    Misir Nümayəndələr Palatası sədrinin birinci müavini Əl-Seyyid Mahmud əl-Şərif qızıl medalı Şeyxülislam Allahşükür Paşazadəyə təqdim etdi.

    X X X

    Özbəkistan Respublikası Prezidentinin dövlət müşaviri Rüstəm KASİMOV Sammitdə çıxış edərək dedi:

    -Möhtərəm İlham Heydər oğlu.

    Çox hörmətli xanım Mehriban Əliyeva.

    Çox hörmətli Şeyxülislam Allahşükür Paşazadə.

    Hörmətli nümayəndə heyətlərinin rəhbərləri, Bakı Sammitinin iştirakçıları.

    İcazə verin, Özbəkistan Respublikasının nümayəndə heyəti adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Heydər oğlu Əliyevə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə səmimi qəbul, qonaqpərvərlik və Sammitin çox gözəl təşkilinə görə ürəkdən təşəkkürümü bildirim, həmçinin bu cür mötəbər tədbirdə çıxış etmək imkanına görə minnətdarlığımı ifadə edim.

    Qeyd etmək lazımdır ki, Azərbaycanda konstruktiv sivilizasiyalararası və dinlərarası dialoqun möhkəmlənməsinə kömək edən beynəlxalq tədbirlərin keçirilməsi gözəl ənənəyə çevrilib. Beynəlxalq Tolerantlıq Günü ərəfəsində bu cür böyük tədbirin təşkili əlamətdar hadisədir və əminəm ki, o, dialoqun dərinləşməsinə, millətlərarası anlaşmanın və dini tolerantlığın möhkəmlənməsi sahəsində sıx əməkdaşlığın inkişafına, müasir çağırışlara və təhlükələrə qarşı fəaliyyətə şərait yaradacaq.

    Cənab Prezident, Siz də qeyd etdiyiniz kimi, hazırda – dünya ictimaiyyətinin ziddiyyətlərin, həmçinin dini şüarlar altında ekstremizm və terrorizmin kəskinləşməsi problemlərindən narahatlıq keçirdiyi bir şəraitdə bu, çox vacibdir. Tolerantlıq Günü bizim respublikanın Prezidenti Şavkat Miromonoviç Mirziyoyevin təşəbbüsü ilə Özbəkistanda da geniş qeyd olunur. Bu il respublikanın bütün regionlarında “Özbəkistan – bizim ümumi evimiz” devizi altında təşkil olunan dostluq və mədəniyyət tədbirləri çərçivəsində tolerantlıq həftəsi keçirilir.

    Hörmətli Sammit iştirakçıları, bu gün bizim ölkəmizdə, xüsusən yaradılmış İslam Sivilizasiya Mərkəzində, Beynəlxalq İslam Akademiyasında, İmam Buxari və İmam ət-Tirmizi elmi-tədqiqat mərkəzlərində, Ali Hədisşünaslıq Məktəbində milli və dini dəyərlərin dirçəldilməsi və qorunub saxlanılması, görkəmli alim və mütəfəkkirlərin zəngin elmi tarixi irsinin öyrənilməsi və təbliği, cəmiyyətdə dini tolerantlığın möhkəmlənməsi üzrə məqsədyönlü praktik iş aparılır. “Kəlam”, “Hədis”, “Təsəvvüf”, “Akıda” və “Fikh” elmi ilahiyyat məktəbləri açılıb, Özbəkistan Müsəlmanları İdarəsinin dini müəssisələri nəzdində İslamın humanist ideyalarını təbliğ edən və yayan təlim kursları fəaliyyət göstərir. Buxaradakı məşhur Miri Ərəb mədrəsəsinin statusu ali dini tədris müəssisəsi səviyyəsinə qaldırılıb. Yeri gəlmişkən, bu məktəbin məzunlarından biri də hörmətli Şeyxülislam Allahşükür Paşazadədir. Burada iştirak edən çox hörmətli din xadimlərinin arasında Miri Ərəb məktəbinin bir neçə məzununu görmək mənim üçün xoşdur. Onlar öz fundamental təhsilini bu mədrəsədə alıblar. Dini konfessiyaların səmərəli fəaliyyətinin həyata keçirilməsi, həmçinin onların cəmiyyət və dövlət həyatında fəal iştirakı üçün hər cür lazımi şərait yaradılıb. Ölkədə 182 qeyri-İslam dini təşkilatı, 16 konfessiya fəaliyyət göstərir. Özbəkistanda ekstremizmə qarşı profilaktika işinin səmərəli sistemi yaradılıb. Bu sistemin prioritet istiqaməti yanlışlıqla terrorçu və ekstremist, yaxud digər qadağan edilmiş təşkilat və qrupların tərkibinə daxil olmuş şəxslərin deradikallaşması və sosiallaşmasıdır. Məqsədyönlü fəaliyyət sayəsində biz radikal ideyaların təsiri altına düşmüş və sonra islah yoluna qayıtmış 20 min vətəndaşın yenidən sosiallaşması üçün əlverişli şərait yaradılmasına nail olmuşuq. Dövlət başçısının təşəbbüsü ilə əsasən Suriya və İraqda silahlı münaqişələr zonasından 220 min vətəndaşımızın vətənə qayıtması üzrə təşkil edilmiş “Mehr” və “Mehr-2” əməliyyatları həyata keçirilib.

    Hörmətli Sammit iştirakçıları, müasir qlobal proseslər, təhlükəsizliyə getdikcə artan çağırışlar və təhdidlər səylərin birləşdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və konfessiyalararası dialoqun inkişafının zəruriliyini şərtləndirir. Məlum olduğu kimi, 2018-ci ilin dekabrında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının “Sülh mədəniyyəti” mövzusunda 73-cü sessiyasında “Maarifləndirmə və dini tolerantlıq” adlı xüsusi qətnamə qəbul edilib. Bu gün bütün dünya, o cümlədən İslam icması həyəcanlı çağırışlarla üz-üzədir. Dini şüurun siyasiləşdirilməsi və müsəlman gənclərin radikallaşdırılması cəhdləri ən ciddi təhlil, qiymətləndirmə və adekvat cavabların verilməsini tələb edir. Təəssüflə qeyd etmək lazım gəlir ki, müəyyən qüvvələr islamofobiya əhval-ruhiyyəsini qızışdıraraq İslamı terrorizm ideologiyası ilə əlaqələndirməyə çalışırlar. Hesab edirəm ki, bu cür reallıq İslam dünyasını sıx birləşməyə məcbur edir, ölkələrimizin həmrəyliyi isə dünyada gərginliyin azaldılmasında rol oynaya bilər. Biz hesab edirik ki, bütün ölkələr bərabər səviyyədə bu istiqamətdə səy göstərə bilərlər. Biz bu aktual vəzifələrin öhdəsindən ancaq birgə səylərlə gələ bilərik. Bu fəaliyyətdə bizim böyük əcdadlarımızın mötədillik, dini etiqad, sülhsevərlik və qarşılıqlı anlaşma kimi yüksək ümumbəşəri dəyərlərlə müşahidə olunan mənəvi irsinin mahiyyətinin və məzmununun beynəlxalq ictimaiyyətə çatdırılmasına xüsusi yer ayrılmalıdır.

    Əziz dostlar, əminəm ki, Dünya dini liderlərinin Bakı Sammiti konfessiyalararası münasibətlərin bəşəriyyətin ümumi maraqları naminə inkişafına və ekstremizm, terrorizm və separatçılıq kimi qlobal təhlükələrin aradan qaldırılmasına yeni təkan olacaq.

    İcazə verin, Sammit iştirakçılarına məhsuldar iş, möhkəm cansağlığı, sülh və əmin-amanlıq arzulayım.

    Hörmətli İlham Heydər oğlu, icazə verin, çox hörmətli Şeyxülislamın Özbəkistan Respublikasının dövlət mükafatı ilə təltif olunması haqqında Özbəkistan Respublikası Prezidentinin Fərmanını oxuyum və mükafatı ona təqdim edim.

    “Allahşükür Hümmət oğlu Paşazadənin “Dostluq” Ordeni ilə təltif olunması haqqında” Özbəkistan Respublikası Prezidentinin Fərmanı:

    “Dünya sivilizasiyasının inkişafında müsəlman aləminin böyük alimləri və mütəfəkkirlərinin misilsiz töhfəsinin öyrənilməsi istiqamətində məhsuldar və aktiv fəaliyyətinə, müqəddəs İslam dininin humanist fəaliyyətinin müxtəlif millətlərin və xalqların nümayəndələrinə geniş çatdırılmasına, beynəlxalq miqyasda konfessiyalararası və mədəniyyətlərarası dialoqun qurulmasına, özbək və Azərbaycan xalqları arasında dostluq və əməkdaşlığın, o cümlədən elm və maarifçilik sahəsində əlaqələrin möhkəmlənməsində böyük xidmətlərinə, dini və dünyəvi biliklərə malik olan ixtisaslı kadrların hazırlanmasında layiqli töhfəsinə, gənc nəslin tolerantlıq ruhunda tərbiyə olunmasına, sülh və anlaşmaya, qarşılıqlı hörmətə görə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Hümmət oğlu Paşazadə “Dostluq” ordeni ilə təltif olunsun”.

    Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev”.

    Dövlət müşaviri Rüstəm Kasimov Özbəkistanın “Dostluq” ordenini Şeyxülislam Allahşükür Paşazadəyə təqdim etdi.

    X X X

    Gürcüstanın Azərbaycandakı səfiri Zurab PATARADZE çıxış etdi və Prezident Salome Zurabişvilinin məktubunu oxudu.

    -Hörmətli Prezident cənab İlham Əliyev, ilk növbədə, Sizi salamlayıram.

    Hörmətli Şeyxülislam Allahşükür Paşazadə həzrətlərini salamlayıram.

    Hörmətli qonaqlar, sizi salamlayıram.

    Mən burada Gürcüstan Prezidenti xanım Salome Zurabişvilinin təbrik məktubunu diqqətinizə çatdırmaq istərdim.

    “Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə.

    Zati-müqəddəsləri, sizi bir daha böyük ehtiramla 70 illik yubileyiniz və şeyxülislamlıq fəaliyyətinizin 40 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Siz öz ölkənizdə dini möhkəmləndirmisiniz, bu isə böyük məsuliyyətli və şərəfli işdir. Təəssüf hissi ilə bildirirəm ki, bu mühüm tarixlərə həsr olunmuş tədbirlərdə iştirak edə bilməyəcəyəm. Gürcülər və azərbaycanlılar fərqli dinlərin nümayəndələridir. Lakin buna baxmayaraq, bizi yaxın dostluq əlaqələri birləşdirir. Bu münasibətlərin qorunub saxlanılmasında və möhkəmləndirilməsində mən hər zaman sizin və Gürcüstanın katolikos-patriarxının şəxsi rolunu görürəm. İnanıram ki, bu dostluq heç zaman sarsılmayacaq, onu qoruyub saxlayacağıq və bununla regionumuzu daha da gücləndirəcəyik. Məhz bizim region üçün sülh, inkişaf xüsusi əhəmiyyət kəsb edir. Sizə uzun ömür və gümrahlıq diləyirəm. Sizə fəaliyyətinizdə böyük uğurlar arzulayıram.

    Hörmətlə,

    Salome Zurabişvili, Gürcüstanın Prezidenti”.

    X X X

    Rusiya Federasiyası Çeçenistan Respublikasının müftisi, Çeçenistan rəhbərinin müşaviri Salah MEZHİYEV Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun məktubunu oxudu.

    -Hörmətli Prezident İlham Heydər oğlu.

    Bu ali məclisin hörmətli iştirakçıları.

    Mən Çeçenistan Respublikasının başçısı Ramzan Əhmədoviç Kadırovun adından təbrik məktubunu diqqətinizə çatdırıram.

    “Mən Dünya dini liderlərinin II Sammitinin iştirakçılarını və qonaqlarını salamlayıram. Sammit təkcə qardaş Azərbaycan üçün yox, həm də bütün Qafqaz üçün əlamətdar hadisədir. Çeçenistan Respublikasının birinci Prezidenti, Rusiyanın Qəhrəmanı Hacı Əhməd Kadırov hörmətli Şeyxülislam Allahşükür Paşazadənin dostu olub. Onlar Qafqaz üçün mürəkkəb illərdə öz birgə fəaliyyəti ilə qardaş xalqlarımız arasında dostluq və qarşılıqlı anlaşma körpüsü yaradıblar. Biz indi bu qiymətli irsin bəhrəsini görürük. Rusiya və Azərbaycan siyasi və dini məsələlərdə ortaq mövqeyə malikdirlər. Bu mövqe radikalizmə yol verilməməsi prinsiplərinə əsaslanır.

    Çeçenistanın ekstremizmə və terrorizmə qarşı mübarizədə böyük təcrübəsi var. Qanunsuz silahlı qruplaşmaların 11 mindən çox üzvü Hacı Əhməd Kadırovun səyləri sayəsində tərksilah olub. Hacı Əhməd Kadırov müharibənin davam etməsinin yolverilməzliyi barədə dindən əsaslar gətirib. Həmin dindən ki, Peyğəmbər bütün dünyaya mərhəmət yayıb. Şübhəsiz ki, İslam ümmətinin əsas vəzifələrindən biri bütün sağlam qüvvələrin birləşməsidir və mübaliğəsiz demək olar ki, Şeyxülislam Allahşükür Paşazadənin Qafqaz Müsəlmanları İdarəsinin sədri vəzifəsində fəaliyyəti buna xidmət edir. Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin yaradılmasını vaxtında atılmış və zəruri addım olduğunu hesab edirəm. Bu addım ortaq səyləri əlaqələndirməyə kömək edəcək.

    Bu gün Qafqazda dinlərin və mədəniyyətlərin dialoquna həmişəkindən daha çox ehtiyac var. Bunun üçün potensial mövcuddur. Başlıcası, dinimizin əməkdaşlığa və qarşılıqlı anlaşmaya çağırmasını əsas tutaraq planauyğun iş aparmaqdır. Müqəddəs Quranda deyilir: “Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!” İslam ümmətinin tarixi bizə meydana gələn problemləri, nifaq və fikir ayrılıqlarını necə aşmağın mümkün və lazım olduğunu göstərir. Bizim saleh əcdadlarımız ağır sınaqlardan keçiblər və sülh və anlaşma şəraitində yaşamağı vəsiyyət ediblər. Birliyin qüdrətli gücü təkcə müsəlmanları deyil, həm də bütün bəşəriyyəti dəyişəcək. Əminəm ki, Sammit müasir dövrün bir sıra aktual problemlərinin həllinə sanballı töhfə olacaq.

    Çeçenistan Respublikasının başçısı, Rusiyanın Qəhrəmanı Ramzan Əhmədoviç Kadırov”.

    Hörmətli şeyx həzrətləri, icazə verin Ramzan Əhmədoviç Kadırovun və bütün çeçen xalqının adından Sizə yubileyiniz münasibətilə təbrikləri çatdırım və Uca Allahın kitabı olan Quranı təqdim edim.

    Çeçenistan Respublikasının müftisi, Çeçenistan rəhbərinin müşaviri Salah Mezhiyev “Qurani-Kərim”i Şeyxülislam Allahşükür Paşazadəyə təqdim etdi.

    X X X

    Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm HONLAYN dini liderlərin ülvi məqsədləri yaymasının vacibliyindən danışdı, Dini liderlərin Bakı Sammitinin əhəmiyyətinə toxunaraq dedi:

    -Bu tədbir cəmiyyətlərdə fikir ayrılıqlarının şahidi olduğumuz və din pərdəsi altında nifrət, fanatizm, irqçilik aktlarının həyata keçirildiyi dövrdə mühüm əhəmiyyətə malikdir. Təbii ki, bu, öz fəaliyyəti və işləri ilə ardıcıl olaraq cəsarət və anlayış nümayiş etdirən Prezident İlham Əliyevin rəhbərliyi sayəsində mümkün olmuşdur. Həm Prezident İlham Əliyev, həm də Şeyxülislam sözləri işlərlə uzlaşdırırlar. Onlar bilirlər ki, hansı ortaq dəyərlərə sahib olduğumuzu görmək və bizi ayıran yox, birləşdirən məqamların nələr olduğunu vurğulamaq üçün bir araya gəlmişik. Biz dünya liderləri səviyyəsində buraya toplaşmışıq ki, qarşılıqlı anlaşmanı, tolerantlığı təbliğ edək və Prezident İlham Əliyev və Şeyxülislam tərəfindən müəyyən edilmiş nümunəni izləyək. Mən bizi bu yolla bir araya gətirə biləcək çox lider tanımıram.

    Prezident İlham Əliyev və Şeyxülislam bəyanatlar və sözlər verməklə kifayətlənmir, onların həyata keçməsi üçün əməli addımlar atırlar. Başqalarının istismarçılıqla məşğul olub, insanlar arasında gərginliklər yaratdığı bir vaxtda onlar hamının bir araya gəlməsinin nə qədər faydalı ola biləcəyini göstərirlər. Hamı bu yanaşmadan qazana bilər.

    Biz bütün dünyada çox vaxt digər dinləri hədəfə almaqla dini motivasiyalı, nifrət zəminində cinayətlərin sayının kəskin şəkildə artdığının şahidi oluruq. Biz xristianların, müsəlmanların, bütün dinlərin nümayəndələrinin hədəfə alındığını görmüşük. Biz xüsusilə yəhudilərə münasibətdə nifrət – antisemitizm aktlarının artmasının şahidi olmuşuq. Yəhudi inancından olan fərdlər və təsisatlar fiziki zorakılıq, ayrı-seçkilik və qısnama aktlarının hədəfinə çevriliblər. Bunun şahidi olmadığımız yerlərdən biri məhz bura - Azərbaycandır.

    Bizim Prezident və Şeyxülislamın göstərdiyi nümunəyə əməl etməkdə üzərimizə düşəni etməməyimiz o deməkdir ki, bütün gələcək nəsillər də buna görə əziyyət çəkəcəklər. Nifrətə yox deməyin vaxtı çatıb.

    Amerikanın yəhudi icması cənab Prezident İlham Əliyev, Sizə və hörmətli Şeyxülislam, Sizə nümunə olduğunuza sizə ehtiramını bildirir. Siz böyük liderlər və dəyərli dostlarsınız. Ümidvarıq ki, alınan dərslər gələcəkdə digər liderlərə nümunə olacaq.

    X X X

    KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibi Feysəl bin MUAMMAR çıxışını gənc liderlərin mədəniyyətlərarası dialoqda, tolerantlığın qorunmasında daha böyük rol oynamasının önəminə yönəltdi.

    X X X

    Sonra Qüds-Yerusəlimin ortodoks baş ravini Şlomo AMAR çıxış etdi. O, belə tədbirlərin onların sıralarını artırdığını və daha çox sabitlik gətirdiyini vurğulayaraq dedi:

    -Azərbaycan dünya miqyasında elə bir ölkədir ki, burada bütün proseslər sabit, rəvan şəkildə həyata keçirilir. Prezident İlham Əliyev bu gün bir çox cəmiyyətlər üçün bir siyasi xadim kimi çox yaxşı nümunədir, öz fəaliyyəti ilə yaxşı örnəkdir. Biz görürük ki, burada dinlər arasında anlaşmaya xüsusi töhfə verilir. Siz, həmçinin xalqlar arasında da dostluq münasibətlərinin, sülhsevərlik mədəniyyətinin daha da inkişafına töhfə verirsiniz. Siz, əslində, öz səsinizlə bizim bu birliyimizi gücləndirirsiniz.

    Mənim yaxşı xatirimdədir, artıq 10 il keçir, mən ilk dəfə ölkənizə səfər etdim, Prezident İlham Əliyevlə görüşdüm və bir sıra digər rəsmilərlə də görüşlərim oldu. Görüşümüz zamanı xüsusi bir qərar qəbul olundu ki, bizim yəhudi məktəbimiz paytaxt şəhərinizdə tikilsin. Biz buna görə minnətdarıq. Əlbəttə, bu, əslində, Prezident İlham Əliyevin xoş məramı, xoş arzusu, niyyəti idi ki, bu məktəb tikildi. Təbii ki, onun istəyi hər zaman insanlar arasında yaxşı işlərin görülməsinə yönələn bir arzudur. Bilirik ki, ümumiyyətlə, Azərbaycanda belə nəcib layihələrin sayı kifayət qədər çoxdur. Bilirik ki, sinaqoqun tam şəkildə bərpa olunmasına, yəhudi icmasının arzu və istəklərinin həllinə böyük töhfələr verilib. Bir azlıq olaraq Azərbaycanda hər zaman Prezident tərəfindən bizə olan rəğbətin, hörmətin şahidi olmuşuq.

    X X X

    BMT Baş katibinin humanitar məsələlər üzrə xüsusi məsləhətçisi Abdallah əl-MƏTUQ çıxış edərək dedi:

    -Biz, bu Sammitin məhz Azərbaycanda keçirilməsini yüksək qiymətləndiririk. Birgəyaşayış, multikulturalizm dəyərlərinə dəstək olaraq, bu Sammitdə iştirakımızdan qürur hissi keçiririk.

    Xüsusilə də Azərbaycan dini liderlər arasında körpü yaratmaq, dialoq yollarını gücləndirmək, müştərək insani dəyərləri dərinləşdirmək, multikulturalizm və dini dəyərlər vasitəsilə gənclərin düşüncəsini inkişaf etdirmək, həmçinin ksenofobiya, ifratçılıq və ekstremizmin bütün formaları ilə mübarizə aparmaq üçün dünyanın müxtəlif dövlətlərindən dini rəhbərləri bir araya toplamaq işində nümunəvi təcrübəyə malik bir ölkədir.

    X X X

    Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Raşid TEMREZOV bu tədbirin Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunaraq dedi:

    -Əvvəlcə mən hörmətli cənab Prezidentə təşəkkürümü bildirirəm ki, Siz bizi Azərbaycana dəvət etdiniz. Biz hər zaman böyük məmnunluqla ölkənizə səfər edirik və hər zaman burada müsbət dəyişikliklərin şahidi oluruq. Hər zaman anlayırıq ki, regionlararası səviyyədə Rusiya Federasiyasının subyektləri ilə Azərbaycan Respublikası arasındakı əməkdaşlıq ildən-ilə yaxşılaşır, güclənir.

    X X X

    Bütün Gürcüstanın katolikos-patriarxı II İlyanın vikarisi mitropolit TEODOR Patriarxın məktubunu oxudu.

    Qloballaşmanın sülhə təsirinin aktual məsələ olaraq qaldığı vurğulanan məktubda problemlərin aradan qaldırılmasında dini liderlərin öz sözlərini demələrinin vacibliyi qeyd olunur.

    Məktubda deyilir: “Bu beynəlxalq Sammitin təşkilatçılarını və iştirakçılarını, Azərbaycan Prezidenti Zati-aliləri cənab İlham Əliyevi, dini liderləri və müxtəlif ölkələrin siyasi xadimlərini səmimi qəlbdən salamlayırıq. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadəni xüsusi olaraq salamlayırıq. Onun 70 yaşının tamam olması, eləcə də Şeyxülislam kimi 40 illik xidməti bu tədbirin Azərbaycanda keçirilməsində başlıca meyarlardan biridir”.

    X X X

    Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin dini işlər üzrə müşaviri əl-Sayed əl-HAŞİM çıxış edərək Sammitin önəmindən danışdı, Azərbaycanın dinlərarası və sivilizasiyalararası dialoqa verdiyi töhfələri vurğuladı.

    X X X

    Vatikanın Dinlərarası Pontifik Şurasının İslam ilə dialoq departamentinin sədri Xaled AKAŞE çıxış edərək dedi:

    -Cənab Prezident, ölkəniz çoxmillətlidir. Burada müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri dinc yanaşı yaşayırlar. Sizin rəhbərlik etdiyiniz və vətəndaşlarının qayğısına qaldığınız ölkədə din dövlətdən ayrıdır. Bu, nə dinə düşmənçilik, nə də onun cəmiyyətdəki rolunu görməməzlikdir. Bu, adi işlərlə müdrikliyi fərqləndirmək, ədaləti qorumaq, insanlar arasında bərabərliyi həyata keçirmək zərurətindən irəli gəlir.

    Həmçinin Azərbaycan Sizin rəhbərliyinizlə təkcə ölkə daxilində deyil, eləcə də regionda və dünya miqyasında qarşılıqlı hörmətin, sülh şəraitində birgəyaşayışın və səmərəli əməkdaşlığın güclənməsi üçün çox dəyərli iş görür. Dini liderlərin bu özünəməxsus toplantısı dediklərimə ən yaxşı sübutdur.

    X X X

    “RABİTA” Müsəlman Dünyası Liqası Baş katibinin müavini Əbdüləziz Əhməd SARHAN və “Yaşamaq sənəti” beynəlxalq təşkilatının təsisçisinin xüsusi nümayəndəsi Svami DİVYATEÇ çıxışlarında terrorizmin bütün təzahürlərini pisləyərək, gənclərə din haqqında məlumatların daha dolğun çatdırılmasının əhəmiyyətini vurğuladılar, mədəni müxtəlifliyin qorunub saxlanılmasının vacibliyini qeyd etdilər.

    X X X

    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bir daha Sammitin əhəmiyyətini vurğulayaraq tədbirə gələn qonaqlara təşəkkürünü bildirdi.

    X X X

    Qeyd edək ki, Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində keçirilən Sammitdə dünyanın 5 qitəsindən 70-dən çox dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi, o cümlədən Rusiya Federasiyası subyektlərinin başçıları və dini rəhbərləri iştirak edirlər.

    Azərbaycan dövlətinin qlobal müstəvidə dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşma və insani həmrəylik kimi bəşəri dəyərlərin təşviqi və təkamülünə öz töhfəsini vermək məramı ilə ev sahibliyi etdiyi Dünya dini liderlərinin II Bakı Sammiti Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan və həyata keçirilən “Bakı Prosesi”, “Multikulturalizm” və “İslam Həmrəyliyi” illəri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlərin, o cümlədən Dünya dini liderlərinin I Bakı Sammitinin, habelə Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələrinin məntiqi davamıdır.

    İkigünlük Sammitdə “Multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu”, “Şeyxülislam Allahşükür Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi”, “Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya əleyhinə”, “Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti” mövzuları ətrafında müzakirələr aparılacaq.

    Sammitin yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunacaq.

    Xatırladaq ki, Prezident İlham Əliyev bu il aprelin 11-də Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:53 Masallının ərazilərində ağacəkmə aksiyası davam etməkdədir
    2. 18:03 Masallıda "Masallı STEAMçilər kulubu" layihəsinin açılışı
    3. 16:27 Şəhid Ziya Gözəlovun şəhadətinin 4-cü ildönümü anıldı
    4. 16:24 Rayon rəhbərinin 22 noyabr 2024-cü il tarixli vətəndaş qəbulu
    5. 16:21 Şəhid Niyaməddin Sultanzadənin şəhadətinin 4-cü ildönümü anıldı
    6. 14:37 32 illik şərəfli yol
    7. 14:16 Masallı RİH Başçısı 21.11.2024-cü il tarixdə Xıl ərazisinin sakinləri ilə görüşdü
    8. 09:06 Ağdamın Zəfər Günü 
    9. 18:39 Yeyənkənd kəndində küçələrin təmiri üçün hər kəs səfərbər olub
    10. 18:37 Böyük Kolatan kəndində transformator yeniləndi
    11. 18:36 Masallıda Uşaqlarıın VI Ümumrespublika Forumunda iştirak edəcək nümayəndələrlə görüş
    12. 18:20 Masallıda “Ağdam və Kəlbəcər Şəhəri Günü” münasibətilə tədbir keçirilib
    13. 10:04 Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
    14. 09:40 Masallının tanınmış ziyalısı
    15. 22:00 Azərbaycan müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazanıb
    16. 18:40 Masallıda payızlıq kələm yığımı davam edir
    17. 18:37 Masallı RİH Başçısı 19.11.2024-cü il tarixdə Miyanku ərazisinin sakinləri ilə görüşdü
    18. 12:33 Yeni Azərbaycan Partiyası -32
    19. 12:31 Yeni Azərbaycan Partiyası -32
    20. 11:54 Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
    21. 08:44 Azərbaycanı inkişafa aparan yol
    22. 08:42 COP 29: Dünya Azərbaycanda Masallıda tədbir                                 
    23. 23:30 20 noyabr - Ağdam şəhəri günüdür
    24. 23:30 Bədəlan ərazisinin Çayqıraq kəndində daxili yollar təmir olunur
    25. 23:00 Şəhid Elməddin Nəzərovun şəhadətinin 4-cü ildönümü anıldı
    26. 23:00 Masallı rayonu üzrə “Özünüməşğulluq” proqramı çərçivəsində aktivlərlə təmin olunmuş şəxslər barədə
    27. 14:07 “Biz Heydər Əliyev irsini öyrənirik” 
    28. 23:30 Şəhid Elçin Novruzovun şəhadətinin 4-cü ildönümü anıldı
    29. 23:00 Azərbaycan Prezidentinə yazırlar
    30. 10:18 Yeni Kaledoniya xalqı azadlıq mübarizəsində
    31. 20:30 Fransa torpaqların çirkləndirilməsində, zərərin vurulmasında günahkardır
    32. 18:40 Ağakişibəyli kəndində şəhid küçəsi abadlaşdırılır
    33. 18:35 Rayon rəhbərinin 15 noyabr 2024-cü il tarixdə növbəti vətəndaş qəbulu
    34. 11:12 200 ölkənin yekdil qərarı-Azərbaycan COP29-a ev sahibliyi edir
    35. 23:30 Azərbaycanın başladığı meqalayihələr çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib
    36. 23:00 Aləmə öyüd vermək istəyən Fransanın eyibləri faş oldu
    37. 18:38 Böyük Xocavar kəndində evi yanan kənd sakininə xeyriyyəçilər dəstək olurlar
    38. 18:35 Şəhid Sahib Şirəliyevin şəhadətinin 4-cü ildönümü anıldı
    39. 18:31 Masallı RİH Başçısı 14.11.2024-cü il tarixdə Qodman ərazisinin sakinləri ilə görüşdü
    40. 18:27 Masallı rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən yeni təyinatlar
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    DÜNYA XƏBƏRLƏRİ