• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda “2 fevral – Azərbaycan Gəncləri Günü” qeyd edilib

    Masallıda “2 fevral – Azərbaycan Gəncləri Günü” qeyd edilib

    Masallıda “2 fevral – Azərbaycan Gəncləri Günü” qeyd edilib

    Fevralın 1-də Masallıda, rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə “2 fevral – Azərbaycan Gəncləri günü” münasibətilə tədbir keçirilib.
    Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyublar.
    «İlqar Plaza» şadlıq sarayında təşkil olunan tədbirə video-çarxın nümayişilə başlanılıb.
    Tədbirdə iştirak edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov gəncləri əlamətdar gün münasibətilə təbrik edərək, onlara xoşbəxt və firavan gənclik, sağlam həyat və uğurlu gələcək arzulayıb. İcra basçısı bildirib ki, ulu öndər Heydər Əliyev gənclər siyasətinə, onların təhsilinə və inkişafına, dövlət idarəçiliyinə gənc kadrların cəlb olunmasına daima xüsusi diqqət və qayğı göstərib. 1997-ci ildə imzaladığı Sərəncamla MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk olaraq məhz Azərbaycanda Gənclər Gününün təsis olunması gənc nəslə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bu gün Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiqləməkdədir. Dövlət başçısı gənclərimizi qayğılandıran məsələlərlə daim maraqlanır, onların problemlərinin həlli istiqamətində işlər görür, bölgələrdə gənclər üçün lazımi infrastrukturun və gənclər təşkilatlarının inkişafına əlverişli şəraitin yaradılması istiqamətində mühüm addımlar atır, onların sosial məişət problemlərinə xüsusi qayğı və diqqətlə yanaşılır.
    RİH başçısı vurğulayıb ki, 2020-ci ilin “Könüllülər ili” elan olunması Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi xüsusi diqqətin təzahürüdür. Könüllülük hərəkatının daha da artması cəmiyyətdə xeyirxahlığı, yeni davranış qaydalarını təbliğ edəcək və gənclərin inkişafına böyük töhvələr verəcəkdir. -Bu gün həm də ona görə əlamətdardır ki, keçirilən onlayn səsverməyə əsasən Masallı 2020-ci ilin “Gənclər Paytaxtı” seçilib. Bu münasibətlə sizi təbrik edirəm, — deyə RİH başçısı tədbir iştirakçılarına müraciət edib.
    Rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası qanununun müvafiq bəndləri,” Azərbaycan gəncliyi 2017-2021-ci illər ” Dövlət Proqramından danışaraq, ölkədə gənc nəslin problemlərinin kompleks həlli, onların cəmiyyətdə layiqli təbəqə kimi iştirakı üçün dövlət səviyyəsində bütün lazımi işlərin görüldüyü diqqətə çatdırıb. İdarə rəisi Prezident cənab İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramının rayonumuzda icra olunması istiqamətində mühüm işlər görüldüyünü, rayon rəhbərinin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, rayon mərkəzində geniş abadlıq-quruculuq işləri, dövlət layihələri həyata keçirilir və 2019-cu ildə 703 gənc işlə təmin olunmuşdur. C.Manafov ötən il ərzində gənclər və idman sahəsində əldə olunan nailiyyətlər barədə geniş məlumat verib.
    Gənc müəllim Könül Qənbərova, taekvondo idman növü üzrə yeniyetmə qızlar arasında iki dəfə Azərbaycan çempionu və beynəlxalq turnirlər qalibi Sevda Əzizova, Qarabağ şəhidi Heybət Hüseynovun övladı Ülvi, Azərbaycan Tibb Universitetinin I kurs tələbəsi Sura Seyfullayeva, Masallı Dövlət Regional Kollecinin tələbəsi, könüllü Uğur Ağazadə gənclərə işlərində uğurlar arzulayıb, onları bütün sahələrdə fəal olmağa çağırıblar.
    Rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir sıra gəncə Masallı Rayon İcra Hakimiyyətinin, gənclər və idman idarəsinin fəxri fərman və hədiyyələri təqdim olunub.
    Tədbir gənc incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam edib.
     
     
    “Yeni həyat”,
    www.yeniheyet.az
    Fotolar Elsevər Əliyevindir.


      
     
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ