Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri “GəncLİK” proqramının iştirakçıları ilə görüşüb
- 17-02-2020, 17:10
- Siyasət
- 0
- 1 085

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Masallı rayonunda “GəncLİK” (Gənc Liderlərin İnkişafı Konsepsiyası) Proqramının iştirakçıları ilə görüşüb.

Səfər çərçivəsində gənc liderlər Masallı “ASAN Həyat” kompleksi ilə tanış olub, agentliyin əməkdaşları tərəfindən "ASAN xidmət" və ASAN könüllülərinin fəaliyyəti ilə bağlı təqdimatda da iştirak ediblər.

AZƏRTAC.