Masallıda vətəndaşların növbəti videoqəbulu keçirilib
- 4-06-2020, 19:29
- Siyasət
- 0
- 827
Masallıda vətəndaşların növbəti videoqəbulu keçirilib
İyunun 4-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşlarla növbəti onlayn qəbulunu keçirib.
Onlayn qəbulda rayonun hüquq mühafizə orqanları, aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib.
Qəbul zamanı Köhnə Alvadı kənd sakini Rəşid Şükür oğlu Məmmədovun evlə və işlə təmin olunması, Göyəçöl kənd sakini Rafiq Əzizxan oğlu Məlikovun evinə gələn elektrik xəttinin qəzalı olması, Lürən kənd sakini Elvin Əlibala oğlu Şükürovun müalicəsinə kömək göstərilməsi və əlillik dərəcəsi ala bilməməsi, Bədəlan kənd sakini Elnurə Həsənalı qızı Əliyevanın evinin qəzalı olması və övladının müalicəsi, Masallı şəhər sakinləri Mirsaməddin Mirsahib oğlu Musayevin sığorta pulunu ala bilməməsi, Şəhriyar Rafiq oğlu Bağırovun, Həsənli kənd sakini Elməddin Eldar oğlu Əkbərovun işlə təmin olunması və s. ilə əlaqədar müraciətləri dinlənilib.
Onlayn-qəbul zamanı vətəndaşların bir sıra problemləri müzakirə olunaraq həll olunub, bəzi məsələlərin həllinin araşdırılması üçün aidiyyatı idarə və təşkilatların, eləcə də RİHB-nın müvafiq şöbələrinin rəhbərlərinə tapşırıqlar verilib, səslənən müraciətlərin nəzarətə götürüldüyü diqqətə çatdırılıb.
“Yeni həyat”,
www.yeniheyet.az