Masallıda RİH başçısı növbəti dəfə vətəndaşların müraciətlərini dinləyib
- 5-09-2020, 20:00
- Siyasət
- 0
- 480
Masallıda RİH başçısı növbəti dəfə vətəndaşların müraciətlərini dinləyib
Sentyabrın 5-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşların növbəti onlayn qəbulunu keçirib.
Virtual qəbul zamanı Lürən (Mollayüsifli) kənd sakinləri Höccət Növruzov, Vəfadar Nəzərov və başqaları kənd məscidinin həyətində mərasim evinin tikilməsi, Mahmudavar kənd sakini Hakim Hüseynov su tutarından kəndə su verilməməsi, Masallı şəhər sakinləri Arif Fərzullayev evinin yanında olan kanalın və yolun bərbad olması, Cabir Qəribov əlilik dərəcəsi və dərman almağa resept yazılmaması, Öncəqala (Hüseynhacılı) kənd sakini Gülqədəm Ağayeva müalicəsinə kömək göstərilməsi, Qızılavar kənd sakinləri Naqdiəli Əliyev işlə təmin olunması, Rəcəb Ağayev, Mirzəbala Mirzəyev və Nəcəfəli Ağayev Təzəkənd kəndində olan pay torpaqları və s. ilə bağlı müraciətlərini səsləndiriblər.
Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaş müraciətlərinin həlli istiqamətində aidiyyatı qurumlara tapşırıqlar verərək videobağlantı zamanı səslənən müraciət və təkliflərin heç birinin diqqətdən kənarda qalmayacağını, onların ətraflı öyrənilib, həll olunmasından ötrü müvafiq tədbirlər görüləcəyini diqqətə çatdırıb.
“Yeni həyat”,
www.yeniheyet.az