• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Akif Ağayev: KREMLDƏ HAZIRLANMIŞ ÖLÜM PLANI

    Akif Ağayev: KREMLDƏ HAZIRLANMIŞ ÖLÜM PLANI

      Ağrılı xatirələr 

    Akif Ağayev: KREMLDƏ HAZIRLANMIŞ ÖLÜM PLANI
     
    Azadlıq və müstəqillik tariximizə qanla yazılan o müdhiş gecədən, qırğından qaça bilməzdik. Onsuz da bu işi öz öhdəsinə götürənlər məqsədlərinə nail olacaqdılar.
    Bu ölüm planı Kremldə hazırlanmışdı. Azərbaycanda “qanun-qayda” yaratmaq qərarına gəlmişdilər...
    Həmin şənbə gecəsi marşal Yazov Bakını vertolyotdan seyr edirmiş. İnsan qırğınını belə soyuqqanlıqla müşahidə edən militarist hərbçini insani baxımdan xarakterizə etmək elə də çətin deyil. Çünki fövqəldövlətin hərbi qüvvələrinin rəhbəri, xalqa divan tutmaq komandasını verən o idi.
    Səhər isə general Dubinyak şəhərin komendantı kimi Bakıda fövqəladə vəziyyət elan edildiyini bildirdi – vertolyotdan üstümüzə səpələdiyi vərəqələr vasitəsilə. Bu zaman biz Mərkəzi Komitənin binası qarşısında – başı dəbilqəli, əli dəyənəkli yekəpər rus əsgərlərinin sıx cərgəsilə “hasarlanmış” izdihamda idik. Ötüb keçən tankların gurultusu, Salyan kazarmasında hələ də səngiməyən “döyüş”lər, əsgərlərin havaya açdığı atəş sədalarının vahiməsi adamı basdıqca intiqam hissini coşdururdu.
    Burdakı insanlar Dağüstü parka – məzarlar qazılan əraziyə axışırdı. Adamların çoxluğu, işləmək istəyənlərin yaratdığı növbələr məzarların qazılmasına mane olurdu. Tələbələr üstünlük təşkil edirdi. Qrup və “patok” yoldaşlarımdan da bir neçəsi burda idi. Az da olsa bir müddət onlara kömək etdim. Çünki o qədər alət (ling, balta, lapatka, bel və s.) gətirilmişdi ki, sıxlıqdan işləmək mümkün deyildi. Şəhidlərin ruhu rahatlansın deyibən min bir əzaba qatlaşan insanlar sanki dırnaqları ilə yeri didib dağıdırdı. Qazıntılar zamanı 1918-ci il şəhidlərinin sümüklərinin çıxması (bu sümüklər ayrıca dəfn edilirdi) hər kəsi həyəcana gətirir, düşmənə qarşı nifrəti alovlandırırdı.
    SSRİ-nin mərkəzi qəzetləri isə yazırdı ki, guya gecə saat 3-də qoşun şəhərə girərkən şiddətli müqavimətə rast gəlib, evlərin üstündən rus əsgərləri atəşə tutulub, onlar da məcbur olub cavab atəşi açıblar...
    Yanvarın 22-də səhər saat 9-dan Azadlıq meydanı və ona bitişik küçə, prospektlər, bulvar, idarə və evlərin qarşısı, damları, eyvanları adamla dolu idi. Vətən şəhid övladları ilə vidalaşırdı. Məsciddə yuyulduqdan sonra cənazələr Azadlıq meydanına gətirilirdi. Saçını yolan qadınların nalə, fəryadı, doğma Xəzərin harayı – gəmilərin aramsız, həyəcanlı fit səsi göyə bülənd olur, matəm mitinqində canilərin cəzalandırılmasını tələb edən şüarlar səslənirdi. Yüzlərlə partiyaçı və komsomolçu üzvlük biletlərini cırıb atırdı.
    Saat 12-də matəm alayı yola düşdü – ötən əsrin əvvəllərindən bəri xatirəsini əziz tutduğumuz Dağüstü parka tərəf. İzdihama qoşularkən otaq yoldaşım Rövşənlə ard-arda addımlayırdıq ki, bir-birimizi itirməyək. Əmim Rafiq isə boyca bizdən hündür olduğundan şəhid Əflatun Kazımovun cənazəsinə girə bildi. İlk cənazənin önündə gedən şeyxülislam Hacı Allahşükür Paşazadə və digər din xadimləri şəhidlərin ruhuna Qurani-Kərim ayələri oxuyur, yolboyu yüz minlərlə adam qatillərə lənət yağdırırdı. Respublikanın ictimai, elm və mədəniyyət xadimləri də ön sırada idi. Yollara qərənfillərdən xalı döşənmiş, nakam gənclərin al-əlvan xonçalarla bəzədilmiş tabutları gül çələnginə bürünmüşdü. Dərd yükümüzü çiyin-çiyinə ötürərək şəhidlər xiyabanına yaxınlaşdıqca izdihamın hıçqıran göz yaşları daha üsyankarcasına kükrəyirdi. Həmin gün bu müqəddəs məkan 50-dən artıq şəhidi öz qoynuna aldı (yanvarın 20-21-də isə Bakı ətrafı kəndlərdən və bir çox rayonlardan olan şəhidlərin nəşi ata-baba yurdunda, bəzisi isə şəhərdə ailə məzarlığında torpağa tapşırılmışdı). Dəfn mərasimində xalqın kütləvi iştirakını görəndə (milyondan artıq insan var idi) başa düşdük ki, dünənki çarpışmada əsl uduzan imperiya oldu.
    Axşam saatlarında evə döndük. Kirayədə qaldığımız ünvana az qalmış (indiki Nəsimi RPŞ-nin binasının aşağı tərəfində) əsgərlər bizi saxladı. Əmr etdilər ki, üzümüzü divara çevirib, əllərimizi yuxarı qaldıraq. Üstümüzü yoxlayıb silahımız (hətta üstündə sənədi olmayanları, cibindən kiçik bıçaq çıxanları həbs gözləyirdi) olmadığına əmin oldular. Xeyli rahatlandıq, elə bil nədənsə xilas olmuşduq. Amma sevinə bilmirdik. Məndən bir az aralı dayanan oğlanın ayaqlarına təpiklə elə vurdular ki, paltarı cırıldı, yerə yıxıldı. Arada elə olurdu ki, kimisə qorxutmaq üçün avtomatın çaxmağını çəkib barmağı tətiyə qoyur, sanki bizi gərginlikdə saxlamaqdan həzz alırdılar. Küçələrin hər tinində zirehli texnika dayanmışdı. Odur ki, yanlarından keçəndə dönüb sifətlərinə baxmaq da təhlükəli idi...
    Dəfn axşamı paytaxtın səmasını alan qara buludlar boşaldı. Şəhid olmuş yurddaşlarımıza təbiət də ağlayırdı... 
     
     AKİF AĞAYEV,
    “Yeni həyat”,      
    www.yeniheyet.az
     
     
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    2. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    3. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    4. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    5. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    6. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    7. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    8. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    9. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    10. 12:28 Vətənə xidmətdə keçən ömür
    11. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    14. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    15. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    16. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    17. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    18. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    19. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    20. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    21. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    22. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    23. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    24. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    25. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    26. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    27. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    28. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    29. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    30. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    31. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    32. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    33. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    34. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    35. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    36. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    37. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    38. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    39. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    40. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ