• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Akif Ağayev: GÜLLƏ İŞIĞIYLA “SAYRIŞAN” SƏMA

    Akif Ağayev: GÜLLƏ İŞIĞIYLA “SAYRIŞAN” SƏMA


    AĞRILI XATİRƏLƏR

    GÜLLƏ İŞIĞIYLA “SAYRIŞAN” SƏMA


    1988-ci ilin noyabrı... İllərdən bəri ürəyimizdə gəzdirdiyimiz üç rəngli bayrağı qəlbimizdən çıxarıb, başımızın üstünə qaldırdıq. 15-20 min tələbənin etiraz dolu hay-küyü ilə meydana gəlmişdik. Bura toplaşanlar – tələbə və müəllimlər, yazıçı və şairlər, meydan liderləri – bir qismi Vətən üçün ölməyə, bir qismi isə nitq söyləməyə hazır idi. “Mənəm”lik ümumi, müqəddəs işdən yuxarıda dayananda, çoxusu “birinci” olmağa, daha çox alqışlanmağa can atırdı.
    Hələ bilmirdik ki, dekabrın 5-də bu meydanda göy çadırlar dağılacaq, silahsız oğullar yad əsgərlərin çəkmələri altında tapdanacaq, dəyənəklər başımızda açılacaq. Hələ ruhu qırılmamış millət dağıdılmış meydandan çıxıb özünə qayıdırdı. Xoşbəxtliyi axtara-axtara böyük bir faciəyə doğru yol gəlirdik – dekabrın 5-dən 1990-cı ilin 20 yanvarına...
    Yadımda güllə səsi, tank gurultusu, qara rəng kimi qalıb o tarix. Lenin (indiki Azadlıq ) prospektindəki kirayədə qaldığım mənzilin pəncərəsi yola baxırdı – hərbi qərargahla üzbəüz idi. Rövşən Mikayılovla semestr imtahanlarına hazırlaşırdıq. Gecə yarısı prospektlə üzü yuxarı, hərəkətin əks istiqamətində şütüyən maşınların aramsız siqnalları, qonşuların hay-küyü bizi çölə çıxmağa vadar etdi. “Dostluq” kinoteatrının qabağına xeyli adam toplaşmışdı. Bakının işıqlı güllələrlə “sayrışan” səması, şəhəri başına alan vahiməli, gurultulu səslər hamını çaş-baş salmışdı. Əliyalın cavanların üstünə ölüm çiləyən, xalqımıza matəm gətirən “şanlı sovet ordusu”nun vəhşiliyinə adamın inanmağı gəlmirdi.
    Sarı “Volqa”dan (qabaq şüşədə “AXC” yazılmışdı) düşən dolu bədənli bəstəboy adamın dediyi də yadımdadır: “Postları möhkəmlədin, gəlirlər!” – Sual və təəccüb dolu baxışlar bir-birinə zilləndi. Hansı postu, necə və nə ilə möhkəmlədək...? Qəribə səslənirdi. Başımız “müzakirə”yə qarışmışdı. “Muğan” mehmanxanasından bizə tərəf sürünən “qara kölgə”dən xəbərsiz idik.
    – Nə durmusan, gəl gedək. Hamı dağılışıb. – Yuxudaymış kimi birdən ayıldım. Rövşəndən bu sözləri eşidəndə artıq gec idi, qaçmaq da olmazdı. Bizi vura bilərdilər. Çünki bu arada silahlı piyada dəstəsi yanımızdan keçirdi. Yaşlı rus zabitinin “Qorxmayın, sizə toxunmarıq!” deməsi bizə toxtaqlıq gətirdi. Onlardan arxada qalmağa çalışırdıq ki, yaşadığımız binaya yaxınlaşaq. Binaya çatar-çatmaz yuxarı eyvandan silahlılara ünvanlanan sözlər “mujik”lərin ürəyincə olmadı: eyvan güllə-baran edildi. Elə zənn edirdik ki, əsgərlər rezin güllə və boş gilizlərdən istifadə edir. Lakin dəlik-deşik divarları görəndə yanıldığımızı hiss etdik.
     
    Bir az irəlidə – Amerika səfirliyinin yanındakı 9 mərtəbəli bina da bu hala salındı. Biz isə öz binamızın giriş qapısında daldalanıb hadisələri izləyirdik. Hiddətimiz, qəzəbimiz tarıma çəkilsə də əlacsız idik. Prospektin yuxarı hissəsindən üzü aşağı yüksək sürətlə şütüyən, özünü ölümün altına atan “Jiquli”nin sürücüsü isə silahlı dəstəni əzib keçmək niyyətində idi. Lakin 60-70 nəfər 35-40 yaşlı bığlı-saqqallı, gözləri qızarmış əsgərdən ibarət “qutu” geri fırlanaraq həmin maşını güllə yağışına tutdu.
    Gecənin zülmətində (işıqlar saat 23.00-dan sönmüşdü) ətrafa ölüm səpən zirehli texnikanın səsi isə bütün səslərə hakim idi...
     
    Səhəri necə açdığımızı bilmədik. İnstituta getməli idim: imtahan günü idi. Hələ Solntsevo və R.Behbudov küçələrindəki “mənzərə”ləri demirəm. Xəstəxanalarda, ölüxanalarda itkin düşənləri axtarırdılar. Bu itkilər bir evin deyil, elin itkisi idi.
    Evdə, küçədə, maşında qəfil gülləyə tuş gəlmiş uşaq, məktəbli, qadın və qocaların nə idi günahı? Politexnik institutunacan – yol boyu 145 nömrəli avtobusdan gördüyüm “ölüm səhnə”ləri ömrümün sonunacan yaddan çıxmaz. Tankların dəmir yığınına çevirdiyi əzik-üzük maşınlar, al qana boyanmış küçələr, yaralı-ölənlərdən qalmış qanlı paltarlar və s. Bakının matəmli hüsnünə, insanların simasına baxmaq olmurdu: solğun üzlər, mərd baxışlar...
     
    İmtahan təxirə salınmışdı. Öyrəndim ki, tələbə yoldaşlarım Dağüstü parkdadır. Mən də şəhid oğul və qızların torpağa tapşırılacağı məkana yollandım. Axşamacan qəbirqazma və hörgü işlərində çalışanlara kömək etdim. Evə dönəndə narahat idim. Sanki qaldığımız mənzil də yükləndiyi qəmdən, kədərdən narahat idi. Çəkdiyimiz iztirabların ağrısı otağın daşına, divarına da keçmişdi. Üzbəüz hərbi qərargahda "məskunlaşan" və pəncərəmizin önündən sağa-sola addımlayan “asayişimizi qoruyan” “eses”lərin vahiməsindən otaqda bərkdən danışa bilmir, radionun səsini alırdıq. Komendant saatının 24-dən qüvvədə olmasına baxmayaraq, hava qaralandan sonra ərzaq dalınca və s. yerə getmək təhlükəli idi. Necə ki, yanvarın 20-də axşam binamızın giriş qapısında lənkəranlı (Liman şəhərindən ) polis Telman Bağırovu qətlə yetirdilər.
    Yanvarın 22-də Bakı öz şəhidlərini bir qanlı bayraq kimi başı üzərinə qaldırdı. 
     
    AKİF AĞAYEV,
    “Yeni həyat”,
    www.yeniheyet.az  шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-30 iyun 2025-ci il
    2. 17:28 Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    3. 17:27 Masallının yollarında təmir işləri davam etdirilir 01-30 iyun 2025
    4. 17:25 Masallıda abadlıq və xeyriyyə işləri 01-30 iyun 2025
    5. 12:40 Masallıda 2025-cü ilin iyul ayına olan səyyar-görüş qəbulları barədə
    6. 09:39 Strateji tərəfdaşlıq əlaqələri
    7. 23:30 “8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir  
    8. 23:30 Elektrik enerjisində stratejik əməkdaşlıq
    9. 18:16 Masallının Çaxırlı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 25.06.2025
    10. 18:14 Masallının Çaxırlı kəndində 25 iyun 2025-ci il tarixdə səyyar qəbul
    11. 18:08 Masallı rayon İcra Hakimiyyətinə 4 yeni təyinat
    12. 12:49 Sığdaş kəndində ziyarətgah yolu cari təmir olundu
    13. 08:41 Azərbaycan əsgərinin vətənpərvərlik ruhu  
    14. 08:37 Mütəşəkkil ordu böyük tarixi xidmətlərdən biridir
    15. 23:30 H.Əliyev və  ordu quruculuğu   
    16. 20:06 Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri
    17. 20:02 Masallıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
    18. 19:56 Qalıb Azərbaycan Ordusu
    19. 17:38 Rayon rəhbəri Xəstəxanada şəhid atasını ziyarət etdi
    20. 17:35 Masallının Dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzdülər
    21. 17:29 Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir
    22. 11:29 ŞANLI AZƏRBAYCAN ORDUSU
    23. 11:24 Masallıda dövlət qulluqçularının sayı açıqlanıb - STATİSTİKA
    24. 23:30 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvələri Günüdür
    25. 23:30 Azərbaycan ordusu qələbənin, sülhün və suverenliyin dayağıdır
    26. 16:07 Masallı rayon İcra Hakimiyyətinin şöbə müdiri medalla təltif olundu
    27. 10:00 Peşəkar ordumuz
    28. 23:30 Güclü Ordu-Güclü Dövlətin təməlidir
    29. 21:16 Azərbaycan dövlətinin gücü və qüdəti daha da möhkəmlənir
    30. 21:11 Vətənə layiqincə xidmət edən Azərbaycan ordusu!
    31. 21:04 PEŞAKAR AZƏRBAYCAN ORDUSU
    32. 19:02 Ələşrəf Niftiyev 80
    33. 17:26 Masallıda rayon rəhbərinin 19 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    34. 19:01 Masallının Göyəçöl kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    35. 18:59 Masallının Göyəçöl kəndində 18 iyun 2025-ci il tarixdə səyyar qəbul
    36. 16:54 Masallıda şəhid Zeynal Şahhüseynlinin şəhadətinin 4-cü ildönümü anıldı
    37. 16:52 Rayon rəhbəri Böyük Kolatan kəndində I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    38. 15:03 Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan  birliyinin tarixi manifesti yazıldı.
    39. 23:30 Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası  
    40. 11:48 Milli Qurtuluş fəlsəfəsinin banisi
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ