• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » MÜHASİRƏNİ YARIB SİLAHDAŞLARINI XİLAS ETDİLƏR

    MÜHASİRƏNİ YARIB SİLAHDAŞLARINI XİLAS ETDİLƏR

    GÜLƏ-GÜLƏ ARZUSUNA ÇATAN FAMİL

    MÜHASİRƏNİ YARIB SİLAHDAŞLARINI XİLAS ETDİLƏR


    Haqq qalib gəldi, torpaqlarımıza uzanan xain əllər kəsildi. 28 illik sıxıntılarımıza son qoyuldu. 44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı.
    Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və qorxmadan düşmən üzərinə şığıyan igid əsgərlərimizin əzmkarlığı, fədakarlığı ilə qazanılan Böyük Qələbədə Famil Əlizadənin də payı var. Onun da adı Azərbaycanın, Qarabağın salnaməsinə yeni tarix yazanlar sırasındadır.
    Könüllü şəhid əsgər Əlizadə Famil Habil oğlu 3 may 1999-cu ildə Masallı rayonunun Ərkivan qəsəbəsində dünyaya göz açıb. 2016-cı ildə qəsəbədəki 3 nömrəli tam orta məktəbi bitirib. Təhsilini 2 nömrəli Bakı Peşə Liseyində davam etdirib. Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik mantyoru peşəsinə yiyələnib. 2017-ci ilin iyulunda SHXÇDX Masallı rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ilin yanvarında ordudan tərxis olunub.
    İkinci Vətən müharibəsi başlanan gündən könüllü olaraq döyüşlərə qatılıb. Cəbhə boyu əksər döyüşlərdə qəhrəmanlıqla vuruşan Famil Əlizadə Füzuli rayonunun alınmasında, Yuxarı Əbdürrəhmanlı kəndinin işğaldan azad edilməsində xüsusi şücaət göstərib. Hər dəfə qızğın döyüşlərin önündə gedənlərdən olub Famil. Oktyabrın 21-də şəhidlik zirvəsinə yüksəlib.
    Şəhid əsgər Famil Əlizadə subay idi. Ailədə bir bacı, iki qardaş olublar. Valideynləri  onlara uşaq yaşlarından vətənpərvərlik ruhunu aşılayıblar. Ailənin başçısı Habilin atası Əli Rəhimov (1923-1989) İkinci Dünya Müharibəsi veteranı olub. Bu zəhmətkeş ailədə 15 uşaq böyüyüb. Habil uzun müddət Masallı Elmi-Bərpa İstehsalat Birliyində usta kimi çalışıb. Hərbi xidmətini Almaniya Demokratik Respublikasında keçib, tankçı olub. Qardaşı İxtiyar isə Əfqanıstan müharibəsi veteranıdır.
    F.Əlizadənin böyük qardaşı, 26 yaşlı Qabil Azərbaycan Texniki Universitetini bitirib. İxtisasca kompüter mühəndisidir. 2015-2017-ci illər ərzində hərbi xidmətdə olub. Familin döyüş yoluna nəzər salmaqda o, mənə yardımçı oldu. Qardaşının silahdaşları Məmmədbağır Abdullayev və Nəcəf Ağayevlə telefon vasitəsilə əlaqə saxladıq. Öyrənirik ki, sentyabrın 27-də ermənilərin təxribat hücumundan sonra Famil Əlizadə müzəffər əsgərlərimizlə birgə Füzuli istiqamətində, Kürdmahmudlu, Aşağı və Yuxarı Əbdürrəhmanlı kəndləri uğrunda döyüş əməliyyatlarında igidliklə vuruşublar.
    Növbəti tapşırıq  düşmənin ərzaq anbarını ələ keçirmək olub. Taqım komandiri, leytenant Elşən Məmmədov (sonradan şəhid olub) bu əməliyyata yollanacaq könüllüləri seçərkən Famil birinci olaraq önə atılıb. Oktyabrın 21-də, sübh çağından 9 nəfərlik könüllü (Məmmədbağır Abdullayev, Cavid Zeynallı, Ramin İmaməliyev, Nəcəf Ağayev, Subhan, Zahir, Vüqar) dəstə əməliyyata başlayıb – postu (ərzaq anbarını) düşməndən azad edib, bayrağımızı sancıblar. Saat 11 radələrində isə təxminən 35 nəfərlik köməkçi qüvvə gəlib.
    Vadafrom, Kurqan deyilən ərazidə (Yuxarı Əbdürrəhmanlı, Şiştəpəyə az qalmış) şiddətli döyüşlər aram verməyib. Ərzaq anbarını geri götürməyə cəhd edən ermənilər günorta saatlarında yenidən basqın ediblər. Çox yaxın məsafədən, dağ ətəyində yerləşən düşmən mövqelərindən qarşı tərəf ağırçaplı silahların intensiv atəşinə tutulub. Əsgərlərimiz bir müddət mühasirədə qalıb. Yalnız zabit heyəti çöldə qalaraq postu müdafiə etsələr də düşmən ciddi müqavimət göstərməyə cəhd edib. Təhlükəlidir deyibən əsgər heyətinə (təxminən 40 nəfər) anbardan çölə çıxmamaq bildirilib.
     
     Vəziyyətin anbaan gərginləşdiyini görən Famil isə mühasirəni yarmağa üstünlük verərək “biz bura döyüşməyə gəlmişik” deyə, yenidən irəli atılıb. Arxasınca bir neçə silahdaşı da çölə çıxıb. Güllə yağışı altında, açıq ərazidəki səngərdə mövqe tutan igid əsgərimiz bir neçə düşməni dəqiq atəşlə məhv etməyə müvəffəq olub. Sinəsini Vətənə sipər edən Famil qızğın döyüş zamanı qarşı tərəfin snayper gülləşinə tuş gəlib. Ondan təxminən 10 metr məsafədə olan Məmmədbağır əvvəlcə Familin qolundan yaralandığını hiss edib, yaxınlaşdıqda isə yanıldığını görüb – güllə qolunu sivirsə də ürək nahiyəsinə dəymişdi. Səngər yoldaşının qollarında son nəfəsində gülə-gülə “arzuma çatdım” deyərək əbədiyyətə qovuşub Famil.  
    Sonra qumbaraatanlarımız bir neçə dəqiq atəşlə düşmənin əsas qaynar nöqtəsini darmadağın ediblər. Ermənilər xeyli sayda itki veriblər. Təxminən bir saatdan sonra isə əsgərlərimiz düşmənin munamyot atəşlərinə məruz qalıb. Şiddətli müqaviməti mərdliklə dəf edərkən taqım komandiri, 21 yaşlı leytenant Elşən Məmmədov şəhid olub. Yaralılar və iki şəhidimiz döyüş zonasından təxliyə edilib. Sonacan mübarizə əzmi göstərən hərbçilərimiz düşmənin əsas atəş nöqtələrini susdurub, işğaldan azad edilmiş postu qoruyublar.
    Familin silahdaşları isə növbəti tapşırığın uğurlu icrası nəticəsində daha 5 kəndimizi düşmən əsarətindən xilas ediblər...    
    Şəhidin atası Habil Rəhimov deyir ki, mehriban, dosta sədaqətli, zəhmətkeş oğul idi Famil. Əsgərlikdən sonra öz ixtisası üzrə deyil, aşpaz kimi Bakıda işləməyə başladı. Son danışığımız oktyabrın 20-də, mənim ad günümdə oldu. Səhər saatlarında zəng etmişdi ki, məni təbrik etsin. Anası və qardaşı ilə də danışdı. Bizi inandırmağa çalışırdı ki, müharibədə deyilik, yeyib-içib, yatırıq. Deyirdi ki, nigaran qalmayın, əlimizdə bir-iki vacib işimiz var, onu qurtaraq, sonra rahat danışarıq. Qardaşına deyibmiş ki, hansı oğul atasının ad gününə hədiyyə olaraq torpaq alar (yəni işğaldan azad edər)?
    Şükufə ana Familin ona dediyi son sözlərini xatırlayır: ”Hər dəfə, istər evdə, ya hərbi xidmətdə olarkən onu nazlayanda deyərdi ki, ay ana, mən böyümüşəm axı. Amma axırıncı danışığımızda bunun tam əksini dedi: can, ana, nazla məni, nazla! Elə bil ürəyinə damıbmış... Yenə də Familimi nazlayıb, şumal tellərini sığallamaq, qollarımı boynuna dolamaq istərdim...”

     
    İndi oğlunun qoxusunu almaqdan ötrü üçrəngli bayrağa bükdüyü beşiyinə, çarpayısına sarılır, portretini qucaqlayaraq beləcə nakam övladını oxşayır, ürəyini boşaldır Şükufə ana.
    Məlumat üçün bildirək ki, işğalçı Ermənistan silahlı qüvvələrinin təxribatına qarşı keçirilən əks-hücum əməliyyatları zamanı şəhid olan könüllü əsgər Əlizadə Famil Habil oğlu oktyabrın 22-də, Ərkivan qəsəbəsinin Bağlakücə qəbiristanlığında torpağa tapşırılıb.
     
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Respublika Silahlı Qüvvələrinin əsgəri Əlizadə Famil Habil oğlu (ölümündən sonra) "Vətən uğrunda", şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
    Bütöv Azərbaycana, doğma yurda, ailəsinə başucalığı gətirən Famil kimi qəhrəman Vətən övladları cismən bizləri tərk etsələr də ruhən yaşayırlar. Tərəddüd etmədən doğma Azərbaycan uğrunda canını fəda edən oğullarımız bir daha sübuta yetirdilər ki, Vətən borcunu ödəmək ən böyük amalımızdır.
    Başını dik saxla, Habil kişi! Şəhid atası olmaq əsgər olmaqdan da qürurludur.    
    Başını dik saxla, Şükufə ana! İgid oğlun düşmənlərin bağrını yardı, qəhrəmanlıq tarixi yazdı. Familin və digər şəhid əsgərlərimizin qanı yerdə qalmadı, düşmənə layiqli cavab verildi. Müqəddəs bayrağımızın Şuşada və digər xilas olmuş ərazilərimizdə dalğalandığı gündən şəhidlərimizin ruhu şaddır.
    Şəhidin məzarı başında canından artıq sevdiyi üçrəngli Azərbaycan bayrağı ucaldılıb. Qırmızı rəngini şəhidlərin qanından alan müqəddəs bayrağımız zirvələrdə dalğalandıqca Vətənimizin qüdrətini, Familimizin adını göylərə qaldırır.
    AKİF AĞAYEV,        
    www.yeniheyet.az
                        
                                                                                                                                                                                 шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    2. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    3. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    4. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    5. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    6. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    7. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    8. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    10. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    11. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    12. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    13. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    14. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    15. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    16. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    17. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    18. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    19. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    20. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    21. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    22. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    23. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    24. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    25. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    26. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    27. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    28. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    29. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    30. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    31. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    32. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    33. 11:15 DİQQƏT! DİQQƏT!
    34. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    35. 13:51 Masallı rayonunun 95-ci ili
    36. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    37. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    38. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    39. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    40. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ