Media və QHT sektoru nümayəndələrinin, ictimai fəalların Ağdama səfəri
- 13-03-2021, 12:00
- Siyasət / Mədəniyyət / Dünya Xəbərləri
- 0
- 1 167
Media qurumları və QHT rəhbərləri, blogerlər və ictimai fəalların Ağdam rayonuna səfəri başlayıb
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən martın 13-də 150-dən çox media qurumu və QHT rəhbəri, bloger və ictimai fəalın işğaldan azad olunmuş Ağdam rayonuna səfəri başlayıb.
Səfərdə məqsəd işğaldan sonra Ağdam şəhərinin vəziyyətilə tanışlıqdır.
Səfər zamanı Uzundərə II Şəhidlər xiyabanında, 1991-ci ilin fevralında partladılmış avtovağzalda, Cümə məscidində, Mərkəzi meydanda, Qarabağ xanlarının abidələr kompleksində, Ağdamın “Qarabağ” futbol klubunun “İmarət” stadionunda, Çörək muzeyində, 1941-1945 abidəsi və I Şəhidlər xiyabanında, Qarağacı qəbristanlığında, Şahbulaq qalasında və s. yerlərdə olacaqlar.
Daha sonra iştirakçıların Bərdə şəhərinə səfəri və Tərtər çayı üzərində su kaskadı ilə tanışlığı nəzərdə tutulur.
Media təmsilçilərinin Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
www.yeniheyet.az