Masallıda “Aprel döyüşləri-Böyük Zəfərin başlanğıcı” mövzusunda tədbir keçirilib
- 2-04-2021, 19:25
- Siyasət
- 0
- 654
Masallıda “Aprel döyüşləri-Böyük Zəfərin başlanğıcı” mövzusunda tədbir keçirilib
Masallı rayon Heydər Əliyev Mərkəzində mövcud karantin qaydaları gözlənilməklə Mərkəzin təşkilatçılığı, Musaküçə kənd tam orta məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə “Aprel döyüşləri - Böyük Zəfərin başlanğıcı” mövzusunda tədbir keçirilib.
Tədbir əzəli yurd yerimiz olan Qarabağın azadlığı uğrunda canını qurban vermiş Vətən oğullarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlanıb.
Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva qeyd edib ki, Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 5 il ötür. Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti bu qələbə sayəsində “Böyük Qayıdış” prosesinə start verilməsi oldu: “Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə “Böyük Qayıdış” prosesinə start verildi. Bu gün hər bir azərbaycanlı beş il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın artıq işğaldan azad edilən Şuşada və digər ərazilərimizdə dalğalanmasından sonsuz qürur duyur.”
Tədbir çərçivəsində Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə “Aprel döyüşləri-Böyük Zəfərin başlanğıcı” mövzusunda geniş və məzmunlu mühazirəni tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra mövzuyla bağlı videoçarx izlənilib.
Tədbirin yekununda şagirdlər Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən ekspozisiya sərgi zalında nümayiş olunan eksponatlarla yaxından tanış olublar.
www.yeniheyet.az