• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Ölkəmizin hərbi qüdrəti durmadan artır

    Ölkəmizin hərbi qüdrəti durmadan artır

    Ölkəmizin hərbi qüdrəti durmadan artır
     
    Böyük tarixi şəxsiyyətlər tarixin axarını xalqının mənafeyinə istiqamətləndirə bilir; qısa müddətdə dünyanın nüfuzlu dövlətləriylə imzalanan ikitərəfli, çoxtərəfli müqavilələr Azərbaycanın iqtisadi inkişafının başlanğıcı oldu və ordu quruculuğunda da əsaslı dönüşə etibarlı zəmin yaratdı, qısa müddətdə ordu quruculuğunda müqayisəyəgəlməz islahatlar həyata keçirildi.
    Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamıyla yerli özünümüdafiə batalyonları buraxıldı, orduda vahid komandanlıq təmin edildi ki, bunlar da ordunun nizami ordu kimi formalaşmasının başlanğıcı oldu. Azərbaycançılığıyla həmişə fəxr edən böyük tarixi şəxsiyyət Heydər Əliyev döyüş hazırlığı artırılan ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının da yüksəldilməsini təmin etdi. Qələbəylə nəticələnən Horadiz əməliyyatı təsdiqlədi ki, nizami ordu kimi təzəlikcə formalaşan Azərbaycan Ordusu torpaqları işğaldan azad etməyə qadirdir...
    Ulu Öndərin siyasi kursu ordu quruculuğunda da uğurla davam etdirilməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ordu quruculuğunu məxsusi qayğı göstərməklə diqqətdə saxlayır. Son illərdə həyata keçirilən irimiqyaslı islahatlar məhz bu diqqətin, qayğının təzahürüdür. Ən müasir texnikalarla, qurğularla təchiz edilən ordunun şəxsi heyəti indi yüksək döyüş hazırlığına malikdir. 2016-cı ilin aprelində Azərbaycan Ordusu qısa müddətdə əhəmiyyətli qələbələr qazandı, Lələtəpə, Bayraqtəpə kimi mühüm əhəmiyyətli yüksəkliklər azad edildi. Bu döyüş, qazanılan bu qələbə Azərbaycan Ordusunun qüdrətinin səviyyəsini göstərir. Dünya ictimaiyyəti gördü və əmin oldu ki, bu ordu torpaqlarını işğaldan azad etməyə qadirdir. Azərbaycan Ordusunun yaranmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan paradlar da məhz bu əminlik səviyyəsində izlənildi...
    Məlum olduğu kimi, işğalçı Ermənistan sülh prosesini məqsədyönlü şəkildə pozmağa davam edirdi. Prezident İlham Əliyev sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışında Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığı barədə xəbərdarlıq etdi. 2020-ci il sentyabrın 27-də isə Ermənistanın Silahlı Qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq Azərbaycana qarşı irimiqyaslı hərbi təcavüzə başladı, yaşayış məntəqələrini, hərbi mövqeləri bir neçə istiqamətdən atəşə tutdu. Bu hücumların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı, xalq müqəddəs Vətən müharibəsinə qalxdı, artıq döyüşlərin ilk saatlarında düşmən geri çəkilməyə məcbur edildi. Prezident, Ali Baş Komandan İlham Əliyev sentyabrın 27-də xalqa müraciətində Azərbaycan Ordusunun düşmənə ağır zərbə vurduğunu bildirdi. "Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!" ifadəsi ilə çıxışını bitirən Ali Baş Komandan torpaqlarımızın azad ediləcəyinə, 30 ildən çox davam edən işğala son qoyulacağına əminliyini ifadə etdi.
    Çətin, lakin şərəfli 44 gündə səfərbərlik üzrə hərbi xidmətə çağırılmış və hərbi hissələrə təhkim edilmiş hərbi vəzifəlilər çağırış vərəqəsində və sərəncamlarda göstərilmiş tələblərə ciddi riayət etmiş və təyin olunmuş yerə müəyyən edilmiş vaxtda gəlmişlər.
    Azərbaycanın qazandığı Qələbə, xüsusilə Şuşanın düşmən əsarətindən azad edilməsi müharibənin taleyində həlledici rol oynadı. Şuşanın azad edildiyi gün - 8 noyabr tarixi dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycan və Rusiya Prezidentləri və Ermənistanın baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanması ilə münaqişə başa çatdı. Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiya aktına imza atması Azərbaycanın Vətən müharibəsində tam qələbə qazanması, Qarabağ müharibəsində itirilmiş torpaqlarımızın düşmən tapdağından azad edilməsi ilə nəticələndi.
    Beləliklə, Azərbaycan xalqı düşmən üzərində tarixi zəfər qazanmaqla daha bir qəhrəmanlıq salnaməsi yazdı və qalib xalq olduğunu bütün dünyaya sübut etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və dəmir iradəsi, Silahlı Qüvvələrimizin qüdrəti, Azərbaycan əsgərinin igidliyi, xalq-iqtidar birliyi, ölkəmizin iqtisadi gücü tarixi Qələbəni təmin edən mühüm amillər oldu. Ötən il dekabrın 10-da Bakıda keçirilən Zəfər paradı Azərbaycan dövlətinin hərbi qüdrətinin, xalqımızın qələbə əzminin təntənəli nümayişi idi.
    Azərbaycanın tolerant və multikultural dəyərlərə malik ölkə olduğu, burada bütün xalqların dostluq və əmin-amanlıq şəraitində yaşadığı da artıq çoxdan dünyaya məlumdur. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev ölkəmizəki milli birliyi, dövlət-xalq vəhdətini xarakterizə edərkən deyib: "Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil, bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik. Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Həmişə belə olub və bu birlik əbədi olacaq. Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq!"
    Eminli kənd sakini Afəddin Kərimovшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:28 Vətənə xidmətdə keçən ömür
    2. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    3. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    4. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    5. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    6. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    7. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    9. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    10. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    11. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    12. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    13. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    14. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    15. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    16. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    17. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    18. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    19. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    20. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    21. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    22. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    23. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    24. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    26. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    27. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    28. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    29. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    30. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    31. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    32. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    33. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    34. 11:15 DİQQƏT! DİQQƏT!
    35. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    36. 13:51 Masallı rayonunun 95-ci ili
    37. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    38. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    39. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    40. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ