• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda şəhid Sübhan Həsənovun doğum günü qeyd olunub

    Masallıda şəhid Sübhan Həsənovun doğum günü qeyd olunub

    Yaşasaydı 20 yaşı tamam olacaqdı
     
    Masallıda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizin doğum və anım günlərində onların ailələrinin, məzarlarının ziyarət olunması artıq ənənə halını alıb.
    İyulun 26-da şəhid əsgər Sübhan Həsənovun doğum günü qeyd edilib.
    Mövcud pandemiya qayda­larına uyğun olaraq keçi­rilən mərasimdə rayonun bir qrup ağsaqqal və ziyalısı, şəhidin doğmaları iştirak edib.
    Ziyarətçilər şəhidin ailə üzvlərinə başsağlığı verib, məzarı üstünə gül dəstələri qoyaraq, ruhuna dualar oxuyublar.
    Masallı Rayon Ağsaqqallar Şurasının sədri, III dərəcəli "Vətənə xidmətə görə" ordenli Ələşrəf Niftiyev Sübhan Həsənovun qısa və şərəfli ömür yolundan danışıb, Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi ehtirama layiq olduqlarını qeyd edib.
    “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin rayon filialının sədri Nahid Rəhimov, rayon Mədəniyyət mərkəzinin direktoru Vəkil İsmailov, “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev Sübhanın Vətənə sədaqətindən, Masallı övladlarının torpaqlarımızın azad edilməsi uğrundakı döyüşlərə necə ürəklə yollanmalarından söhbət açıblar.
    Vətən müharibəsi iştirakçısı Cavid Nuri, şəhidin döyüş yoldaşı Ceyhun Şiriyev Sübhan kimi qəhrəman oğullarımızın and yerimizə, ziyarət məkanımıza çevrildiyiini, şəhidlərimizin qanının yerdə qalmadığını bildiriblər.
    Şəhid Fuad Novruzovun atası Qorxmaz Novruzov, “Viləş” uşaq bağçasının müdiri Şəfa Allahverdiyeva, Masallı şəhər “İmam Əli” məscidi dini icmasının sədri və imamı, ilahiyyat üzrə fəlsəfə doktoru Əliqulu Qardaşov vurğulayıb ki, qalib Liderimizin qətiyyəti, Ordumuzun şücaəti, şəhid və qazi olmuş igid oğlanlarımız hesabına Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.
    Masallı şəhər 5 nömrəli tam orta məktəbin direktoru Cəsarət Həmidov deyib ki, Sübhan Həsənov məktəb illərində nümunəvi davranışı, yüksək etikası ilə fərqlənib: “Onun kimi şəhidlik zirvəsinə ucalan şagirdlərimiz – Rafael Abbasov, Emin Əliyev, Fuad Novruzov, Zeynal Şahhüseynlinin xatirəsini yaşatmaq, qəhrəmanlarımızı gəncliyə nümunə göstərmək hər birimizin ən müqəddəs borcudur.”
    Şəhidin atası Rauf Həsənov şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıq edib, buna görə Prezidentimizə, Birinci vitse-prezidentimizə, rayon rəhbərliyinə minnətdarlığını bildirib.

    Məlumat üçün bildirək ki, Sübhan Rauf oğlu Həsənov 26 iyul 2001-ci ildə Masallı şəhərində anadan olub.
    2007- 2018-ci illərdə şəhid İsfəndiyar Zülalov adına Masallı şəhər 5 nömrəli tam orta məktəbində təhsil alıb. Masallı rayon Gənclər və İdman İdarəsinin nəzdindəki Uşaq Gənclər İdman məktəbinin cüdo bölməsinin yetirməsi kimi dəfələrlə rayon və zona yarışlarının mükafatçısı olub.
    2019-cu ilin 30 iyul tarixində SHXÇDX-nin rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb. Goranboy rayonunda yerləşən hərbi hissədə snayperçi əsgər kimi xidmət edib. Tovuz döyüşlərində iştirak edib.
    Azərbaycan Ordusunun əsgəri Sübhan Həsənov 27 sentyabr 2020-ci il tarixdə Silahlı Qüvvələrimiz tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Füzuli, Ağdərə və Suqovuşan istiqamətində gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşüb. 2 oktyabr 2020-ci il tarixdə Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. İki aydan sonra nəşi tapılıb. Dekabrın 7-də doğulub boya-başa çatdığı Masallı şəhər qəbiristanlığında izdihamla dəfn edilib.
    Ailənin yeganə oğlu olan Sübhan subay idi.
    Döyüşlər zamanı göstərdiyi igidliyə və vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Sübhan Rauf oğlu Həsənov ölümündən sonra «Vətən uğrunda», "Cəsur döyüşçü", “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

     
    Akif VAQİFOĞLU,
    “Yeni həyat”,      
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:54 Masallıda şəhid Zeynal Şahhüseynlinin şəhadətinin 4-cü ildönümü anıldı
    2. 16:52 Rayon rəhbəri Böyük Kolatan kəndində I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    3. 15:03 Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan  birliyinin tarixi manifesti yazıldı.
    4. 23:30 Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası  
    5. 11:48 Milli Qurtuluş fəlsəfəsinin banisi
    6. 23:30 15 İyun - Milli Qurtuluş Günü
    7. 23:30 İşğaldan azad olunmuş ərazilərin yeni infrastrukturun yaranması bərpası, yenidənqurma işləri
    8. 23:30 Mötəbərliyin, qarşılıqlı etimadın, əmanətin tərənnümü
    9. 23:30 Tarixi qələbəyə aparan yol
    10. 23:30 Real təhdidlər qarşısında qalmış suverenlik
    11. 19:21 Rayon rəhbəri I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    12. 19:18 Masallıda “Qurtuluşa gedən yol” mövzusunda konfrans
    13. 18:11 Masallıda taxıl biçini xeyriyyə aksiyası ilə başladı
    14. 18:09 Daşınmaz əmlakın sığortalanmasının faydası
    15. 18:08 Masallıda rayon rəhbərinin 12 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    16. 18:05 Masallıda Gənclər və idman naziri vətəndaşları qəbul etdi
    17. 12:45 15 iyun Milli Qurtuluş günü - milli qurtuluş ideologiyasının təntənəsidir  
    18. 12:17 ULU ÖNDƏR VƏ YOX OLMAQDAN QURTULAN AZƏRBAYCAN..
    19. 21:00 Böyük xilkaskar - Masallıda tədbir
    20. 16:56 Masallının Təzəkənd kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 11.06.2025
    21. 16:25 Masallının Təzəkənd kəndində 11 iyun 2025-ci il tarixdə səyyar qəbul
    22. 15:36 15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın Tarixində Dönüş Nöqtəsi  
    23. 11:31 Masallıda Qurban bayramı - 2025
    24. 17:17 Masallıda 5 iyun – Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd edildi
    25. 17:14 Masallıda ət kəsim məntəqələrində dezinfeksiya işləri aparılır
    26. 14:07 Masallıda rayon rəhbəri 1 yaşlı şəhid qardaşının doğum günündə
    27. 14:05 Masallıda rayon rəhbərinin 05 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    28. 15:12 “Sağlam Məktəbli” layihəsi uğurla davam etdirilir
    29. 14:15 Masallının Hişkədərə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    30. 14:11 Masallının Hişkədərə kəndində 04 iyun 2025-ci il tarixdə səyyar qəbul
    31. 13:55 Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir
    32. 12:55 Azərbaycanda yaşıl enerjinin həyata keçməsi istiqamətində mühüm işlər həyata keçrilməkdədir
    33. 23:00 Ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yeri və rolu  
    34. 22:09 Masallıda rayon rəhbəri qalib futbolçuları qəbul edib
    35. 19:43 Masallıda “3 İyun-Ümumdünya Velosiped Günü” münasibəti ilə veloyürüş
    36. 19:39 Rayon rəhbəri Kolatan ərazisindəki əkin sahələrində
    37. 23:00 Azərbaycanın müasir enerji strategiyası-Xəzər Neft və Qaz Sərgisi
    38. 16:30 Masallıda şəhid övladlarına bayram hədiyyəsi
    39. 08:40 Prezident İlham Əliyevin 28 May 2025-ci ildə Laçında çıxış etmişdir
    40. 23:30 Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz birliyi
    «    İyun 2025    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ