• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Yaşasaydı, 26 yaşı tamam olacaqdı Ramazanın

    Yaşasaydı, 26 yaşı tamam olacaqdı Ramazanın

    Masallıda Vətən müharibəsi şəhidi Ramazan Vəliyevin doğum günü 
     
    Azərbaycanın azadlığı və müstəqilliyi naminə canını fəda etmiş insanların xatirəsi qədirbilən xalqımız tərəfindən həmişə ehtiramla yad edilir. Vətənin bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn gənclərdən biri də Ramazan Hilal oğlu Vəliyevdir.
    İyunun 18-də Masallı rayonunun Şərəfə kəndində Vətən müharibəsi şəhid çavuş Ramazan Vəliyevin doğum günü qeyd edilib.
    Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Şəhidin məzarı önündə çıxış edən Masallı RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev, Şərəfə kənd tam orta məktəbininin direktor müavini Xeyrulla İslamlı, müəllimlərdən Xankişi Xankişiyev, Naidə Məmmədova, Əfsanə İslamlı, veteran müəllim Elşad Əsgərov, “Ümidim sənsən” İctimai Birliyinin sədri Fidan Abbaslı, I Qarabağ müharibəsi iştirakçısı Cavanşir Mehdiyev, şəhidin sinif yoldaşları Azərbaycan ordusunun 44 günlük müharibədə şücaətindən, şəhid çavuş Ramazan Vəliyevin keçdiyi şərəfli döyüş yolundan söhbət açıb, belə oğullarımızla qürur hissi keçirdiklərini, onların qanlarının yerdə qalmadığını söyləyiblər.
    Çıxışlarda Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən Ramazanın xatirəsinin bundan sonra da daim əziz tutulacağı, dövlətin hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacağı vurğulanıb. Şəhidin valideynlərinə Vətənimiz üçün ləyaqətli övlad böyütdüklərinə görə təşəkkür edilib, Allahdan onlara səbir dilənib.
    Bildirilib ki, Ramazan Vəliyev 18 iyun 1995-ci ildə Türkmənistan Respublikasının Aşqabad şəhərində anadan olub. Altı yaşı olanda Masallı rayonunun Şərəfə kəndinə gəlib. 2013-cц ildə şəhid Qəhrəman İsmayılov adına Şərəfə kənd tam orta məktəbini bitirib. Təhsilini Bakı Dənizçilik Kollecində davam etdirib (2013-2015). Arzusu dənizçi olmaq idi.
    R.Vəliyev 2015-ci ilin yayında Azərbaycan Silahlı Qüvvələrinin Bakı şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin dekabrında əsgərlikdən tərxis olunub. 2019-cu ilin noyabr ayından həyatını hərb sənətinə bağlayıb - Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında MAXE kimi işə düzəlib.
    2020-ci ilin sentyabrın 27-dən başlanan Vətən müharibəsində, Füzuli uğrunda gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşüb.
    İgid döyüşçü qəhrəmanlığı ilə adını tarixə yazmağı bacarıb. 2020-ci il, noyabrın 29-da Şuşa istiqamətində gedən döyüşlər zamanı şəhidlik məqamına ucalıb. Dekabrın 1-də boya-başa çatdığı Şərəfə kənd qəbiristanlığında torpağa tapşırılıb. Subay idi.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Ramazan Vəliyev ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilib.
    Şəhidin atası Hilal Vəliyev övladı ilə fəxr etdiyini söyləyib, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlığını bildirib.
    Ziyarətçilər şəhidin məzarı üzərinə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
    Məktəblilərin ifasında Vətənə, şəhidlərə aid şeirlər səsləndirilib.

     



    Akif VAQİFOĞLU,
    “Yeni həyat”,      
    www.yeniheyet.az
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ