Masallıda şəhid Gülşad Xəlilovun xatirəsi anılıb
- 27-03-2021, 20:48
- Siyasət
- 0
- 656
Şəhid Xəlilov Gülşad Elşad oğlu - 20
Masallı rayonunun Kürdəbaz kəndində şəhid Xəlilov Gülşad Elşad oğlunun doğum günü qeyd olunub.Tədbirdə şəhidin ailəsi və yaxınları ilə yanaşı, Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, "Ümidim sənsən" Sosial İnkişafa Yardım İctimai Birliyinin sədri Fidan Abbaslı, həmçinin ərazi nümayəndəliyi, bələdiyyə, şəhidin dostları iştirak ediblər.
Tədbir iştirakçıları Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlmiş Xəlilov Gülşad Elşad oğlunun məzarını ziyarət edib, ruhuna dualar oxuyub, şəhidin qəhrəmanlığı haqqında danışıblar.
Şəhidin atası Elşad Xəlilov göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədova və qonaqlara minnətdarlığını bildirib.

Azərbaycan Ordusunun əsgəri olan Gülşad Xəlilov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə döyüşmüşdür.
16 oktyabr 2020-ci ildə şəhid Gülşad Xəlilovun nəşi kənd məzarlığında izdihamla dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Masallı rayonunun Kürdəbaz kəndində anadan olan Vətən müharibəsinin şəhid əsgəri Gülşad Elşad oğlu Xəlilov ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilib.
www.yeniheyet.az