• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda şəhid Nurlan Əbilovun doğum günü qeyd edilib

    Masallıda şəhid Nurlan Əbilovun doğum günü qeyd edilib

    Masallıda şəhid Nurlan Əbilovun doğum günü qeyd edilib

    Avqustun 2-də, şəhid Nurlan Əbilovun 27-ci doğum günü ilə əlaqədar anadan olduğu Masallı rayonunun Şərəfə kəndində anım tədbiri keçirilib.
    Mərasimdə rayon rəsmiləri, din xadimləri, şəhidin yaxınları, digər şəhid ailələrinin üzvləri, qazilər, kənd sakinləri iştirak ediblər.
    Mərasim iştirakçıları əvvəlcə şəhidin boya-başa çatdığı ata evinə gəlib, qohumları ilə görüşüb, başsağlığı verərək qayğıları ilə maraqlanıblar. Sonra kənd qəbiristanlığındakı məzarını ziyarət edib, üzərinə çiçəklər düzüblər, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ruhlarına dualar oxunub.
    Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov, RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, QMİ-nin Bakı şəhəri Səbayıl rayonu üzrə qazısı Hacı Surxay Məmmədli, Vətən müharibəsi iştirakçıları Seymur Şirəliyev, Ülvi Mehdiyev, Tural Nəbiyev, Moskvada dərc edilən “Vətən çağırır” qəzetinin baş redaktoru Gülsüm Adilqızı, “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev, şəhid valideynlərindən Mehriban Abdurrahmanlı, Bayram və Ziba Əsgərovlar, Habil Rəhimov, Güləhməd Lətifov, Gündüz Akifzadə, Rauf Həsənov, Hafiz Qurbanov, İlham Əliyev, şəhidin iş yoldaşı Mirağa Həsənov, “Ümidim sənsən” Sosial İnkişafa Yardım İctimai Birliyinin sədri Fidan Abbaslı, kənd sakinlərindən Xankişi Xankişiyev, Naidə Məmmədova və başqalarının çıxışlarında şəhidin şərəfli həyat və döyüş yolundan danışılıb, xatirələr dilə gətirilib, 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbənin tarixi əhəmiyyətindən bəhs edilib.
       
    Nurlan Əbilovu qayğıkeş, vətənpərvər kimi xarakterizə edən çıxışçılar onun vətənə sevgisindən, işğal olunan torpaqlarımızı tezliklə azad görmək arzusundan danışıblar.
    Çıxışlar zamanı vurğulanıb ki, Vətən müharibəsində qətiyyətli Liderimizin, böyük sərkərdəmizin rəhbərliyi ilə Azərbaycan Ordusunun yenilməz iradəsi, gənclərimizin vətənpərvərliyi, əsgərlərimizin məğlubedilməz əzmi bütün dünyaya nümayiş etdirildi.

    Anım tədbirində məktəblilərin ifasında şəhidlərə ithaf olunmuş seirlər, nəğmələr səslənib.
    Şəhidin layiq görüldüyü “Füzulinin azad olunmasına görə” medalı övladına təqdim edilib.
    Şəhidin həyat yoldaşı Aydan Əbilova ailəyə göstərilən diqqət və qayğıya görə ölkə başçısına, rayon rəhbərliyinə minnətdarlıq edib.
       
    Məlumat üçün bildirək ki, Nurlan Fərrux oğlu Əbilov 2 avqust 1994-cü ildə Masallı rayonunun Şərəfə ərazisinin Ağakişibəyli kəndində anadan olub. Atasını uşaq ikən, anasını isə 23 yaşında itirib. Orta təhsilini aldıqdan sonra Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinə qəbul olub. Anası xəstə olduğuna görə təhsilini donduran Nurlan bu səbəblə diplomunu ala bilməyib. Sonradan,  müharibə zamanı diplomu ailəsinə çatdırılıb. Evin tək övladı olan Nurlan ailəli idi, 5 və 3 yaşlı iki oğlu – Amin və Fərrux yadigar qalıb. 
    2017-ci ilin aprelindən 2018-ci ilin oktyabr ayına qədər Şəmkirdəki “N” saylı hərbi hissədə Sərhəd Qoşunlarının tərkibində xidmət edib. Hərbi xidməti dövründə fəxri fərman və diplomlarla təltif edilib.
    Azərbaycan Ordusunun əsgəri Nurlan Əbilov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub.
    8 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən baş nahiyəsindən ağır yaralanıb, Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib.
    Nurlan Əbilov 19 aprel 2021-ci ildə müalicə aldığı Silahlı Qüvvələrin Baş Klinik Hospitalında şəhid olub. Nəşi Masallı rayonunun Şərəfə kəndində torpağa tapşırılıb.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Nurlan Əbilov “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
      
    Akif VAQİFOĞLU,
    “Yeni həyat”,      
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    2. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    3. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    4. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    5. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    6. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    7. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    8. 12:28 Vətənə xidmətdə keçən ömür
    9. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    14. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    15. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    16. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    18. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    19. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    20. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    21. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    22. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    23. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    24. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    25. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    26. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    27. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    28. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    29. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    30. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    31. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    32. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    33. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    34. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    35. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    36. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    37. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    38. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    39. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    40. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ