• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda 8 Noyabr – Zəfər Günü

    Masallıda 8 Noyabr – Zəfər Günü

    Masallıda 8 Noyabr – Zəfər Günü ilə bağlı möhtəşəm tədbirlər keçirilib

    Noyabrın 8-də Azərbaycanın hər yerində olduğu kimi, Masallıda da 44 günlük Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar 8 Noyabr – Zəfər Günü ilə bağlı möhtəşəm tədbir və şəhərimizin Qəhrəmanlar Parkının açılış mərasimi keçirilib.
    Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX rayon şöbəsinin, YAP rayon təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, ayrı-ayrı yerlərdən gələn qonaqlar, müəllim və məktəblilər, tələbələr, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
     
    Əvvəlcə tədbir iştirakçıları Masallı şəhər Heydər Əliyev Mərkəzinin qarşısında Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzərək əziz xatirəsini böyük məhəbbətlə anmışlar.
     
     Sonra tədbiri giriş sözü ilə açan Masallı RİH başçısı cənab Şahin Məmmədov geniş və məzmunlu nitqində 8 Noyabr-Zəfər Günü barədə ətraflı məlumat verib. Qeyd edib ki, ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin yeni səhifəsinə çevrilmişdir. Qalib Azərbaycan xalqı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək dünyaya gücünü, qüvvətini göstərdi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə noyabrın 8-nin respublikamızda Zəfər Günü kimi təsis edilməsi ölkəmizin həyatında yeni tarixi mərhələnin gözəl günlərə aparan böyük yolun, yeni dövrün başlanğıcıdır. Birinci Qarabağ müharibəsindəki ərazi itkiləri görən xalqımız hər zaman tarixi Zəfərin arzusu ilə yaşayırdı.
      Bu gün böyük qürur və fəxr hissi duyuruq ki, möhkəm təməlləri xalqımızın xilaskarı, Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müasir, müstəqil Azərbaycan Respublikası Ulu Öndərin varisi Prezident İlham Əliyevin çevik siyasəti, müdrik qərarları sayəsində qüdrətli bir dövlətə çevrildi.
      Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, mahir sərkərdəlik bacarığı, şəhidlərimizin canı, qazilərimizin qanı, xalqımızın ölkə rəhbərinin ətrafında dəmir yumruq kimi birləşməsi sayəsində ötən ilin 27 sentyabrından zəfər salnaməmizin yaddaqalan səhifələri yazıldı. Bu gün bura yığışmağımız da həmin yeni tarixin təzahürüdür. Masallı şəhidləri xatirəsinin əbədiləşdirilməsi üçün yenidən qurulan şəhərin Qəhrəmanlar Parkı ən ziyarətgah məkan olacaqdır. Təzə ailə quran gənclər burada çəkilən şəkilləri evlərinin ən görkəmli yerlərindən asacaqlar. Onda şəhidlərimizin ruhu şad olacaqdır. Artıq bu ənənə Masallıda baş vermişdir. Toyları olan iki gənc şəhidlərin məzarını ziyarət edərək səadətə qovuşmuşlar. Bu, Masallılı gənclərdən ən nümunəvi, bəyəniləsi addımdır. Bu addımı hamı bəyənir və alqışlayır. Olduqca qürurvericidir.
      Cənab Şahin Məmmədov 44 günlük Vətən müharibəsində qəhrəman Masallıdan olan oğullarımızın şücaətindən, igidliyindən də ətraflı söhbət açıb. Bildirib ki, əsl ziyarət yeri olan Park-Xiyabanda 247 Masallılı şəhidlərin şəkli, adları, soyadları və atalarının adı yazılıb. -Onlar heç vaxt unudulmayacaqlar. İnsan var ki, 80, 90 il ömür sürür, tez də unudulur. Amma, adları, şəkilləri daşlara həkk olunan şəhidlər nə qədər ki, Azərbaycan Dövləti var unudulmayacaq. Azərbaycan Dövləti də əbədı olacaqdır. Ümummilli liderin layiqli varisi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və qüdrətli ordumuzun qəhrəmanlığı, əzmkarlığı sayəsində ölkəmizin ərazi bütövlüyü təmin edilib, şəhidlərimizin qisası alınıb. Bu şanlı qələbəni bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik. Biz onlara borcluyuq. Bu gün açılışını etdiyimiz Qəhrəmanlar Parkının yaradılmasında əməyi olan vətənpərvər insan, Milli Məclisin deputatı Məşhur Məmmədova, əməyi keçən hər bir kəsə minnətdaram. Sağ olun,-deyə Ş. Məmmədov qeyd edib.
      
    Yeniheyet.az xəbər verir ki, bayram tədbirində çıxış edən Milli Məclisin deputatları Anar İsgəndərov və Məşhur Məmmədov, iki şəhid - aprel döyüşçüsü Nurlanın və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin anası Ziba Əsgərova, Vətən Müharibəsi Qəhrəmanı, əslən Şərəfəli polkovnik-leytenant Ramiz Sübhan oğlu Cəfərovun həyat yoldaşı Sitarə Vaqif qızı Cəfərova, 3-cü dərəcəli "Rəşadət" ordenli Vüsal Məhərrəmovun atası Aslan kişi, şəhid Sübhan Həsənovun atası Rauf Həsənov, iki medallı qazi Elmir Əliyev və başqaları Zəfər Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etmiş, şəhid ata-a naları hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Masallının rayonunun icra başçısına dərin minnətdarlığını bildiriblər.
    Sonra tanınmış aktyor Cəmaləddin Əliyevin rəhbərliyi ilə hazırlanmış məktəbli və tələbələr Vətəni, ölkəmizi, Ali Baş Komandanı, şəhidlərimizi vəsf edən ədəbi kompozisiya təqdim edib, qəhrəmanlıq şeirləri səsləndiriblər.
    Böyük coşqu ilə keçən tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov şəhidlərə dualar edib.
    Sonra insanlar dəstə-dəstə axınla, növbə ilə gəlib Masallı şəhərindəki açılışı olan Qəhrəmanlar Parkında 247 şəhidin, Azərbaycan Milli Qəhrəmanlarının və Vətən Müharibəsi Qəhrəmanlarının büstünü ziyarət ediblər. Bütün şəhidlər təzə qərənfillər, təzə güllər dənizinə bürünüblər. Qısa payız günləri olmasına baxmayaraq şəhidlərin ruhuna ehtiram və məhəbbət Zəfər Günündə axşam saatlarınadək davam edib.
     
    Bayram tədbiri Respublikanın əməkdar artisti Səidə Şərifəliyeva, tanınmış ifaçı Rövşən Əziz, “Azərbaycanın səsi” yarışmasının qaliblərindən Nəzakət Veysəlova, “Xalq ulduzu” yarışmasının qaliblərindən Xəyalə Qafarzadə, Azərbaycan televiziya rejissoru və aktyoru Elçin Məmiyev, Masallı rayon Mədəniyyət Mərkəzinin solistləri Atamoğlan Zahid, Miriş Hüseynov, Şamo İbayev, "Halay" folklor qrupunun, Gündüz Babayevin rəhbərlik etdiyi “Qarabağ Ritm Qrupu”nun və digərlərinin iştirakı ilə keçirilən konsert proqramı ilə davam edib, xalqımızın qələbə sevincini əks etdirən atəşfəşanlıqla yekunlaşıb.

    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ