• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda Avropa çempionu, beynəlxalq dərəcəli idman ustası Əli Əliyevlə görüş keçirilib

    Masallıda Avropa çempionu, beynəlxalq dərəcəli idman ustası Əli Əliyevlə görüş keçirilib

    Masallıda Avropa çempionu, beynəlxalq dərəcəli idman ustası Əli Əliyevlə görüş keçirilib
     
    Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin “Çempionumuz” adlı birgə sosial idman layihəsi çərçivəsində Masallı rayonunda Yunan-Roma güləşi üzrə SSRİ və Avropa çempionu, beynəlxalq dərəcəli idman ustası, respublikanın Əməkdar məşqçisi Əli Əliyevlə görüş keçirilib.
    Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdən əvvəl Masallı şəhər Qəhrəmanlar Parkındakı Şəhidlər abidə-kompleksi ziyarət olunub, şəhidlərimizin xatirəsi ehtiramla anılıb.
    Noyabrın 24-də, şəhid Zahir Nəcəfov adına Ərkivan qəsəbə 2 saylı tam orta məktəbində təşkil olunan görüşdə məktəbin müəllim və şagirdləri ilə yanaşı rayon gənclər və idman idarəsinin əməkdaşları, idmançılar, media nümayəndələri iştirak ediblər.
    Tədbir respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
    Sonra Əli Əliyevin beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edən videoçarx izlənilib.
    Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov ölkəmizdə Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən idmana göstərilən dövlət qayğısından geniş söz açaraq, “Çempionumuz” sosial idman layihəsinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliğində, o cümlədən nailiyyət qazanmış idmançılarla tanışlıq, idman sahəsində maarifləndirmə işlərinin genişləndirilməsində xüsusi önəminin olduğunu vurğulayıb.
    Beynəlxalq dərəcəli idman ustası, respublikanın Əməkdar məşqçisi Əli Əliyev şagirdlərə peşəkar idmançı olmağın sirlərindən, idmanın insan sağlamlığındakı rolundan, bu sahədə qazandığı təcrübədən, keçdiyi həyat yolu, çətinlikləri və nailiyyətləri barədə danışıb, cənub bölgəsinin güləş rəmzinə, pəhləvanlıq etalonuna dönmüş unudulmaz məşqçisi Nadir Ağayevi xoş xatirələrlə yada salıb.
    Ə.Əliyev məktəbliləri maraqlandıran sualları cavablandırıb, onlara tövsiyələrini verib.
    “Yeni həyat” (Masallı) qəzetinin əməkdaşı, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü Akif Ağayev, “Asiya.az” xəbər portalının rəhbəri Cəfər Cəfərov, Əməkdar məşqçi Səyədulla Əkbərov, məktəbin müəllimləri Ədalət Cahangirov, Yadigar Cəlalov çıxışlarında 19 yaşında Avropa çempionu tituluna sahiblənən Əli Əliyev haqqında xoş təəssüratlarını bölüşüb, onun keçdiyi şərəfli idman yolundan bəhs ediblər.
    Natiqlər qeyd ediblər ki, adı Azərbaycan güləşinin təşəkkülü və inkişafı ilə qırılmaz sürətdə bağlı olan Nadir Ağayevdən Əli Əliyev kimi elə qiymətli yadigarlar qalıb ki, bizə və Vətənimizə həmişə başucalığı gətirəcək.
    Bildirilib ki, Əli Müslüm oğlu Əliyev 10 oktyabr 1957-ci ildə Masallı rayonunun Ərkivan kəndində (Qızlaküçə) anadan olub.
    O, 1973-cü ildə Bağlakücə kənd səkkizillik məktəbini bitirib. Sonra təhsilini Respublika İdman təmayullü orta ümumtəhsil internat məktəbində davam etdirib. 1976-1978-ci illərdə hərbi xidmətdə olub. 1982-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib.
    Ə.Əliyev ilk məşqlərə 1969-cu ildə, tanınmış pəhləvan, Azərbaycanın Əməkdar məşqçisi Nadir Ağayevin (1935-1985) yanında başlayıb. Əlinin qələbələr silsiləsini əfsanəvi mərhum məşqçisinin fəaliyyətinin ən böyük uğurlarından saymaq olar.
    İlk böyük uğuruna 1974-cü ildə imza atan Əli Əliyev məktəblilərin Ümumittifaq Spartakiadasında üçüncü yerə sahiblənib. Yarışdan-yarışa daha inamla çıxış edən gənc pəhləvan elə həmin il İtaliyanın Faenço şəhərində keçirilən beynəlxalq turnirin qızıl mükafatını qazanıb. 1975-ci ildə Ukraynanın Zaparojye şəhərində SSRİ kubokunun (beş görüşü udub) sahibi olub. 1976-cı ildə gənclər arasında SSRİ və Avropa çempionu (Polşa, Poznan şəhəri) adını qazanıb. 1977-ci ildə ABŞ-da (Las-Veqasda) keçirilən dünya çempionatının bürünc medalçısı olmaqla güləş karyerasının ən yüksək pilləsinə qalxıb. Gənc atlet 1979-cu ildə SSRİ xalqlarının VII Spartakiadasında (57 kiloqram çəki dərəcəsində) dördüncü, 1982-ci ildə SSRİ çempionatında (Zaporojye şəhərində) ikinci yerin sahibi kimi güləş həvəskarlarının yaddaşında qalıb.
    Əli Əliyev uzun müddət Daxili İşlər Nazirliyinin “Dinamo” İdman Cəmiyyətində məşqçi-müəllim işləyib. Hazırda təqaüddədir. Ehtiyatda olan polis podpolkovnik-leytenantıdır. Yetirmələri arasında Avropa çempionları, dünya, olimpiya mükafatçıları var.
    Ailəlidir, 3 övladı, 4 nəvəsi var. Onun yolunu davam etdirən övladları Rüstəm və Fuad beynəlxalq aləmdə Vətənimizin idman şərəfini layiqincə qoruyublar. Hər ikisi Yunan-Roma güləşi üzrə idman ustasıdır. Dəfələrlə respublika çempionu olmuş Rüstəm beynəlxalq turnirlərin mükafatçısı, Dünya kubokunun sahibidir. Fuad isə Avropa və Dünya birinciliklərinin mükafatçısıdır. Hər ikisi Azərbaycan Respublikasının daxili işlər orqanlarında çalışır.
     
    Tədbirin yekununda Əli Əliyev ustad məşqçisi Nadir Ağayev haqqında jurnalist-publisist Akif Ağayevin qələmə aldığı “Pəhləvanın salnaməsi” kitabını imzalayaraq məktəblilərə təqdim edib, onlarla xatirə şəkilləri çəkdirib.
     
    Akif VAQİFOĞLU,
    “Yeni həyat”,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:22 Masallıda “Aşura günü” qanvermə aksiyası təşkil olundu
    2. 12:07 Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunur
    3. 23:30 İki ölkə arasındakı münasibətlərin strateji və müttəfiqlik xarakteri  
    4. 17:23 Azərbaycan və Özbəkistan dövlətləri arasında imzalanmış sənədlər mühüm əhəmiyyət kəsb edir                   
    5. 12:45 Masallıda barama tədarükü yekunlaşdı
    6. 12:40 Masallıda Məhərrəm ayı ilə əlaqədar dəyirmi masa
    7. 12:37 Masallıda rayon rəhbərinin 03 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    8. 23:30 Azərbaycan–Özbəkistan münasibətləri: ortaq dəyərlər zəminində yüksələn strateji tərəfdaşlıq
    9. 17:04 Ziyalı işığında                                                                              
    10. 17:01 Masallının Qızılavar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 02.07.2025
    11. 16:59 Masallının Qızılavar kəndində 02 iyul 2025-ci il tarixdə səyyar qəbul
    12. 16:51 Masallıda Azərbaycan polisinin yaranmasının 107 illiyi qeyd olundu
    13. 17:07 Mahmudavar kəndində şəhid Ehtiram Abbasov adına küçəyə asfalt örtüyü döşənmişdir
    14. 17:05 Rayon rəhbəri şəhid anasını doğum günü münasibəti ilə evində ziyarət etdi
    15. 16:00 İyulun 4-də Baş prokuror Yardımlı rayonunda vətəndaşları qəbul edəcək
    16. 17:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-30 iyun 2025-ci il
    17. 17:28 Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    18. 17:27 Masallının yollarında təmir işləri davam etdirilir 01-30 iyun 2025
    19. 17:25 Masallıda abadlıq və xeyriyyə işləri 01-30 iyun 2025
    20. 12:40 Masallıda 2025-cü ilin iyul ayına olan səyyar-görüş qəbulları barədə
    21. 09:39 Strateji tərəfdaşlıq əlaqələri
    22. 23:30 “8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir  
    23. 23:30 Elektrik enerjisində stratejik əməkdaşlıq
    24. 18:16 Masallının Çaxırlı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 25.06.2025
    25. 18:14 Masallının Çaxırlı kəndində 25 iyun 2025-ci il tarixdə səyyar qəbul
    26. 18:08 Masallı rayon İcra Hakimiyyətinə 4 yeni təyinat
    27. 12:49 Sığdaş kəndində ziyarətgah yolu cari təmir olundu
    28. 08:41 Azərbaycan əsgərinin vətənpərvərlik ruhu  
    29. 08:37 Mütəşəkkil ordu böyük tarixi xidmətlərdən biridir
    30. 23:30 H.Əliyev və  ordu quruculuğu   
    31. 20:06 Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri
    32. 20:02 Masallıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
    33. 19:56 Qalıb Azərbaycan Ordusu
    34. 17:38 Rayon rəhbəri Xəstəxanada şəhid atasını ziyarət etdi
    35. 17:35 Masallının Dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzdülər
    36. 17:29 Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir
    37. 11:29 ŞANLI AZƏRBAYCAN ORDUSU
    38. 11:24 Masallıda dövlət qulluqçularının sayı açıqlanıb - STATİSTİKA
    39. 23:30 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvələri Günüdür
    40. 23:30 Azərbaycan ordusu qələbənin, sülhün və suverenliyin dayağıdır
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ