Üç Masallı güləşçisi Lənkəran açıq birinciliyinin çempionu olub
- 28-04-2019, 13:06
- İdman
- 0
- 1 362
Üç Masallı güləşçisi Lənkəran açıq birinciliyinin çempionu olub
Lənkəran Olimpiya İdman Kompleksində Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş 2004-2009-cu il təvəllüdlü idmançılar arasında yunan-Roma güləşi üzrə Lənkəran şəhər açıq birinciliyi başa çatıb.
İki gün (25-26 aprel) davam edən yarışlar Azərbaycan Güləş Federasiyasının hakimləri tərəfindən idarə olunub.
İdman tədbirinin keçirilməsində məqsəd torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək, vətənə məhəbbət hissinin təbliği, yeniyetmələr arasında yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaqdır.
Açıq birinciliyə Bakı və Lənkəran şəhərlərinin, Abşeron, Cəlilabad, Lerik, Masallı və Zəngilan rayonlarının komandalarının tərkibində 300 idmançı qatılıb. Yunan-romaçılar 8 çəki dərəcəsində mübarizə aparıblar.
Turnirə 6 nəfərlik heyətlə qatılan Masallı komandasının üç pəhləvanı fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa müvəffəq olub. Rayon gənclər və idman idarəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Qismət Əkbərovdan aldığımız məlumata görə yeniyetmə idmançılarımızdan Əmrah Əmrahov (35 kq), Rəvan Həşimzadə (38 kq) və Mirşəhadət Əzizov (57 kq) açıq birinciliyin çempionu adını qazanıblar.
Qaliblər Lənkəran şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunub.
A K İ F,
“Yeni həyat”,
www.yeniheyet.az