• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Şəhid Elgün Mikayıllının xatirəsinə abidə-bulaq kompleksi tikilib

    Şəhid Elgün Mikayıllının xatirəsinə abidə-bulaq kompleksi tikilib


    Masallının Xıl kəndində abidə-bulaq kompleksinin açılışı olub
     
    Noyabrın 24-də Masallı rayonunun Xıl kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Elgün Mikayıllının xatirəsinə tikilən abidə-bulaq kompleksinin açılışı olub.
    Açılış mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX rayon şöbəsinin əməkdaşları, YAP rayon təşkilatının fəalları, şəhid ailələri, qazilər, qonaqlar, kənd sakinləri iştirak ediblər.
     
    Abidə-bulaq kompleksinin açılış mərasimində şəhid Elgün Mikayıllının qısa, lakin şərəfli ömür yolu barədə xatirələr bölüşülüb, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərlikdən danışılıb, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunan torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğu vurğulanıb.
    RİH başçısı Şahin Məmmədov Elgünlərin qələbəsindən danışıb, onların Azərbaycan tarixində adlarının əbədi qalacaqlarını diqqətə çatdıraraq, Azərbaycan respublikasının əbədi olacağını qeyd edib.
     
    Mərasimdə Xıl kənd tam orta məktəbinin şagirdləri ədəbi-bədii kompozisiya nümayiş ediblər.
    Şəhidin atası Aqil bulağın inşa edilməsində əməyi olan hər kəsə öz təşəkkürünü bildirib:
    -Biz məğrur dövlətin vətəndaşlarıyıq. Necə ki, Ali Baş Komandan möhtərəm İlham Əliyev keçən ilin sentyabrın 27-də əmr verdi ki, gedin torpağınınzı azad edin, biz Zəfəri onda qazandıq. Bizə göstərilən hər bir diqqət və qayğıya görə, abidə-bulaq kompleksinin tikintisində əməyi olan şəxslərə minnətdarlıq edirəm.

    Qeyd edək ki, Elgün Aqil oğlu Mikayıllı 13 may 2001-ci ildə Masallı rayonunun Xıl kəndində anadan olub.
    2007-2018-cü illərdə Əli bəy Bəylərbəyov adına Xıl kənd tam orta məktəbində təhsil alıb.
    2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
    Yeniheyet.az xəbər verir ki, Azərbaycan Ordusunun əsgəri Elgün Mikayıllı 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə döyüşüb. İgid döyüşçü oktyabrın 14-də Füzuli istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.
    Xıl kənd qəbiristanında dəfn edilib.
    Subay idi...
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və «Füzulinin azad olunmasına görə» medalları ilə təltif olunub.

    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:07 Mahmudavar kəndində şəhid Ehtiram Abbasov adına küçəyə asfalt örtüyü döşənmişdir
    2. 17:05 Rayon rəhbəri şəhid anasını doğum günü münasibəti ilə evində ziyarət etdi
    3. 16:00 İyulun 4-də Baş prokuror Yardımlı rayonunda vətəndaşları qəbul edəcək
    4. 17:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-30 iyun 2025-ci il
    5. 17:28 Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    6. 17:27 Masallının yollarında təmir işləri davam etdirilir 01-30 iyun 2025
    7. 17:25 Masallıda abadlıq və xeyriyyə işləri 01-30 iyun 2025
    8. 12:40 Masallıda 2025-cü ilin iyul ayına olan səyyar-görüş qəbulları barədə
    9. 09:39 Strateji tərəfdaşlıq əlaqələri
    10. 23:30 “8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir  
    11. 23:30 Elektrik enerjisində stratejik əməkdaşlıq
    12. 18:16 Masallının Çaxırlı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 25.06.2025
    13. 18:14 Masallının Çaxırlı kəndində 25 iyun 2025-ci il tarixdə səyyar qəbul
    14. 18:08 Masallı rayon İcra Hakimiyyətinə 4 yeni təyinat
    15. 12:49 Sığdaş kəndində ziyarətgah yolu cari təmir olundu
    16. 08:41 Azərbaycan əsgərinin vətənpərvərlik ruhu  
    17. 08:37 Mütəşəkkil ordu böyük tarixi xidmətlərdən biridir
    18. 23:30 H.Əliyev və  ordu quruculuğu   
    19. 20:06 Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri
    20. 20:02 Masallıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
    21. 19:56 Qalıb Azərbaycan Ordusu
    22. 17:38 Rayon rəhbəri Xəstəxanada şəhid atasını ziyarət etdi
    23. 17:35 Masallının Dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzdülər
    24. 17:29 Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir
    25. 11:29 ŞANLI AZƏRBAYCAN ORDUSU
    26. 11:24 Masallıda dövlət qulluqçularının sayı açıqlanıb - STATİSTİKA
    27. 23:30 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvələri Günüdür
    28. 23:30 Azərbaycan ordusu qələbənin, sülhün və suverenliyin dayağıdır
    29. 16:07 Masallı rayon İcra Hakimiyyətinin şöbə müdiri medalla təltif olundu
    30. 10:00 Peşəkar ordumuz
    31. 23:30 Güclü Ordu-Güclü Dövlətin təməlidir
    32. 21:16 Azərbaycan dövlətinin gücü və qüdəti daha da möhkəmlənir
    33. 21:11 Vətənə layiqincə xidmət edən Azərbaycan ordusu!
    34. 21:04 PEŞAKAR AZƏRBAYCAN ORDUSU
    35. 19:02 Ələşrəf Niftiyev 80
    36. 17:26 Masallıda rayon rəhbərinin 19 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    37. 19:01 Masallının Göyəçöl kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    38. 18:59 Masallının Göyəçöl kəndində 18 iyun 2025-ci il tarixdə səyyar qəbul
    39. 16:54 Masallıda şəhid Zeynal Şahhüseynlinin şəhadətinin 4-cü ildönümü anıldı
    40. 16:52 Rayon rəhbəri Böyük Kolatan kəndində I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ