• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda şəhid Məmmədağa Bağırovun anım mərasimi

    Masallıda şəhid Məmmədağa Bağırovun anım mərasimi

    Masallıda şəhid Məmmədağa Bağırovun anım mərasimi 

    Noyabrın 24-də Masallı rayonunun Xoşçobanlı kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Məmmədağa Həsənağa oğlu Bağırovun il mərasimi təşkil edilmişdir.
    Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, kənd sakinləri və başqaları iştirak etmişlər.
    Mərasimdə Azərbaycan və Türkiyə dövlətinin bayrağı, Masallıdan olan Vətən şəhidlərinin portretləri asılmışdır.
    İcra başçısı Ş.Məmmədov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, şəhid əsgər Məmmədağa Həsənağa oğlu və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığından söhbət açaraq bildirmişdir ki, Məmmədağa kimi oğullar bizə əyilən vüqarımızı qaytarmışlar. Məmmədağa, təkcə Həsənağanın yox, hamının övladıdır. Onun kədəri bu kəndin, bu obanın, hamımızın kədəridir. Bizə Qələbə sevincini yaşadan şəhidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Allah Məmmədağa balamıza, bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.
    Yeniheyet.az xəbər verir ki, Ş.Məmmədov həmçinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində yanımızda olan, bizə dost, dəstək və düşmən olan ölkələr haqqında danışmışdır.
    Masallı rayonunun icra başçısı Ş.Məmmədov demişdir ki, gözəl-göyçək, nur üzlü Məmmədağalar bizə cəsarət nümayiş etdirdilər. Onlar qısa ömür sürdülər, amma şərəflə yaşadılar. Qürurumuzu qaytardılar. Vətən müharibəsində bizə dəstək olan dövlətlər olub. Allah həmin dövlətlərin bayrağını ucadan-uca eləsin. Dünya o qədər də ədalətli deyil. Qələbəmizi qəbul etməyən ölkələr də var. Buna cavab olaraq Azərbaycan Prezidenti, möhtərəm Ali Baş Komandan İlham Əliyev keçən ayın, oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldarkən dediyi: «Bu sözləri deməklə, təkcə öz çirkin ağzını açaraq cəfəng sözləri deyən, naftalin qoxusu verən bir ünsürə cavab vermirəm. Bütün Ermənistanda onun kimilərə, bütün revanşist hisslərlə yaşayanlara müraciət edirəm - ağlınızı yığın başınıza. Dəmir yumruq buradadır, heç yerə getməyib, yerindədir. Bizi əsəbiləşdirməyin, özünüzü yaxşı aparın. Özünüzü yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz.
    Bu gün Suqovuşanda və Talış kəndində olarkən bir daha xalqımızın, Silahlı Qüvvələrimizin qəhrəmanlığını görürəm. Buraya gələn hər kəs bunu görür və görəcək. Çünki bu yerləri işğaldan azad etmək, ölümə getmək, bax, xalqımızın böyüklüyünü göstərir.
    Bu gün hər iki kənddə Dövlət bayrağını ucaldaraq şəhidlərimizin əziz xatirəsinə bir daha ehtiramımı bildirirəm. Azərbaycan xalqına da təşəkkürümü bildirirəm ki, müharibə dövründə bir yumruq kimi birləşib orduya dayaq oldu, mənə arxa oldu və biz bunun hesabına düşmənin başını əzdik, Qələbə çaldıq. Bundan sonra qalib xalq və müzəffər ölkə kimi əbədi yaşayacağıq.
    Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!» sözlərini unutmaq olmaz.
    -Allah möhtərəm Prezidentimizi, ailəsini, Masallımızı, masallıları qorusun. Komandamla birlikdə şəhidlərin bütün hüzr məclislərində iştirak etmişəm, onlara mənəvi dəstək olmağa çalıçmışam. Bugünkü 39-cu il mərasimidir. Biz şəhidləri unutsaq-unudularıq. Azərbaycan torpağı mənə anam qədər əzizdir, müqəddəsdir. Ali Baş Komandanın rəhbərliyi altında 30 ildə düşmən tapdağında olan Ana Vətəni, Ana Torpağı geri alıblar şəhidlər... Məmmədağalar qürurumuzu qaytardılar. Onların atalarının üzündən, analarının, xanımlarının alnından öpüləsidir. Həsənağa kimi kişilərin övladları daim ürəklərdə yaşayacaqlar. Onlar özlərini şəhidlərinin adlarına xəlil gətirəcək heç bir artıq hərəkət etmədilər. Mən bütün masallılardan razıyam. Onlar hamısı böyük-kiçik yerini bilən insanlardır,-deyə Masallı RİH başçısı geniş və məzmunlu nitqində qeyd etmişdir.
    Bildirək ki, şəhid əsgər Məmmədağa Həsənağa oğlu Bağırov 2 dekabr 1997-ci ildə Masallı rayonunun Xoşçobanlı kəndində dünyaya göz açmışdır.
    2004-cü ildə şəhid Rasim Əliyev adına Mollahəsənli kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur.
    2015-ci ildə həmin məktəbin onbirinci sinfini bitirmişdir.
    Sonra çağırışçı kimi 2016-cı ilin yanvar ayında Masallı rayon hərbi komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır.
    2017-ci ilin iyul ayında həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissəsində başa çatdırmışdır.
    Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Məmmədağa Bağırov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşüb. Şuşa ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
    24 noyabr 2020-ci il tarixində böyüyb boy atdığı Masallı rayonunun Xoşçobanlı kənd qəbiristanında izdihamla torpağa tapşırılmışdır.
    Subay idi...
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Məmmədağa Həsənağa oğlu Bağırov ölümündən sonra «Vətən uğrunda», «Cəbrayılın azad olunmasına görə» və «Füzulunun azad olunmasına görə», «Xocavəndin azad olunmasına görə» və «Şuşanın azad olunmasına görə» medalları ilə təltif edilmişdir.
    Şəhid əsgər Məmmədağa Həsənağa oğlu Bağırovun ailəsi, kənd camaatı, qazilər hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Masallı Rayon İcra Hakimiyyətinin başçısına dərin minnətdarlığını bildirmişdir.
    Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Ağa Rəşid Talıbov, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Məftun Hüseynov və başqaları “Qurani-Kərim”dən ayələr oxuyub, ölkə başçımıza, ölkəmizə, millətimizə dualar etmişlər.
    Sonra mərasim iştirakçıları qəbiristanlıqda şəhid əsgər Məmmədağa Həsənağa oğlu Bağırovun məzarını ziyarət etmişlər.
    Şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə qərənfillər düzülmüşdür.
    Çıxışlarda şəhid barədə xatirələr danışılmış, Məmmədağanın heç vədə unudulmayacağı, daim ürəklərdə yaşayacağı bildirilmişdir.

    www.yeniheyet.az
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ