• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Müstəqillik tariximizin 20 Yanvar faciəsi

    Müstəqillik tariximizin 20 Yanvar faciəsi

    Müstəqillik tariximizin 20 Yanvar faciəsi

                 20 Yanvar faciəsi Kremlin Azərbaycan xalqını cəzalandırmaq üçün törətdiyi qətliamlardan biridir. Azərbaycanda geri gönüşü olmayan müstəqillik hərəkatını beşiyindəcə boğmaq niyyəti ilə təpədən dırnağa qədər silahlanmış cinayətkar, qəsbkar ordunu silahsız insanların üzərinə göndərmək, onları Bakıda və ölkəmizin digər şəhərlərində amansızcasına qətlə yetirmək imperiyanın vəhşi üsullarından biri kimi təqdim olunmalıdır. Bəli, bunu dağılmaqda olan Sovetlər birliyinin ordusu, SSRİ Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları və xüsusən də erməni başkəsənlərindən ibarət dəstələr törətmişdilər. Onların bir məqsədi vardı, Ermənistanın və dünya ermənilərinin arxasında duran güclərin Qarabağın dağlıq hissəsini, daha dəqiq desək, keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin inzibati ərazisini Azərbaycandan qoparmaq üçün başlatdıqları kampaniyaya etiraz edənləri susdurmaq, xalqımızın müstəqillik ruhunu sındırmaq, Azərbaycanı bir dövlət kimi yer üzündən silmək. Amma, sovet ordusunun əli ilə qanlı cinayət törədənlər xalqın mübarizə rununu heç vaxt sındıra bilməyəcəklərini anlaya bilmədilər.
                 20 Yanvar qətliamı Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.
                  Bu faciəni həm də siyasi maraqlar naminə Azərbaycan xalqına qarşı törədilmiş cinayət adlandırmaq olar. O dövrdə hakimiyyətdə olanların xalqın maraqlarından çıxış etməməsi, bir başqa qrupun hakimiyyətdən pay ummaq siyasəti, müxalifətin isə hakimiyyətə gəlmək üçün qurduğu oyunlar kənar qüvvələrin ölkəmizə ayaq açmasına geniş imkanlar qazandırmışdı. Hər qrup öz şəxsi və kollektiv maraqlarından çıxış edirdi və bu da xalqımızın müstəqillik arzularının həyata keçməsində böyük əngəl idi. Xalq milli maraqlara zidd addımlar atan Azərbaycanın o zamankı rəhbərlərinin istefasını tələb edirdi. Mərkəzi hakimiyyət – Kreml isə proletariat diktaturasının hakim olduğu ölkə statusunu unudaraq xalqın tələbini rədd etdi və xalqın qətiyyətlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxdığına görə Azərbaycanı cəzalandırdı, Qanlı Yanvar qırğınını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Dinc və əliyalın əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutuldu, kütləvi qətllər törədildi. Sovet ordusunun xüsusi təyinatlıları və və çoxlu sayda daxili qoşun birləşmələri Bakını ələ keçirmək üçün xüsusi qəddarlıq nümayiş etdirdilər. Bunu da tətbiq edilməmiş “fövqəladə vəziyyət” şəraitində törətdilər, bu barədə əhali xəbərdar edilməmişdi
                   Bu hadisəni əvvəlcədən planlaşdırılmış hərbi cinayət də adlandırmaq olar. SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabitinin Bakı şəhərinə gətirməsi, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirilməşi, ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantların da cəlb edilməsi Kremlin iyrənc, qəddar niyyətindən xəbər verirdi. 150-yə yaxın azərbaycanlının ölümü, 800-ə yaxın insanın açılan güllələrdən müxtəlif dərəcəli yara alması fövqəladə vəziyyət elan olunanadək baş vermişdi. Halbuki, bu, “Mülki və siyasi hüquqlar haqqında” 1966-cı il Beynəlxalq Aktın birinci bəndinə zidd idi. Bakıya qoşun yanvarın 19-da saat 21-də yeridilmişdi, fövqəladə vəziyyət isə yanvarın 20-də tətbiq edilmişdi. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmişdilər. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdü.
                    Azərbaycanın siyasi rəhbərliyi bu faciədən sonra nəinki istefaya getmədi, hətta belə bir məqamda susmağı daha üstün tutdu. 20 Yanvar hadisələri ilə əlaqədar ilk rəsmi etiraz isə o vaxt Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirildi. Heydər Əliyev təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edərək Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.
                   
    Cəmilə İmanova,
    Masallı rayonu, Göyəçöl kənd sakiniшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:22 Masallıda “Aşura günü” qanvermə aksiyası təşkil olundu
    2. 12:07 Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunur
    3. 23:30 İki ölkə arasındakı münasibətlərin strateji və müttəfiqlik xarakteri  
    4. 17:23 Azərbaycan və Özbəkistan dövlətləri arasında imzalanmış sənədlər mühüm əhəmiyyət kəsb edir                   
    5. 12:45 Masallıda barama tədarükü yekunlaşdı
    6. 12:40 Masallıda Məhərrəm ayı ilə əlaqədar dəyirmi masa
    7. 12:37 Masallıda rayon rəhbərinin 03 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    8. 23:30 Azərbaycan–Özbəkistan münasibətləri: ortaq dəyərlər zəminində yüksələn strateji tərəfdaşlıq
    9. 17:04 Ziyalı işığında                                                                              
    10. 17:01 Masallının Qızılavar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 02.07.2025
    11. 16:59 Masallının Qızılavar kəndində 02 iyul 2025-ci il tarixdə səyyar qəbul
    12. 16:51 Masallıda Azərbaycan polisinin yaranmasının 107 illiyi qeyd olundu
    13. 17:07 Mahmudavar kəndində şəhid Ehtiram Abbasov adına küçəyə asfalt örtüyü döşənmişdir
    14. 17:05 Rayon rəhbəri şəhid anasını doğum günü münasibəti ilə evində ziyarət etdi
    15. 16:00 İyulun 4-də Baş prokuror Yardımlı rayonunda vətəndaşları qəbul edəcək
    16. 17:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-30 iyun 2025-ci il
    17. 17:28 Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    18. 17:27 Masallının yollarında təmir işləri davam etdirilir 01-30 iyun 2025
    19. 17:25 Masallıda abadlıq və xeyriyyə işləri 01-30 iyun 2025
    20. 12:40 Masallıda 2025-cü ilin iyul ayına olan səyyar-görüş qəbulları barədə
    21. 09:39 Strateji tərəfdaşlıq əlaqələri
    22. 23:30 “8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir  
    23. 23:30 Elektrik enerjisində stratejik əməkdaşlıq
    24. 18:16 Masallının Çaxırlı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 25.06.2025
    25. 18:14 Masallının Çaxırlı kəndində 25 iyun 2025-ci il tarixdə səyyar qəbul
    26. 18:08 Masallı rayon İcra Hakimiyyətinə 4 yeni təyinat
    27. 12:49 Sığdaş kəndində ziyarətgah yolu cari təmir olundu
    28. 08:41 Azərbaycan əsgərinin vətənpərvərlik ruhu  
    29. 08:37 Mütəşəkkil ordu böyük tarixi xidmətlərdən biridir
    30. 23:30 H.Əliyev və  ordu quruculuğu   
    31. 20:06 Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri
    32. 20:02 Masallıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
    33. 19:56 Qalıb Azərbaycan Ordusu
    34. 17:38 Rayon rəhbəri Xəstəxanada şəhid atasını ziyarət etdi
    35. 17:35 Masallının Dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzdülər
    36. 17:29 Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir
    37. 11:29 ŞANLI AZƏRBAYCAN ORDUSU
    38. 11:24 Masallıda dövlət qulluqçularının sayı açıqlanıb - STATİSTİKA
    39. 23:30 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvələri Günüdür
    40. 23:30 Azərbaycan ordusu qələbənin, sülhün və suverenliyin dayağıdır
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ