Masallıda “Dini radikalizimə qarşı mübarizə” mövzusunda konfrans
Masallıda “Dini radikalizimə qarşı mübarizə” mövzusunda konfrans keçirilmişdir.
18 fevral 2022-ci il tarixdə “Masallı Gənclər evi” sosial xidmət müəssisəsində Masallı rayon Gənclər və İdman İdarəsinin və “Masallı Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı və Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölşəsi üzrə şöbəsinin və Masallı Dövlət Regional Kollecinin iştrakı ilə dini ekstremizm və ayrı-seçkilik çağırışlarına qarşı gəncləri səfərbər edən ,onlar arasında milli-dini dözümlülük , sülhsevərlik dəyərlərinin təbliği istiqamətində “Dini radikalizimə qarşı mübarizə” mövzusunda konfrans keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları Vətənimizin ərazi bütövlüyü uğrunda və Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir
Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək mövzunun aktuallığını qeyd edərək, gənclərlə bu səpkili görüşlərin keçirilməsinin çox böyük əhəmiyyətə malik olduğunu və bu mövzuda cəmiyyətimizin, xüsusilə, gənclərin radikal təsirlərdən qorunmasında vətəndaşlarımızın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd etmişdir.
Tədbirdə Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli məruzə ilə çıxış edərək dini radikalizmi doğuran səbəblərdən, İslam dünyasında baş verən proseslərdən danışıb. O, bildirib ki, radikalizmi doğuran başlıca səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq və yanlış yönləndirilmədir. İslam dini haqqında bilgiləri zəif olan insanların radikal cərəyanlara, qruplara cəlb edilməsi daha asan olur. Ona görə də dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir.Elvin Hüseynov qeyd edib ki, radikalizmlə mübarizədə hər bir Azərbaycan vətəndaşı, xüsusilə də gənclər fəal iştirak etməli və bu prosesə öz töhfəsini verməlidirlər.
Tədbirdə Masallı Dövlət Regional Kollecinin tələbəsi Sevinc Məmmədli çıxış edərək xalqımızın milli maraqlarına real və potensial təhlükə mənbəyi olan dini radikalizmi təbliğ edən cərəyanlarla mübarizə aparılması, yeniyetmə və gənclərin zərərli dini ideologiyaların təsiri altına düşməsinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsinin vacib olduğunu bildirdi.
Sonda Gənclərlə iş sahəsində keçirilən tədbirlərdə gənclərin maarifləndirilməsində göstərdiyi köməyə görə Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli Masallı rayon Gənclər və İdman İdarısi tərəfindən fəxri fərmanla təltif edildi.