• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı Ağ Şəhər”də görülən işlərlə tanış olub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı Ağ Şəhər”də görülən işlərlə tanış olub


     
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı Ağ Şəhər”də görülən işlərlə tanış olub


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də Xaqani Rüstəmov küçəsinin, bu küçənin üzərində yerləşən dairə və dördçıxışlı piyada keçidinin açılışında, yeni salınmış parkın, inşası və abadlığı başa çatan məhəllələrin təqdimat mərasimində iştirak ediblər.
    Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə paytaxtdakı “Qara şəhər” öz yerini əzəmətli “Bakı Ağ Şəhər”ə verməkdədir. Prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində bu mükəmməl layihə reallığa çevrilir, miqyası və keyfiyyətinə görə diqqəti cəlb edir. “Bakı Ağ Şəhər”də böyük həcmdə tikinti-quraşdırma və abadlıq işləri görülüb, neft tullantıları ilə çirklənmiş sahələrin təmizlənməsi yekunlaşıb.
    Müxtəlif memarlıq üslublarını, ekoloji məsələləri və “Bakı Ağ Şəhər”in paytaxtın digər hissələri ilə üzvi şəkildə qovuşmasını ehtiva edən layihənin reallaşması sırf peşəkarlara etibar edilib. Burada mükəmməl infrastruktur yaradılır. Yeni yollar, səkilər salınarkən onların ən müasir standartlara maksimum cavab verməsi, əhalinin rahatlığı, təhlükəsizliyi xüsusi diqqət mərkəzində saxlanılır. “Bakı Ağ Şəhər”in tikintisi və burada infrastrukturun yaradılması zamanı dövlətimizin başçısının tapşırıqlarına əsasən kompleks iş aparılır, bütün mövcud tələblər və gələcək inkişaf nəzərə alınır. Yerli şirkətlərlə yanaşı, dünya şöhrətli iqtisadi qurumlar da bu layihəyə cəlb edilib. “Bakı Ağ Şəhər” nəinki respublikamızda, eləcə də beynəlxalq səviyyədə tanınan layihədir. Ötən müddətdə bu layihə beynəlxalq səviyyədə bir sıra yüksək mükafatlara layiq görülüb. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq “Bakı Ağ Şəhər”də ekoloji problemlərin həlli ən başlıca prioritetlərdən biridir. Hazırda “Bakı Ağ Şəhər” nəhəng tikinti meydançasını xatırladır. Burada milli memarlıq ənənələri ilə beynəlxalq təcrübənin yaradıcı şəkildə uzlaşdırılmasına da xüsusi fikir verilir.
    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov və “Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlətimizin başçısına ərazidə görülən işlər barədə məlumat verdilər.
    Bakının iki əsas prospektini - Babək və Nobel prospektlərini və Mərkəzi Bulvar küçəsini birləşdirən, “Ağ Şəhər” bulvarına qədər davam edən və uzunluğu 1050 metr, eni 45 metr olmaqla 6 zolaqlı Xaqani Rüstəmov küçəsinin yenidənqurma işləri tamamlanıb. Bu küçədə avtomobillər üçün xüsusi parkinq yerləri də nəzərdə tutulub. Xaqani Rüstəmov küçəsi ilə Süleyman Vəzirov küçəsinin kəsişməsində diametri 66 metr olan yeni dairə inşa edilib. Bu dairə tam fərqli və orijinal dizaynda inşa olunub. Burada yaşıllaşdırma işləri aparılıb və ətraf dekorativ daşlarla bəzədilib.
    Prezident İlham Əliyev Xaqani Rüstəmov küçəsi, bu küçənin üzərində yerləşən dairə və dördçıxışlı piyada keçidinin rəmzi açılışını bildirən lenti kəsdi.
    Sonra xatirə şəkli çəkdirildi.
    Xaqani Rüstəmov və Süleyman Vəzirov küçələrinin kəsişməsində uzunluğu 220 metr olan yeraltı piyada keçidində də tikinti işləri tamamlanıb, burada 8 eskalator, işıqlandırma sistemi və nəzarət kameraları quraşdırılıb. Müasir üslubda dizayn olunmuş piyada keçidində vətəndaşların rahatlığı üçün yol istiqamətləri qeyd edilib, divarlar “Bakı Ağ Şəhər”in perspektiv görüntülərini əks etdirən vitrinlərlə bəzədilib.
    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bakı Ağ Şəhər”in tikintisi və abadlığı başa çatmış Babək Qərb kvartalında, Mərkəzi Bulvar və Süleyman Vəzirov küçələrinin kəsişməsində yeni salınmış parkla da tanış oldular.
    Sahəsi 6800 kvadratmetr olan park üçün xüsusi işlənilmiş landşaft dizaynına uyğun olaraq müxtəlif ağaclar əkilib, uşaq oyun meydançası salınıb. Burada 2017-ci ilin sentyabrında Heydər Əliyev Fondu tərəfindən təşkil edilmiş “Daşın nəğməsi” ikinci Beynəlxalq heykəltəraşlıq simpoziumu çərçivəsində təqdim olunmuş çinli heykəltəraş Liu Yangın əsəri olan “Xəzər dənizi” heykəli qoyulub. Parkda ictimai wi-fi və telefon köşkü qurulub. Burada “Qara şəhər”in tarixi barədə məlumat lövhəsi, müasir üslublu saat quraşdırılıb. Yer səthində tuncdan hazırlanmış xatirə-medalyonda Babək kvartalı ilə bağlı məlumatlar əksini tapıb. Parkın qonşuluğundakı yaşayış binasının fasadında mozaika işləmələri bu məhəllənin özünəməxsus memarlıq üslubunu əks etdirir.
    Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bakı Ağ Şəhər” ərazisində tikintisi və abadlığı başa çatmış məhəllələrlə tanış olmaq üçün avtobusla gəzintiyə çıxdılar.
    Dövlətimizin başçısına Babək Qərb kvartalının Paris evləri, məhəllədə aparılmış abadlıq və yaşıllıq, infrastruktur-kommunikasiya işləri barədə məlumat verildi. Burada sakinlərin rahatlığı və mənalı istirahətləri üçün hərtərəfli şərait var. Məhəllələrdə uşaqlar üçün oyun meydançası, yaşıllıq zonası, yerüstü və yeraltı avtodayanacaq mövcuddur. Binaların girişləri xüsusi döşəmə daşları, yaşayış komplekslərinin adlarını əks etdirən divar lövhələri və yaşıllaşdırma ilə fərqlənir. Məhəllələrin təhlükəsizliyi də sutka ərzində diqqətdə saxlanılır. Paris evlərində dayanıqlı elektrik enerjisi, su, qaz, kanalizasiya xətləri, internet və İPTV əlaqədar qurumlar tərəfindən “Bakı Ağ Şəhər”in baş planına uyğun şəkildə və yüksək keyfiyyətlə çəkilib. Tikinti və yenidənqurma işləri çərçivəsində Süleyman Vəzirov, Mərkəzi Bulvar və Birinci Fəvvarələr küçələrində, həmçinin kəsişən 7 kiçik küçədə də təmir və asfaltlanma işləri başa çatıb. Ümumi uzunluğu 3,5 kilometr olan küçələrdə yağış suları ötürücüləri, işıqlandırma dirəkləri, yol nişanları, oturacaqlar, tullantılar üçün qablar quraşdırılıb və 2000-dən çox ağac əkilib. Tikinti ərazisinə düşən köhnə ağaclar yeni yerlərə köçürülüb. Küçələrin adları binaların üzərindəki lövhələrlə yanaşı, səkilərdə də daş nişanlarla qeyd edilib, vətəndaşları istiqamətləndirən yol göstəriciləri quraşdırılıb. Şəhərsalma prinsiplərinə uyğun olaraq piyadanın üstünlüyünü bildirən yüksəldilmiş keçidlər ilk dəfə inşa olunub, enişli-yoxuşlu ramplar qoyulub, həmçinin avtomobillər üçün xüsusi parkinq yerləri də nəzərdə tutulub.
    Birinci Fəvvarələr küçəsində də tikinti işləri yekunlaşıb. Fəvvarələr Meydanında müasir üslubda inşa olunmuş ilk binanın fasad işləri də tamamlanıb. Paris məhəllələrindən fərqli olaraq, buradakı yaşayış binalarının müasir memarlıq üslubu “Bakı Ağ Şəhər”in memarlıq üslublarının rəngarəngliyini təmin edəcək. Mərkəzi Bulvar və Fəvvarələr küçələrinin kəsişməsində park salınıb, küçə saatı quraşdırılıb. Buradakı heykəllər və yaşı yüzillərlə ölçülən dekorativ zeytun ağacları bu küçəyə gözəllik verir. Eni 32 metr, uzunluğu 1 kilometrə qədər olan Fəvvarələr küçəsi Ağ Şəhərin mərkəzindən Nobel prospektinə qədər və oradan da Sahilyanı kvartala qədər uzanacaq.
    Avtobusla gəzinti zamanı Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya 2016-cı ildə sakinlərə təhvil verilmiş məhəllələr barədə də əlavə məlumatlar çatdırıldı.
    Daha sonra Prezident İlham Əliyevə “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində 2017-ci il ərzində yerinə yetirilən və 2018-ci il üçün nəzərdə tutulmuş işlər barədə məlumat verildi. Bildirildi ki, Prezidentin müvafiq sərəncamlarına əsasən aidiyyəti qurumlar tərəfindən infrastruktur və yol işləri davam etdiriləcək. Mərkəzi Bulvar küçəsinin Nobel prospektinə qədər inşasının tamamlanması, Süleyman Vəzirov küçəsinin Babək prospektinə qədər yenidən qurulması, Babək prospektindən “Bakı Ağ Şəhər”in mərkəzinə qədər uzanan, 37 metr eni olan yolların və yeraltı kommunikasiyaların inşası nəzərdə tutulub.
    Təməli ötən il qoyulmuş Fəvvarələr Meydanı parkı, piyada keçidi və ictimai parkinq kompleksində tikinti işləri davam etdirilir. Müasir üslublu yeddimərtəbəli yaşayış binalarının əhatə etdiyi parkda 3 qrupdan ibarət fəvvarələr, məxsusi uşaq meydançası, xüsusi dizaynlı landşaft və 760 yerlik avtodayanacaq layihələndirilib. Bu kompleksin sahəsi 1 hektardan çox olan Fəvvarələr Meydanı parkının gələn il təhvil verilməsi planlaşdırılıb. Şəhərin ən iri parklarından biri olan Nizami Parkının yaxınlığında yerləşən Knightsbridge (Naytsbric) kompleksində yaşayış binaları, biznes mərkəzi və məktəb layihələndirilib. Hazırda bu kompleksdə inşaat işləri davam etdirilir və artıq buradakı ilk binanın tikintisi başa çatmaq üzrədir. Binanın fərqli memarlıq üslubu və landşaft dizaynı Nobel prospektinə xüsusi yaraşıq verir. 
    Dövlətimizin başçısına burada və digər məhəllələrdə nəzərdə tutulmuş orta məktəb layihələri və onlar üçün ayrılmış ərazilər barədə də məlumat verildi. Nobel prospekti boyunca tikiləcək və layihənin işgüzar kvartalı kimi nəzərdə tutulan fərqli memarlıq üslubuna malik binalar dünya səviyyəli tanınmış UN Studio memarlıq bürosu tərəfindən işlənilib. Binaların mərkəzində yerləşəcək Zaman Meydanı, Knightsbridge kompleksi və Nizami parkı istiqamətində metro çıxışları bu mərkəzin şəhərin digər rayonları ilə nəqliyyat bağlantısını təmin edəcək. Burada inşa ediləcək metro çıxışları, eyni zamanda, Nobel prospektinin şimal və cənub hissələrini birləşdirən piyada keçidini də təmin edəcək. Prospektin üzərindən salınacaq yüksək səviyyəli piyada körpüsü isə “Bakı Ağ Şəhər”in şimalı ilə cənubunu birləşdirəcək və prospektin yeni rəmzinə çevriləcək. Uzunluğu 237 metr olan körpü cənubda Sahilyanı kvartalda yerləşəcək ticarət mərkəzinə və şimalda Fəvvarələr Meydanından keçərək Babək prospektinə qədər uzanacaq. Belə ki, piyadalar şimalda yerləşən Babək prospektindən Mərkəzi Park rayonu, Fəvvarələr Meydanı və körpü vasitəsilə “Ağ Şəhər” bulvarına qədər 2 kilometrlik piyada gəzinti xiyabanından istifadə edəcəklər. Nobel prospekti boyunca eni 20 metrədək olan gəzinti və yaşıllıq zonası da mühüm əhəmiyyət kəsb edəcək və piyadaların rahatlığını təmin edəcək. “Bakı Ağ Şəhər”in paytaxtın yol-nəqliyyat şəbəkəsinə inteqrasiyası, layihənin qərbində yerləşən mövcud yaşayış massivləri və yol şəbəkəsi ilə uzlaşması, eləcə də müvafiq yolların şərq istiqamətində davam etdirilməsi və Bakı şəhərinin əsas nəqliyyat arteriyalarından sayılan Nobel, Babək və Heydər Əliyev prospektlərini və gələcəkdə yeni Bulvar yolunu birləşdirən 65 metr enində əlaqələndirici prospektin salınması bu ərazilərin dayanıqlı inkişafını təmin edəcək.
    “Bakı Ağ Şəhər”də ötən müddətdə həyata keçirilən işlər və növbəti illərdə icrası nəzərdə tutulan tədbirlərlə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 13:13 İnsanlara nur bəxş edən böyük alim
    2. 18:52 “Müxtəlifliyə qucaq açaq” – Masallıda rəsm və foto sərgisi 
    3. 18:49 Masallı rayonu ərazisində sel və daşqın təhlükəsinə qarşı qabaqlayıcı tədbirlər görülməkdədir
    4. 11:02 Gələcək talehini tibb elminə həsr etməyi qarşısına məqsəd  qoyan Akakdemik
    5. 20:00 Akademik Zərifə Əliyevanın Oftalmologiyada rolu
    6. 21:00 Gözləri və qəlbləri nurlandıran böyük şəxsiyyət
    7. 23:30 Zərifə xanım Əliyevanın Azərbaycan Dövlət  Həkimləri Təkmilləşdirmə İnstitutundakı fəaliyyəti
    8. 17:06 Masallıda rayon rəhbərinin 11 aprel 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 16:33 Antiterror əməliyyatları Azərbaycanın suverenliyini bərpa etdi
    10. 13:36 Ziyalı işığında...
    11. 13:00 Bir həkim ömrünün unudulmaz səhifələri
    12. 23:30 Türkiyə və İsrailin Azərbaycana yaxın dost ölkələr olması
    13. 18:52 ADA Universitetində Dünya Nizamı Müzakirə Olundu: İlham Əliyev Beynəlxalq Forumda
    14. 13:56 Zərifə Əliyevanın kimsəsiz uşaqlara qayğısı
    15. 11:33 Nurlu insan
    16. 17:31 Masallıda aprel şəhidi Firdovsi Bağırzadənin anım günü - 2025
    17. 17:28 Masallının Təzə Alvadı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    18. 15:05 Masallının Təzə Alvadı kəndində rayon rəhbərinin 09 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    19. 18:04 Masallıda ağsaqqallar və əlillər üçün istirahət guşəsinin açılış mərasimi
    20. 17:12 Masallıda rayon rəhbəri şəhidin əkiz övladının doğum günündə
    21. 14:31 Enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılması
    22. 12:24 Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir
    23. 23:30 Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün mühüm rol oynayır
    24. 22:19 Masallıda şəhid ailələrinə diqqət və qayğı ənənəsi
    25. 22:11 Masallıda aprel şəhidi Nurlan Əsgərlinin anım günü - 2025
    26. 21:12 Masallıda 18 mart - 06 aprel 2025-ci il tarixlərdə görülmüş işlər barədə məlumat
    27. 21:07 Masallının Təkdam kəndində rayon rəhbərinin 02 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    28. 07:47 Masallıda rayon rəhbərinin 04 aprel 2025-ci il tarixli vətəndaş qəbulu
    29. 16:33 MƏRHƏMƏT ÜNVANI, ŞƏFQƏT ÜMMANI
    30. 16:20 Azərbaycan və Almaniya arasında münasibətlər qarşılıqlı hörmət üzərində qurulub
    31. 23:30 Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli münasibətlər
    32. 14:00 Rayonun Tüklə ərazisində “Konstitusiya və suverenlik ili” çərçivəsində ağacəkmə aksiyası
    33. 12:53 Qarşılıqlı münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı
    34. 09:24 Masallıda 2025-cü ilin aprel ayına olan səyyar-görüş qəbulları barədə
    35. 16:55 Masallının Həsənli ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    36. 16:47 Masallının Təkdam kəndində rayon rəhbərinin 02 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    37. 14:48 Masallıda 31 mart - Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş anım mərasimi 
    38. 10:38 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür
    39. 22:30 XX əsr tarixinin ən faciəli və dəhşətli səhifəsi
    40. 23:00 31 mart Azərbaycanlıların soyqırımı günü
    «    Aprel 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ