• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » 2022-ci il “Şuşa ili”dir. ŞUŞA DAĞLARINDAN ÇƏKİLİB DUMAN...

    2022-ci il “Şuşa ili”dir. ŞUŞA DAĞLARINDAN ÇƏKİLİB DUMAN...


    Şuşa. 300 illik tariximizi özündə ehtiva edən, mənəvi varlığımızın həmişə keşməkeşli yaşamı ilə xalqımızın qəlbində gah nisgilə, gah da sevincə çevrilən, məğrur dağlarının başındakı dumanı ilə də bizə qürur gətirən, hərb tariximizə qəhrəmanlıq salnaməsi yazan, milli-mədəniyyətimizin müstəvisiu, poeziyamızın, Şuşa musiqi beşiyimiz olan məkan. Təkcə Üzeyirin, Vaqifin, Bülbülün, Xan qızı Natəvanın deyil, bütün dünya Azərbaycanlıları üçün namus, qeyrət, müqəddəslik simvolu olan şəhər, 30 illik ayrılığa dözə bilməyib, həsrətilə əbədi dünyasına köçənlərin ruhu bugünkü cah-cəlalına, azadlığına sevinəcək. Dəfələrlə tarixin çətin sınaqlarından keçmiş, düşmənlərin müdaxilələrinə sinə gərən qədim qala erməni vandallarının vəhşiliyinə məğrur dayandı, dözdü, durdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, qəhrəman xalqımızın birliyi, ordumuzun ölüm-dirim mübarizəsi düşmənin başında dəmir yumruğa döndü, yüzlərlə şəhər, qəsəbə və kəndimiz kimi sən də azadlığa qovuşdun. İndi hamı səni görməyə, sənə qovuşmağa, sevincini səninlə bölməyə, Vətən oğullarının sərt qayalardan keçib, düşmənlə əlbəyxa mübarizə apardığı yerləri seyr etməyə, yaralı hüsnünü, qoynunda gedən böyük abadlıq bərpa işlərinə şahid olmağa tələsir.

    Masallı Rayon İcra Hakimiyyətinin və Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şuşaya səfərə gedən RİH yanında İctimai Şuranın sədri, “Tərəqqi” medallı veteran jurnalist, rayon Ağsaqqallar Şurası sədrinin müavini Əyyub Mehdiyev, Masallı rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyevanın təəssüratları ilə oxucuları tanış edirik.

    Acılı-şirinli təəssüratlar
    Müsahibə.
    -Əyyub müəllim, gərək ki, Şuşaya ilk gedişinizdir. Xalqımızın 30 illik Şuşa həsrəti ilk görüntüdən Sizdə hansı hissləri oyatdı?
    -Şuşada ikinci dəfə olurdum. Sovetlər dönəmində buraya istirahətə getmişdim. Gözəl mənzərələri, axar-baxarlı meşələri, coşğun bulaqları, qeyrətli övladları qonaqpərvərliyi ilə qəlbimdə yuva qurmuşdur Şuşa. 30 ilə yaxın bir müddətdə düşmən işğalı görüntüsünə təsir etsə də, vüqarı, qeyrəti əzəli bünövrəsində qərar tutmuşdur. İşğal illərində təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının yaralı qəlbi idi. Sanki, Xarı bülbül ətir saçmırdı, İsa bulağının şırıltısı durmuşdu. Cıdır düzündə igidlərin atları şaha qalxmırdı, Şuşa qalası əsirliyə dözə bilmirdi.
    Bu dəfə Şuşaya ziqzaqlı duyğularla gəldim. Gah düşmənin vandallığını görüb, nifrətim coşub-daşırdı, gah da yolboyu Qarabağdakı quruculuq işlərini görüb sevinirdim. Hələ illər öncə də, Qarabağın bir gün azad olunacağına ümidlə baxırdım. Müzəffər Ali Baş Komandanımızın çox böyük səyi ilə 44 günlük müharibədəki vətənpərvərliyimiz bu ümidləri göyərtdi. Şuşaya ayaq basanda şəhidlərimizin, qazi və Qələbə bayrağını Qarabağa, Şuşaya sancan igidlərimizin şücaəti, qeyrəti məndə qeyri-adi hisslər oyatdı. Gözlərimin önündə döyüş səhnələri canlanırdı. Avtobusdan düşəndə ayrılıq həsrətinin təşnəsindən sonra ciyərlərimə dolan Şuşa havası ilə nəfəs aldım. Qaliblər kimi həm sevindim, həm də kövrəldim.

    -İlk görüşdən keçən vaxtdan Şuşada hiss etdiyiniz dəyişikliklər.
    -Bu dəyişiklik Füzulinin Horadiz şəhərini keçəndən sonra qabarıq şəkildə özünü göstərir. Zəfər yolu ilə irəlilədikcə qürurlanırsan. Ancaq ətrafdakı dağıntıları, buna dağıntı demək olmaz, yer üzündən silinən kənd, qəsəbə və şəhərləri gördükcə ürək ağrısı keçirirsən, ermənilərin xislətini düşünürsən. Şuşada, yaşayış və ictimai binaların qapı və pəncərələrinin söküb aparılması nəticəsində o tikililər necə də miskin görüntüsü ilə adamda düşmənin miskinliyinə mənfi emosiyalar oyadır. Mədəniyyət beşiyi olan Şuşada Vaqifin, Bülbülün, Üzeyirin, Xan qızı Natəvanın büstü tanınmaz hala salınması düşmənin necə vandal olduğunu göstərir. Düzdür, bu büstlər bərpa olunub əvvəlki vəziyyətə gətirilib. Ancaq gördüklərim gözümün qarşısından getmir.
    -Şuşa səfərinizə hansı rayonlar qatılmışdı?

    -Demək olar ki, respublikanın bütün rayonlarından. Mayın 7-də Bakıda Heydər Əliyev Mərkəzində 5 avtobus Şuşaya 250 nəfərdən çox turist gətirdi. Onların arasında şəhid valideynləri, gənclər çoxlud təşkil edirdi. Yolboyu keçdiyimiz kəndlər barədə bizə məlumat verilirdi. Füzulidən keçib, Xocavənd, Hadrut istiqamətində irəliləyirdik. Topxana meşəsindən keçəndə də həyəcanlanmamaq olmur. Bu meşənin möhtəşəmliyi, zənginliyi, şöhrəti sanki pozulub. Ancaq inanıram ki, başqa quruculuq işlərinin fonunda Topxana meşəsi də əvvəlki şöhrətinə nail olacaq. Yolboyu salınan yaşıllıqlar bunu deməyə əsas verir. Şahid olduğumuz dağıntılar göstərir ki, düşmən bu torpaqların əzəli və əbədi sakinləri olmadığını yəqin etdikdə daha da azğınlaşıb, vəhşiləşib. Azərbaycanın mərd övladları düşmənin ürəyindəki arzularını puç etdi, ona ağır zərbələr vuraraq doğma torpaqlarına yiyələndi.

    -Şuşada keçirilən Birinci Beynəlxalq Kulinariya Festivalının da şahidi oldunuz. Bu tədbirin möhtəşəmliyi bütün dünyaya yayıldı. Bir təcrübəli jurnalist kimi festivalın bizə dəyərli olduğunu necə düşünürsünüz?
    -Çox möhtəşəm, həm də vacib tədbir idi. Mayın 5-dən 9-dək davam edən festivalda dünyanın bir çox inkişaf etmiş ölkələrin kulinarları iştirak edirdi. Onlar ilk növbədə Şuşanın qədimliyinin, gözəlliyinin şahidi olurdular. Beynəlxalq Kulinariya Festivalında Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İndenoziya, İran, İsrail, İtaliya, Malaziya, Türkiyə və Yaponiyadan olan kulinarlar qonaqları öz ölkələrinin təamları ilə tanış edirdilər. Tədbirin vacibliyi Belçika, Birləşmiş Əmir Əmirlikləri, Rusiya Federasiyası, Fransa, Türkiyə və digər ölkələrdən qida sahəsi üzrə 40 beynəlxalq ekspert, qida üzrə blogerlərin təmsil olunması ilə özünü göstərirdi. Festivalda Azərbaycanın müxtəlif iqtisadi rayonları -Abşeron-Xızı, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Mərkəzi Aran, Naxçıvan, Qarabağ, Quba, Xaçmaz və digərləri də qatılmışdı ki, onlar dünya mətbəxinin nümunələrinin təamlarının dadına baxırdılar. Ancaq festivalın mahiyyəti daha geniş idi, burada təkcə dünya xalqlarının təamları deyil, həmçinin həmin ölkələrin maddi və mənəvi dəyərləri də nümayiş etdirilirdi. Odur ki, bu Konsepsiyaya əsasən quraşdırılmış pavilyonlar da biri-birindən fərqli formada idi. Hər pavilyonda qonaqları ayrı-ayrı ölkələrə xas memarlıq quruluşu, milli musiqi ilə salamlayır, tanınmış əsərlərdən parçalar səhnələşdirilirdi. Festival çərçivəsində Azərbaycanın milli sənətkarlıq nümunələri də sərgilənmişdi. Qonaqlara Bakı kitab mərkəzi tərəfindən Heydər Əliyev Fondunun kulinariyaya aid nəşrləri də təqdim olunurdu.

    -Şuşa ilə bağlı təəssüratlarınız genişdir. Ancaq bunların hamısı haqqında danışmağımız imkan xaricindədir. Şuşanın azad olması ilə ümidinizə işıq saçdı. Onun sabahına hansı ümidlərlə baxırsınız?

    -Bir günlük səfərimdə kitablara sığmayan təəssüratlarla qayıtdım və hələ də gördüklərimin təsiri altındayam. Füzulidə aeroportun qısa müddətdə istifadəyə verilməsi, dağılmış şəhər və kəndlərdə məktəb və xəstəxanaların tikilməsi, sakinlərin tezliklə doğma yurd-yuvalarına qayıtmasını reallaşdırır. Yüz minlərlə soydaşımız o günü səbirsizliklə gözləyir. Cənab Prezidentimizin səyləri də buna yönəlmişdir. Xüsusilə Şuşada möhtəşəm quruculuq işləri qürurlandırıcıdır. Şuşanın azad olduğunu elan edən möhtərəm Prezidentimizin, onun əvvəkindən də gözəlləşdirilməsi ilə bağlı dedikləri inamlarımızı artırır.
    Həmin günlərdə Şuşada Qələbəlik hiss olunurdu. Çünki, yaxın günlərdə keçiriləcək “Xarı Bülbül” musiqi Festivaına ciddi hazırlıq işləri gedirdi.

    -44 günlük müharibədən sonra Şuşaya getməyinizi reallaşdıranlara sözünüz.

    -İlk növbədə Heydər Əliyev Fondunun rəhbərliyinə və Masallı Rayon İcra Hamimiyyətinin başçısı Şahin Məmmədova minnətdarlığımı bildirirəm. Şuşadan gəldiyim təbərrik torpağından əziz, müqəddəs yadigar kimi ömrüm boyu saxlayacağam.

    -Müsahibəyə görə sağ olun.

    -Siz də sağ olun.






    Müsahibəni apardı:  Həsənağa ƏLİYEV.


    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:50 Masallıda şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 19.09.2025
    2. 17:28 Azərbaycan Prezidentinə yazırlar
    3. 17:25 Azərbaycan Prezidentinə yazırlar
    4. 17:23 Azərbaycan Prezidentinə yazırlar
    5. 17:17 Azərbaycan Prezidentinə yazırlar
    6. 17:15 Masallıda lokal antiterror əməliyyatları zamanı şəhid olmuş qəhrəmanlar anıldı 19.09.2025
    7. 10:59 Xankəndi,Xocalı,Xocavənd və Ağdərədə quruculuq-abadlıq işləri böyük coşqu ilə həyata keçirilir
    8. 10:57 20 Sentyabr –Dövlət Suverenliyi Günü
    9. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    10. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    11. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    12. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    13. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    14. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    15. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    16. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    18. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    19. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    20. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    21. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    22. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    23. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    24. 12:28 Vətənə xidmətdə keçən ömür
    25. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    26. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    27. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    28. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    29. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    30. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    31. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    32. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    33. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    34. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    36. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    37. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    38. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    39. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    40. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ