Şuşa - açılan səhərim...
- 7-02-2022, 14:45
- Mədəniyyət / Maraqlı
- 0
- 545
Şuşa - açılan səhərim...Hörmətli izləyicilər!
Masallı Xalq teatrı və Masallı Dövlət Regional Kollecinin kollektivləri Azərbaycan Respublikasında 2022-ci ilin "Şuşa İli" elan olunması ilə əlaqədar bu tarixi-mədəni məkana həsr olunan yeni tamaşa ilə teatr həvəskarları önündə çıxış edəcəklər.
Mədəniyyətimizin paytaxtı Şuşa şəhəri və onun ictimai-mədəni həyatından bəhs edən "Şuşa - açılan səhərim" adlı tamaşa 8 fevral 2022-ci il tarixində, saat 11:00-da başlayacaq.
Qeyd edək ki, N. Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində səhnəyə qoyulacaq tamaşanın quruluşçu rejissoru Cəmaləddin Əliyevdir. Teatr kompozisiyasının səhnə quruluşu və musiqi tərtibatı isə Elsevər Əliyev və Ruslan Zahidova aiddir.
www.yeniheyet.az