• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Şuşa Azərbaycan mədəniyyətin beşiyidir

    Şuşa Azərbaycan mədəniyyətin beşiyidir

    Şuşa Azərbaycan mədəniyyətin beşiyidir
     
      Azərbaycan xalqının qürur və fəxarət mənbəyi olan qədim Şuşa yağı tapdağından azad olundu. Şuşa Azərbaycan milli musiqisinin və poeziyasının beşiyi, qədim tarixi abidədir. Şuşa qalası mərdlik,igidlik rəmzi,qürur mənbəyimizdir.1747-ci ildə Qarabağ xanlığının əsasını qoyan Pənahəli xan öz xanlığını yadellilərin hücumlarından qorumaq məqsədilə 1752-ci ildə Şuşa qalasının tikilməsinə göstəriş verir. O dövrdə “Pənahabadi” adlı gümüş sikkə də döyülür. 1823-cü ildə Şuşa Qarabağ xanlığının mərkəzinə çevrilib, “Qafqazın konservatoriyası”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” dir Şuşamız.
            Şuşa həm də mədəniyyətimizin incisidir. Cabbar Qaryağdıoğlu,  Məşədi Dadaş, Sadıqcan, Üzeyir Hacıbəyov, Bülbül, Fikrət Əmirov, Xan Şuşinski və daha onlarla məşhur musiqiçilər diyarıdır. Qarabağ torpağı həmçinin Molla Pənah Vaqif, Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Mir Mövsüm Nəvvab, Fatma xanım Kəminə, Yusif Vəzir Çəmənzəminli, Süleyman Sani Axundov kimi şair və yazıçıların Vətənidir.
         Noyabrın 8-i Azərbaycan xalqı  üçün əlamətdar bir gündür.  Müzəffər Ordumuz  Şuşanı erməni işğalından azad edərək tarixi qələbəmizi qazandıq, ərazi bütövlüyümüzü  bərpa etdik.
           Möhtərəm Prezidentimiz  cənab İlham Əliyev  2021-ci il  30 avqust tarixində Şuşada  Vaqif Poeziya günlərinin açılış mərasimində  demişdir:”İşğal dövründə bir çoxlarımız, həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə olaraq dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq.
    Noyabrın 8-də Azərbaycan xalqına Şuşa müjdəsini verərkən demişdim ki, Şuşa artıq azaddır, bu, həqiqətdir. Biz azad Şuşada yığışmışıq. Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir. Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Demişdim ki, Şuşanı biz dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik.”

     Əntiqə Tağıyeva,
     Masallı rayonunun Hişkədərə kənd sakiniшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    2. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    3. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    4. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    5. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    6. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    7. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    8. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    9. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    10. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    11. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    12. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    13. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    14. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    15. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    16. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    17. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    18. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    19. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    20. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    21. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    22. 11:15 DİQQƏT! DİQQƏT!
    23. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    24. 13:51 Masallı rayonunun 95-ci ili
    25. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    26. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    27. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    28. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    29. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    30. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    31. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    32. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    33. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    34. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    35. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    36. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    37. 18:43 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 15-31 iyul 2025-ci il
    38. 18:41 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 iyul 2025
    39. 18:38 Masallıda 15-31 iyul 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    40. 18:09 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 iyul 2025
    «    Avqust 2025    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    DÜNYA XƏBƏRLƏRİ