• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir”

    “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir”

    20 may 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı şəhər 1 saylı məktəb ərazi partiya təşkilatında Dövlət Müstəqilliyi günü münasibəti ilə “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusunda fəallarla görüş keçirilmişdir.
    Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı şəhər 1 saylı məktəb ərazi partiya təşkilatın sədri, Şəhid anası Mehriban Sultanova açmış, Ulu öndər Heydər Əliyevin eləcədə Vətən müharibəsində Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

    Dahi şəxsiyyət Heydər Əliyevin həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycana rəhbərliyi haqqında əhatəli məlumat verən Mehriban Sultanova bugünkü müstəqil və bütöv Azərbaycanın ulu öndərin şah əsəri olduğunu qeyd edib. “Bu gün müstəqil Azərbaycan dövləti özünün davamlı inkişaf dövrünü yaşayır və bu inkişafın təməlində ulu öndər Heydər Əliyev siyasi kursu dayanır. Ulu öndərin siyasi kursunu isə cənab Prezident İlham Əliyev uğurla həyata keçirir. Artıq Azərbaycan öz torpaqlarını düşmən tapdağından azad edib və həmin torpaqlarda sürətli bərpa quruculuq işləri həyata keçirilir”.

    Tədbirdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri  Seyfəddin Əliyev çıxış edərək Ulu Öndərin həyat yoluna nəzər salıb, onun Azərbaycan xalqının müasir tarixində oynadığı önəmli roldan danışıb. Təşkilat sədri böyük şəxsiyyət Heydər Əliyev tərəfindən intellektual nəslin formalaşması istiqamətində ardıcıl addımların atıldığını bildirib. Qeyd edib ki, onun zəngin dövlətçilik irsi hər kəs üçün böyük nümunədir. Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti hər bir Azərbaycan vətəndaşı üçün fəxr və qürur mənbəyidir.

    Azərbaycan tarixinin Heydər Əliyev dövrünün ölkə həyatında əhəmiyyətini vurğulayan Seyfəddin Əliyev bildirib ki, dinamik inkişaf edən və ildən-ilə beynəlxalq nüfuzu yüksələn müasir Azərbaycanın müstəqillik dövründə əldə etdiyi bütün uğurların bünövrəsi dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır.

    Ölkəmizin ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçdiyini bildirən Seyfəddin Əliyev hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

    Tədbirdə Sahil Fərzəliyev, Zülfiyyə Cəbiyeva və başqaları çıxış edərək ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan dövləti haqqında öz fikirlərini bölüşmüş, ölkəmizin gələcək inkişafı naminə cənab Prezident İlham Əliyevin ətrafında, Yeni Azərbaycan Partiyasının sıralarında daha sıx birləşməyin vacibliyini qeyd etmişlər.





    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ