• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » 1969-cu ilin iyulundan başlayan Heydər Əliyev yolu Azərbaycanı zəfərdən-zəfərə, zirvədən-zirvəyə aparır

    1969-cu ilin iyulundan başlayan Heydər Əliyev yolu Azərbaycanı zəfərdən-zəfərə, zirvədən-zirvəyə aparır


    1969-cu il 14 iyul tarixinin Azərbaycan həyatında xüsusi yeri var. Azərbaycan KP MK-nın iyul plenumunda Heydər Əliyevin birinci katib seçilməsi ilə Azərbaycanın intibah dövrü başladı - Bakıda məişət kondisionerləri, dərin dəniz özülləri zavodları, “Gülüstan” sarayı, indiki Heydər Əliyev sarayı kimi yaraşıqlı binalar inşa edildi. Yeni Əhmədli, Günəşli yaşayış massivləri, mikrorayonlar salındı. Eyni zamanda, kənd təsərrüfatı inkişaf yoluna çıxdı, pambıq, üzüm, tərəvəz istehsalı dəfələrlə artdı.

    Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə həm də xalqımızın mənəvi-əxlaqi dəyərlərinə söykənən genişmiqyaslı tədbirlər həyata keçirildi, insanlarda milli ruhun oyanışı başladı. Ümummilli Lider Qarabağa çox böyük diqqət və qayğı göstərir, Azərbaycanın milli maraqlarını qətiyyətlə qoruyurdu. Bunun nəticəsində ermənilərin ərazi iddiaları iflasa uğrayır, onların öz çirkin niyyətlərini həyata keçirmələri üçün ciddi bir maneə yaranırdı. Ümumiyyətlə, Heydər Əliyevin qətiyyətli mövqeyi hər zaman SSRİ rəhbərliyində olan erməni millətçilərini çox narahat edirdi.
    Heydər Əliyev yalnız Azərbaycanın intibah dövrünün müəllifi deyil, həm də öz idealları ilə yollarımızı işıqlandıran parlaq mayakdır, xalqımızın qürur və iftixar mənbəyidir. O, SSRİ-nin əsas rəhbər orqanının - Siyasi Büronun üzvü idi. Sonradan SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilmişdi. Bu, Azərbaycanda böyük ruh yüksəkliyi yaratmışdı. İlk dəfə idi ki, Azərbaycan oğlu SSRİ-nin hakimiyyət iyerarxiyasında yüksək mövqe tuturdu. Həmin dövrdə Heydər Əliyev bir sıra ittifaqmiqyaslı layihələri Bakıya yönəltdi.

    SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən gördüyü nəhəng işlər, fitri təşkilatçılıq bacarığı Heydər Əliyevin şöhrətini getdikcə artırırdı. Bu, imperiyanın bəzi rəhbərlərini qıcıqlandırır, onlarda həsəd və paxıllıq hissləri baş qaldırırdı.
    Mixail Qorbaçovun siyasi hakimiyyətə gəlişindən sonra Heydər Əliyevə qarşı aparılan bədnam kampaniya açıq müstəviyə keçdi. O, ölkə rəhbərliyi ilə aralarında yaranmış ciddi fikir ayrılığı səbəbindən tutduğu vəzifələrdən istefa verdi. Bununla da Azərbaycanın qara günləri başladı. Əminliklə demək olar ki, əgər o vaxt Heydər Əliyev rəhbərlikdə olsaydı, 20 Yanvar hadisələri baş verməz, torpaqlarımız işğal altına düşməzdi.
    Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Azərbaycanda görünməmiş xaos və anarxiya hökm sürürdü. İqtidarın səriştəsizliyi, hakimiyyət uğrunda çəkişmələr ölkəni uçuruma aparırdı. 1993-cü ilin ortalarında siyasi-iqtisadi böhran kulminasiya nöqtəsinə çatdı. Belə mürəkkəb və ağır vəziyyətdə xalqın yeganə ümid yeri Heydər Əliyevə idi. Hamı düşünürdü ki, Azərbaycanı düşdüyü fəlakətdən yalnız bu dahi şəxsiyyət xilas edə bilər.
    Odur ki, xalqımız Ulu Öndəri təkidlə Bakıya, siyasi rəhbərliyə dəvət edirdi. Beləliklə, Heydər Əliyev hakimiyyətə gələrək xilaskarlıq missiyasını üzərinə götürdü. Bu qayıdış Azərbaycan tarixinə həmişəlik yazıldı. Heydər Əliyev uzaqgörən siyasəti, güclü iradəsi sayəsində Azərbaycanı parçalanmaqdan, vətəndaş müharibəsi təhlükəsindən xilas etdi.
    Müdrik siyasi və dövlət xadimi olan Heydər Əliyev, ilk növbədə, ölkəyə ictimai-siyasi sabitlik gətirdi, yeni iqtisadi strategiyanın əsasını qoydu. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın inkişafının, gələcək uğurlarının təməlləri atıldı. Daha sonra bu strategiyanın nəticəsi olaraq Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri ərsəyə gəldi. Prezident İlham Əliyev Ulu Öndərin ideyalarını uğurla davam etdirərək yeni transmilli layihələrin – Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Avropanın enerji xəritəsini dəyişən Cənub Qaz Dəhlizinin, o cümlədən TAP və TANAP-ın həyata keçirilməsinə nail oldu.

    Ulu Öndər sosial-iqtisadi siyasətdə köklü dəyişikliklərlə yanaşı, nizami ordu yaradılması istiqamətində də davamlı addımlar atırdı. Məhz həmin dövrdə qurulan ordu torpaqlarımızın işğaldan azad olunacağına inamı gücləndirirdi.
    Xatırlatmaq yerinə düşər ki, Ulu Öndər hələ sovet dövründə peşəkar milli hərbçi kadrların yetişdirilməsini də diqqət mərkəzində saxlayırdı. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb yaradıldı. Həmçinin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində azərbaycanlı gənclərə daha çox yer ayrıldı. Bir çox gənclər SSRİ-nin qabaqcıl hərbi məktəblərinə təhsil almağa göndərildi. Həmin dövrdə yetişən Azərbaycan hərbçiləri milli ordunun təşəkkül tapmasında mühüm rol oynadılar.
    Ulu Öndərin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ümummilli Lider illər öncə böyük uzaqgörənliklə deyirdi: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır”.

    Ümummilli Lider tərəfindən əsası qoyulan möhkəm təməl üzərində Azərbaycan ildən-ilə gücləndi, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirdi, qüdrətli ordu yarada bildi. Məhz bunun sayəsində torpaqlarımızın işğaldan azad edildiyi gün yetişdi, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini layiqincə yerinə yetirdi. Üçrəngli bayrağımız yenidən doğma Qarabağda, iftixar mənbəyimiz olan Şuşada dalğalanmağa başladı, ərazi bütövlüyümüz təmin edildi.

    Vətən müharibəsində qazanılmış böyük Zəfərin qürur və sevincini yaşadığımız bu günlərdə Ümummilli Liderin vaxtilə məcburi köçkünlər qarşısında böyük inamla dediyi sözlər yada düşür: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”.

    Bu gün Ulu Öndərin arzuları reallaşıb. Xalqımızın 30 illik yurd həsrətinə son qoyulub. Biz artıq doğma Qarabağımıza qovuşmuşuq. Bu böyük Zəfərə aparan yolun əsasında Azərbaycanın böyük oğlu dahi Heydər Əliyevin ölməz ideyaları dayanır.

    Beləliklə, 53 il əvvəl başlayan Heydər Əliyev yolu Azərbaycanı zəfərdən-zəfərə, zirvədən zirvəyə aparmaqdadır.




















    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az

     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ