• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin anım mərasimi keçirilib

    Masallıda Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin anım mərasimi keçirilib


    16 avqust 2022-ci il tarixdə Masallı rayonunun Viləş kəndində Azərbaycan Silahlı Qüvvələrinin şəhid giziri, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Bayram oğlu Əsgərlinin anım mərasimi keçirilib.

    Bu münasibətlə keçirilən anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev və fəalları, Milli Məclisin deputatları Məşhur Məmmədov və Professor Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev, şəhid valideynləri, müharibə iştirakçıları, ziyalılar, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.

    Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Mərasim iştirakçıları Viləş kəndindən olan şəhidlərin, o cümlədən Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyublar.

    Anım mərasimi şəhid qardaşların böyüdüyü evdə davam etdirilib.

    Söz Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədova verilib. Rayon rəhbəri şəhid valideynlərinə müraciət edərək bildirib ki, sizinlə birlikdə şərəf duyuruq. Bütün şəhidləri yad edirik, Allahdan onlara rəhmət diləyirik. Bu gün hamımızın damarından şəhid qanı axır. Azərbaycan Prezidenti möhtərəm cənab İlham Əliyev deyir ki, onlar az yaşayıblar, dünyadan gənc gediblər, şəhid olaraq gediblər. Amma onlar hər zaman ürəyimizdə yaşayacaqlar. Bəli, şəhidlər ölməyib, onlar əbədi ad qazanıblar… O valideynlər xoşbəxtdirlər ki, belə bir oğullar, İntiqam kimi, Nurlan kimi övladlar böyüdüblər. Sizin ailəniz bütöv Azərbaycan üçün örnəkdir. Siz bilməlisiniz ki, onlar bizim övladımızdır, biz də sizin övladınızıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.  

    Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat” qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, sonra çıxış edən iki şəhid anası - İntiqamın və Aprel döyüşlərinin şəhidi Nurlanın anası Ziba xanım, övladlarının keçdiyi döyüş yolundan, onlarda olan yüksək vətənpərvərlik hissindən danışıb. Bildirib ki, övladları az ömür yaşasa da, torpaq uğrunda şəhid olublar. Onların adları tarixdə əbədi qalacaq.

    Atası Bayram Əsgərov da şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbəri, Azərbaycan Prezidenti cənab İlham Əliyevə hədsiz minnətdarlıq bildirib.

    Milli Məclisin deputatları Məşhur Məmmədov və Professor Anar İsgəndərov, Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Ağa Rəşid Talıbov, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Məftun Hüseynov və başqaları 44 günlük Zəfər yürüşündə Azərbaycan Ordusunun qazandığı Qələbədən söz açıblar. Qeyd olunub ki, qəhrəmanlıq dastanı yazan, cənnətdəki növbəti ad gününü qeyd edən İntiqam kimi igid oğullarımızın Vətən müharibəsində göstərdiyi şücaət Azərbaycan tarixində ən şanlı səhifə kimi qalacaq. Şəhidlərimizin xatirəsini yad etmək, onların ailələrinə hörmətlə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur.

    Daha sonra ehsan süfrəsi açılıb, şəhidin ruhuna dualar oxunub.

    Qeyd edək ki, İntiqam Əsgərli 1990-cı il avqustun 16-da Masallı rayonunun Viləş kəndində anadan olub. O, 1997-2008-ci illərdə S.Hacıyev adına Viləş kənd tam orta məktəbində təhsil alıb. Orta təhsilini aldıqdan sonra həqiqi hərbi xidmətə çağırılıb. 2011-ci ildə Quru Qoşunlarının gizirlik kursunu bitirən İ.Əsgərli 2014-cü il Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi işə başlayıb.

    Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan İntiqam Əsgərli Vətən müharibəsində Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub və noyabrın 9-da qəhrəmancasına şəhid olub. “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunan İntiqam Əsgərliyə Vətən Müharibəsi Qəhrəmanı fəxri adı verilib.

    Masallı şəhərinin mərkəzi küçələrindən biri İntiqam Əsgərlinin adını daşıyır.

    İntiqam Əsgərli ailəli idi, iki övladı - Nur və İntiqam ondan yadigar qalıb...









    “Yeni həyat” qəzeti
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    2. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    3. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    4. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    5. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    6. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    7. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    8. 12:28 Vətənə xidmətdə keçən ömür
    9. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    14. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    15. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    16. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    18. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    19. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    20. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    21. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    22. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    23. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    24. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    25. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    26. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    27. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    28. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    29. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    30. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    31. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    32. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    33. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    34. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    35. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    36. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    37. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    38. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    39. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    40. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ